Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5699/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinin nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinin Cavabdeh MMCyə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 32657,28 manatın ödənilməmiş pulun, 250 manat hüquq xidməti üçün çəkilmiş xərcin və 200 manat mediasiya üçün çəkilmiş xərcin ümumilikdə 33107,28 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited" şirkəti bir qayda olaraq mülki dövriyyədə elektrik avadanlıqlarının satışı üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə xx.xx.2018, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlamışdır. Həmin alqı-satqı müqavilələrinə əsasən, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqavilələrə əsasən 121336,20 manat dəyərində olan malları verməklə müqavilələr üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 88678,92 manat hissəsini ödəmiş, qalan 32657,28 manat hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Mübahisənin həll edilməsi üçün cavabdeh mediator vasitəsilə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinin nümayəndəsi vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti əlavədə nəzərdə tutulan elektrik avadanlıqlarını Cavabdeh MMC-yə satır, Cavabdeh MMC isə öz növbəsində alınmış malların dəyərini “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinə ödəyir. xx.xx.2019-cu il tarixli iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları Cavabdeh MMC-yə verməyi, Cavabdeh MMC isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinə ödəməyi öhdəsinə götürür. 26 noyabr 2021-ci il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış üzləşmə aktından görünür ki, “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 121336,19 manat məbləğində mal satmış, cavabdeh tərəfindən satılan mallara görə ƏDV daxil 80958,89 manat məbləğində borc ödənilmiş, 26 noyabr 2021-ci il tarixə cavabdehin iddiaçıya ödənilməmiş 40377,30 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixli OD4 nömrəli ödəniş tapşırığından görünür ki, “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti hüquqi yardım üçün “Ədalət” Vəkil Bürosuna 250 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı 4 saylı Mediasiya Təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi iddiaçı satıcı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti ilə cavabdeh alıcı Cavabdeh MMC arasında alqı-satqı müqavilələri bağlanmış, satıcı öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək malları alıcıya satsa da, alıcı öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməyərək borcunun bir hissəsini iddiaçıya ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, sistemə yüklənilən elektron qaimələrdən və üzləşmə aktından görünür ki, tərəflər arasında davamlı olaraq alqı-satqı münasibətləri olmuş və iddia ərizəsindən göründüyü kimi, cavabdeh alınan mallara görə borcunun bir qismini ödəmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 200 manat mediasiya xərci və 250 manat məbləğində hüquqi yardım hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddia qismən təmin edilməlidir, belə ki, iş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, iddiaçı cavabdehə iddia ərizəsində qeyd olunduğu kimi, 121336,20 manat deyil, 121336,19 manat məbləğində mal satmış, 88678,92 manat məbləğində pul ödənilmiş, müvafiq olaraq 32657,27 manat məbləğində ödənilməmiş borc qalmışdır Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əsas borc tələbi qismən, yəni 32657,27 manat hissədə təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 32657,27 manat əsas borc, 200 manat mediasiya xərci və 250 manat hüquqi yardıma görə çəkilmiş xərc cəmi 33107,27 manat məbləğində pul tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 32657,27 manat əsas borc, 200 manat mediasiya xərci və 250 manat hüquqi yardıma görə çəkilmiş xərc cəmi 33107,27 manat məbləğində pul tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5699/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5699/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver