Məhkəmə qərarları › İş №e-2-2(113)-568/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-568/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-568/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X3 Fərzalı oğlunun katibliyi ilə, İddiaçının direktoru X1 Cavabdehin direktoru X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 29000 AZN (iyirmi doqquz min manat) həcmində əsas borc, 1241,2 AZN (bir min iki yüz qırx bir manat iyirmi manat) həcmində faiz borcları, 181 AZN (bir yüz səksən bir manat) dövlət rüsumu olmaqla, ümumilikdə 30422,2 AZN (otuz min dörd yüz iyirmi iki manat iyirmi qəpik) həcmində pul məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə daiR kommersiyaişinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 29000 AZN (iyirmi doqquz min manat) həcmində əsas borc, 1241,2 AZN (bir min iki yüz qırx bir manat iyirmi manat) həcmində faiz borcları, 181 AZN (bir yüz səksən bir manat) dövlət rüsumu olmaqla, ümumilikdə 30422,2 AZN (otuz min dörd yüz iyirmi iki manat iyirmi qəpik) həcmində pul məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının direktoru və cavabdehin direktoru məhkəmə iclasında iştirak etmişdir. İddiaçının direktoru məhkəmə iclası zamanı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin direktoru isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 29000 AZN (iyirmi doqquz min manat) həcmində əsas borc, 1241,2 AZN (bir min iki yüz qırx bir manat iyirmi manat) həcmində faiz borcları, 181 AZN (bir yüz səksən bir manat) dövlət rüsumu olmaqla, ümumilikdə 30422,2 AZN (otuz min dörd yüz iyirmi iki manat iyirmi qəpik) həcmində pul məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar