Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-568/2022 15.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 noyabr 2015-ci il və 11 iyun 2020-ci il tarixli daşınma müqavilələrinə əsasən 1006651,6 manat, 590926,86 ABŞ dolları, 63562,97 avro, 713,68 İngiltərə funt sterlinqının, hüquqi yardıma görə ödənilmiş 17000 manat məbləğinin, 400 manat məbləğində mediasiya xərcinin və 1458 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının müdiri Fuad Məmmədov və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Samir Mollayev tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlamışlar: 1.1 Bu barışıq sazişi (bundan sonra “Saziş” adlanacaq) İddiaçı və Cavabdeh arasında olan məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 1.2 Bu Sazişə əsasən Cavabdeh İddiaçının iddia tələbi üzrə pulun qarşılıqlı razılaşdırılmış hissəsini ödəməyi, İddiaçı isə Tərəflər arasında Sazişin 2.1-ci bəndində qeyd olunmuş ixtilaf yaradan müqavilələr üzrə tələbindən və məhkəmədə qaldırılmış iddianın Barışıq sazişi ilə təsdiqlənməsini öhdəsinə götürür. 2.1 İddiaçı Cavabdehə qarşı Tərəflər arasında bağlanmış 19.11.2015-ci il və 11.06.2020-ci il tarixli Daşıma müqavilələri üzrə yaranmış borcun ödənilməsinə dair “dəymiş maddi ziyanın ödənilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. 2.2 İddia tələbi üzrə kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (bundan sonra “Məhkəmə” adlanacaq), hakim Fərrux Qasımovun icraatındadır. 2.3 İddiaçı bəyan edir ki, hazırkı iddia tələbi üzrə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadı yoxdur. 2.4 Hazırda Tərəflər bu Sazişi imzalamaqla, kommersiya mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşdurlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Tərəflərin qarşılıqlı razılığına əsasən: 2.4.1 Cavabdehin 19.11.2015-ci il Daşıma müqaviləsi üzrə İddiaçıya, borc məbləği ƏDV daxil olmaqla aşağıdakı məbləğlərdə müəyyən olunur: AZN 877889 USD 496368,20 EUR 53048,67 GBP 585 (bundan sonra “Borc” adlanacaq). 2.4.2. Tərəflərin qarşılıqlı razılığına əsasən Borc hissələrlə nağdsız qaydada aşağıdakı qrafik üzrə İddiaçının bank hesabına köçürülür: Ödəniş Məbləğləri ƏDV daxil olmaqla göstərilmişdir. 03 fevral 2022-ci il tarixinə 235294,12 ABŞ dolları, 25 aprel 2022-ci il tarixinə 290000 manat, 25 may 2022-ci il tarixinə 290000 manat, 28 iyun 2022-ci il tarixinə 175219,52 manat və 67500 ABŞ dolları, 29 iyul 2022-ci il tarixinə 108000 ABŞ dolları və 53048,67 avro, 31 avqust 2022-ci il tarixinə 122669,48 manat, 85574,08 ABŞ dolları və 585 İngiltərə funt sterlinqının, cəmi 877889 manat, 496368,2 ABŞ dolları, 53048,67 avro və 585 İngiltərə funt sterlinqi. Azərbaycan Respublikasının manatı ilə göstərilməyən məbləğlər ödəniş günündəki Mərkəzi Bankının valyuta kursu əsasında aparılacaqdır. 2.5. Borcun ödənilməsi həyata keçirilən zamanı devalvasiya olacağı təqdirdə ödənilməyən manat borcuna görə indeksləşmə məzənnə dəyişikliyinə uyğun tətbiq olunacaqdır; 2.6. Tərəflər bəyan edir ki, bu Saziş Tərəflər arasında imzalandığı tarixdə İddiaçı tərəfindən şəxsi kabinet vasitəsi ilə Sazişi e-mehkeme.gov.az portalına daxil edərək Məhkəməni məlumatlandıracaq. 2.7. Bu Saziş imzalandıqdan sonra İddiaçı Barışıq sazişnin məhkəmə tərəfindən təsdiq edilməsinə dair Ərizəni e-mehkeme.gov.az portalına daxil edəcək. 2.8. Bu Saziş imzalandığı gündən ən geci 3 (üç) iş günü ərzində İddiaçı Cavabdehə Saziş üzrə nəzərdə tutulmuş ödənişlər üçün e-qaimə təqdim edəcəkdir. Eqaimə sistemə daxil edildiyi gündən ən geci 30 (otuz) iş günü ərzində ilkin ödəniş məbləği Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürüləcəkdir. 3.1 Bu Saziş imzalandığı gündən qüvvəyə minir və Tərəflər Sazişdə nəzərdə tutulmuş ödəniş qrafıkinə əsasən öz öhdəliklərini icra edənə qədər qüvvədə qalacaqdır. 4.1 Tərəflər Sazişdə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. 5.1 Bu Sazişə bütün əlavə və dəyişikliklər maraqlı Tərəfin rəsmi müraciəti və Tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. 5.2 Bu Sazişə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan əlavə razılaşma ilə rəsmiləşdirilir. 5.3 Bu Sazişə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər. 6.1 Hazırki Saziş ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2 Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 6.3 Hazırki Saziş hər biri 3 səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla (bir nüsxə məhkəməyə təqdim etmək üçün), üç nüsxədə tərtib edilmişdir. Saziş imza və möhürlə imzalandığı gündən qüvvəyə minir. İddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi G.B.Ağalarlı məhkəmə iclasında ayrı-ayrılıqda barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1 Bu barışıq sazişi (bundan sonra “Saziş” adlanacaq) İddiaçı və Cavabdeh arasında olan məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 1.2 Bu Sazişə əsasən Cavabdeh İddiaçının iddia tələbi üzrə pulun qarşılıqlı razılaşdırılmış hissəsini ödəməyi, İddiaçı isə Tərəflər arasında Sazişin 2.1-ci bəndində qeyd olunmuş ixtilaf yaradan müqavilələr üzrə tələbindən və məhkəmədə qaldırılmış iddianın Barışıq sazişi ilə təsdiqlənməsini öhdəsinə götürür. 2.1 İddiaçı Cavabdehə qarşı Tərəflər arasında bağlanmış 19.11.2015-ci il və 11.06.2020-ci il tarixli Daşıma müqavilələri üzrə yaranmış borcun ödənilməsinə dair “dəymiş maddi ziyanın ödənilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. 2.2 İddia tələbi üzrə kommersiya mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsində (bundan sonra “Məhkəmə” adlanacaq), hakim Fərrux Qasımovun icraatındadır. 2.3 İddiaçı bəyan edir ki, hazırkı iddia tələbi üzrə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadı yoxdur. 2.4 Hazırda Tərəflər bu Sazişi imzalamaqla, kommersiya mübahisəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşdurlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Tərəflərin qarşılıqlı razılığına əsasən: 2.4.1 Cavabdehin 19.11.2015-ci il Daşıma müqaviləsi üzrə İddiaçıya, borc məbləği ƏDV daxil olmaqla aşağıdakı məbləğlərdə müəyyən olunur: AZN 877889 USD 496368,20 EUR 53048,67 GBP 585 (bundan sonra “Borc” adlanacaq). 2.4.2. Tərəflərin qarşılıqlı razılığına əsasən Borc hissələrlə nağdsız qaydada aşağıdakı qrafik üzrə İddiaçının bank hesabına köçürülür: Ödəniş Məbləğləri ƏDV daxil olmaqla göstərilmişdir. 03 fevral 2022-ci il tarixinə 235294,12 ABŞ dolları, 25 aprel 2022-ci il tarixinə 290000 manat, 25 may 2022-ci il tarixinə 290000 manat, 28 iyun 2022-ci il tarixinə 175219,52 manat və 67500 ABŞ dolları, 29 iyul 2022-ci il tarixinə 108000 ABŞ dolları və 53048,67 avro, 31 avqust 2022-ci il tarixinə 122669,48 manat, 85574,08 ABŞ dolları və 585 İngiltərə funt sterlinqının, cəmi 877889 manat, 496368,2 ABŞ dolları, 53048,67 avro və 585 İngiltərə funt sterlinqi. Azərbaycan Respublikasının manatı ilə göstərilməyən məbləğlər ödəniş günündəki Mərkəzi Bankının valyuta kursu əsasında aparılacaqdır. 2.5. Borcun ödənilməsi həyata keçirilən zamanı devalvasiya olacağı təqdirdə ödənilməyən manat borcuna görə indeksləşmə məzənnə dəyişikliyinə uyğun tətbiq olunacaqdır; 2.6. Tərəflər bəyan edir ki, bu Saziş Tərəflər arasında imzalandığı tarixdə İddiaçı tərəfindən şəxsi kabinet vasitəsi ilə Sazişi e-mehkeme.gov.az portalına daxil edərək Məhkəməni məlumatlandıracaq. 2.7. Bu Saziş imzalandıqdan sonra İddiaçı Barışıq sazişnin məhkəmə tərəfindən təsdiq edilməsinə dair Ərizəni e-mehkeme.gov.az portalına daxil edəcək. 2.8. Bu Saziş imzalandığı gündən ən geci 3 (üç) iş günü ərzində İddiaçı Cavabdehə Saziş üzrə nəzərdə tutulmuş ödənişlər üçün e-qaimə təqdim edəcəkdir. Eqaimə sistemə daxil edildiyi gündən ən geci 30 (otuz) iş günü ərzində ilkin ödəniş məbləği Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürüləcəkdir. 3.1 Bu Saziş imzalandığı gündən qüvvəyə minir və Tərəflər Sazişdə nəzərdə tutulmuş ödəniş qrafıkinə əsasən öz öhdəliklərini icra edənə qədər qüvvədə qalacaqdır. 4.1 Tərəflər Sazişdə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. 5.1 Bu Sazişə bütün əlavə və dəyişikliklər maraqlı Tərəfin rəsmi müraciəti və Tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. 5.2 Bu Sazişə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan əlavə razılaşma ilə rəsmiləşdirilir. 5.3 Bu Sazişə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər. 6.1 Hazırki Saziş ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2 Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 6.3 Hazırki Saziş hər biri 3 səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla (bir nüsxə məhkəməyə təqdim etmək üçün), üç nüsxədə tərtib edilmişdir. Saziş imza və möhürlə imzalandığı gündən qüvvəyə minir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-568/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-568/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver