Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5660/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2894,38 manat, İşsizlikdən Sığorta Fonduna olan 48,58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 543,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix – xx xxxx 1961-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 151,88 manat, Dövlət Sosial Müdafiə Fonduna 924 manat, İşsizlikdən Sığorta Fonduna 48,58 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 391,35 manat, Dövlət Sosial Müdafiə Fonduna 1970,38 manat olmaqla, ümumilikdə 3486,19 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********711600 nömrəli, xx.xx.2023-cü il tarixli **********604300 nömrəli, xx.xx.2023-cü il tarixli **********793500 nömrəli, xx.xx.2018-ci il tarixli **********588900 nömrəli, xx.xx.2023-cü il tarixli **********082500 nömrəli, xx.xx.2023-cü il tarixli **********084900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2894,38 manat, İşsizlikdən Sığorta Fonduna olan 48,58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 543,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, borc tam şəkildə ödənilmişdir. Ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin hesabdan çıxarışından görünür ki, hesaba mədaxil edilmiş pul məbləğindən 121211 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 366,58 manat, 125300 (sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 143,93 manat, 121111 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 1095,89 manat, 127300 (icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 23,82 manat, 124110 (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 118,27 manat, 124210 (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 118,27 manat, 126300 (işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 7,65 manat, 123100 (işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı) büdcə təsnifat kodu üzrə 34,48 manat, 123200 (işləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı) büdcə təsnifat kodu üzrə 34,48 manat məbləğində silinmə əməliyyatları aparılmışdır. Eyni zamanda "xxxx" MMC-nin hesabdan çıxarışından görünür ki, 121211 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 737,86 manat, 121111 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 2378,21 manat, 127300 (icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 67,73 manat, 124210 (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 287,94 manat, 125300 (sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 339,11 manat, 123200 (işləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı) büdcə təsnifat kodu üzrə 25,03 manat, 123100 (işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı) büdcə təsnifat kodu üzrə 19,16 manat, 124110 (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 287,94 manat məbləğində silinmə əməliyyatları aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), Maraqlı şəxs (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hazırkı iş üzrə borcunun olması müəyyən edilmədiyindən, borc ödənildiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5660/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5660/2023
20.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver