Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5688/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixli, KTA-KTT22/8436 saylı müqavilə üzrə lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, cərimə pulu, dövlət rüsumu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçının və digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2022-ci il tarixli, KTA-KTT22/8436 saylı müqavilə üzrə lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 08 iyul 2022-ci il tarixli, KTA-KTT- 22/8436 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixədək yaranmış 6,004.88 ( altı min dörd manat, 88 qəpik) AZN gecikdirilmiş əsas borc, 142.24 (bir yüz qırx iki manat, 24 qəpik) AZN gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 6,147.12 (altı min bir yüz qırx yeddi manat 12 qəpik) AZN borc məbləğinin və 81.5 (səksən bir manat 50 qəpik) AZN məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və Cavabdeh3 istifadəsində olan 1 ədəd LOVOL TD1304 markalı traktor və 1 ədəd ŞAKALAK SKSSP5 markalı 5 gövdəli kotanın İddiaçı ASC-yə saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh3 arasında 08 iyul 2022-ci il tarixli, KTA-KTT-22/8436 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsi bağlanmış, həmin Müqaviləyə əsasən 1 ədəd LOVOL TD1304 markalı traktor və 1 ədəd ŞAKALAK SKSSP5 markalı 5 gövdəli kotan cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 83199.00 manat təşkil etmişdir. Həmin məbləğin 30390.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 16639.80 manat məbləğində ilkin ödəniş və 831.99 manat manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətimizə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 6,004.88 ( altı min dörd manat, 88 qəpik) AZN gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 142.24 (bir yüz qırx iki manat, 24 qəpik) AZN cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLM-24/0009 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh3 İddiaçı ASC qarşısında 08 iyul 2022-ci il tarixli, KTA-KTT- 22/8436 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsi” nə əsasən xx.xx.2024- cü il tarixə qədər 6,004.88 ( altı min dörd manat, 88 qəpik) AZN gecikdirilmiş əsas borc, 142.24 (bir yüz qırx iki manat, 24 qəpik) AZN gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 6,147.12 (altı min bir yüz qırx yeddi manat 12 qəpik) AZN öhdəliyi vardır. Bildiririk ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, KTAKTT-22/8436-Z nömrəli Zaminlik Müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən lizinq alan Cavabdeh3 tərəfindən lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliklər tamamilə və ya qismən icra olunmadığı halda, o cümlədən, lazımınca icra olunmadıqda zamin (Cavabdeh1 və Cavabdeh2) lizinq alan (Cavabdeh3) ilə birlikdə birgə cavabdeh qismində çıxış edir. Beləliklə, cavabdehlər öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə görə, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanine (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardı. Mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll olunur. Müqavilənin 17.2-ci maddəsinə əsasən, müqavilənin icra yeri Lizinq verənin yerləşdiyi ünvan hesab olunur. Lizinq verən, yəni İddiaçı ASC-nin hüquqi ünvanı ünvan 1 Bina 1 ünvanıdır. Odur ki, müqavilənin şərtlərinə və Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərinə əsasən, hazırki mübahisəyə iddiaçının seçiminə əsasən Bakı Kommersiya Məhkəməsində baxıla bilər
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, texnikada ehtiyyat hissəsini əvəzləyib, işə salıb işləyəndən sonra qısa müddətdə borcu ödəyəcəklər. Borc məbləğinə dair heç bir etirazının olmamasını qeyd etdi.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək xx/xx/2024-cü il tarixli baxış iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştiraklarının mümkün olmadığını bildirərək, iclasın onların iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
5. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8436 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə obyektini bu lizinq müqaviləninin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən obyektin dəqiq təsviri lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir.
11. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 83199 manatdır.
12. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 30390 manatdır.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütn ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər Əlavə 2-də göstərilən cədvəl üzrə həyata keçirilir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişinin ümumi məlbəği 59237,08 manatdır.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 60 aydır.
16. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan lizinq verənin müvafiq tələbində göstərilən müddətdə lizinq verənin tələblərinə cavab verən təminatı təqdim etməyi, yaxud əvvəllər verilmiş təminatı əvəz etməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən yuxarıda göstərilən şərtlər yerinə yetirilmədikdə, lizinq verən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri ala bilər.
17. Müqavilənin 8.2-ci bəndinə əsasən lizinq alanın vəzifələri:
18. Müqavilənin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək.
19. Müqavilənin 8.2.14-cü bəndinə əsasən lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur.
20. Müqavilənin 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizin alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir.
21. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə hesablamaq hüququna malikdir.
22. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər:
23. Müqavilənin 14.1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.
24. Müqavilənin 14.2-ci bəndinə əsasən lizinq verən lizinq alana məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər.
25. Müqavilənin 14.4-cü bəndinə əsasən lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:
26. Müqavilənin 14.4.7-ci bəndinə əsasən lizinq müqaviləsi və Azərbaycan Respublikasının qanunvericilyi ilə nəzərdə tutulmuş digər hallarda.
27. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8436-Z saylı zaminlik müqaviləsinə əsasən X2 və Cavabdeh2 lizinq alanla birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür.
28. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə gecikmiş cari borcu 6004,88 manat, cərimə məbləği üzrə borcu 142,24 manat olmaqla cəmi 6147,12 manat borcu vardır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
31. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
33. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
34. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
35. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
36. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
37. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli KTA-KTT22/8436 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə qədər 6004,88 manat gecikdirilmiş əsas borcun tutulmasına dair aşağıdakıları qeyd edir.
38. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 6004,88 manat təşkil etmiş, o cümlədən həmin məbləğdə borcun mövcudluğuna dair də iclasda iştirak edən cavabdeh tərəfindən heç bir etiraz edilməmişdir. Buna görə də məhkəmə iddia tələbini də bu hissədə əsaslı hesab edir.
39. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT22/8436 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqavilə”nin 11.3-cü bəndinə əsasən iddiaçı əsas öhdəliyin gecikdirilməsinə görə cavabdehə 142,24 manat məbləğində cərimə borcu hesablamışdır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 6004,88 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və 142,25 manat dəbbə pulunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, KTA-KTT22/8436 saylı müqavilə üzrə 6004,88 manat əsas borc məbləği, 142,24 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli və lizinq obyekti olan 1 ədəd LOVOL TD1304 markalı traktor və 1 ədəd ŞAKALAK SKSSP5 markalı 5 gövdəli kotanın Cavabdeh3 alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 81,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Qeyd olunan maddənin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 81,50 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, KTAKTT22/8436 saylı müqavilə üzrə 6004,88 mnat əsas borc məbləği, 142,24 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 81,5 manat tutularaq İddiaçı ASCyə ödənilsin. Lizinq obyekti olan 1 ədəd LOVOL TD1304 markalı traktor və 1 ədəd ŞAKALAK SKSSP5 markalı 5 gövdəli kotanın Cavabdeh3 alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova