Məhkəmə qərarları › İş №e-2-2(113)-5685/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5685/2023

17.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5685/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 196,94 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3.559,27 manat, İşsizlikdən sığorta fonduna olan 210,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 628,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1969-cu il, doğulduğu yer – Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "X4" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 468 manat, “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3.091,27 manat, İşsizlikdən sığorta fonduna 210,82 manat, İcbari Tibbi Sığorta Fonduna 628,14 manat, dövlət büdcəsinə 196,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 181,6 manat, faizlər üzrə 15,34 manat) olmaqla, ümumilikdə 4.595,17 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********596200 nömrəli, xx.xx.2019-cu il tarixli **********711700 nömrəli, xx.xx.2023-cü il tarixli **********016700 nömrəli, xx.xx.2023-cü il tarixli **********595000 nömrəli, xx.xx.2023-cü il tarixli **********157400 nömrəli, xx.xx.2023-cü il tarixli **********675400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********)şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “Symbol-Promo" MMC-nin xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan borcu 3.374,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan 679,77 manat, İşsizlikdən sığorta fonduna olan borcu 227,87 manat, dövlət büdcəsinə olan borcu 237,06 manat təşkil edir. Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixli şəxsi hesab vərəqəsinə əsasən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan borcu 468 manat təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "X4" MMC, “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli **********596200 nömrəli, xx.xx.2019-cu il tarixli **********711700 nömrəli, xx.xx.2023-cü il tarixli **********016700 nömrəli, xx.xx.2023-cü il tarixli **********595000 nömrəli, xx.xx.2023-cü il tarixli **********157400 nömrəli, xx.xx.2023-cü il tarixli **********675400 nömrəli bildirişlərin surətindən görünür ki, "X4" MMC, “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixli şəxsi hesab vərəqəsinə əsasən görünür ki, Əliyev X2 Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixdə 92 manat və həmin tarixdə 284 manat daha ödəniş etmiş, xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan borcu 92 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs tərəfindən DSMF- nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 376 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs tərəfindən DSMF- nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 92 manat məbləğində pul vəsaiti ödənilmişdir. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə VÖEN (**********) verilmişdir. Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X1r. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi fiziki şəxs Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 468 manat, hüquqi şəxs “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 3.091,27 manat, İşsizlikdən sığorta fonduna 210,82 manat, İcbari Tibbi Sığorta Fonduna 628,14 manat, dövlət büdcəsinə 196,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 181,6 manat, faizlər üzrə 15,34 manat) olmaqla, ümumilikdə 4.595,17 manat borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Əliyev X2 Sosial Müdafiə Fonduna olan 468 manat borcunu xx.xx.2023-cü il tarixdə DSMF- nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına ödəmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “Symbol-Promo" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi, dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari Tibbi Sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “Symbol-Promo" MMC-nin qətnamənin qəbul edildiyi tarixə qanuni təmsilçisi (icra orqanın rəhbəri) Maraqlı şəxs deyil, X1r. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Maraqlı şəxs qəbul edildiyi tarixə vergi ödəyicisi olan fiziki şəxs kimi Dövlət Sosial Müdafiə Fonduna olan 468 manat borcunu ödədiyini, eləcə də Maraqlı şəxs borclu hüquqi şəxs “Symbol-Promo" MMC-nin qətnamənin qəbul edildiyi tarixə icra orqanının rəhbəri olmadığından həmin MMC-lərin borclarının ödənilməsinin təmin edilməsi məqsədilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar