Məhkəmə qərarları › İş №e-2-2(113)-570/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-570/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-570/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7148,25 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X7 arasında qarşılıqlı razılaşma əsasında xx xxxxxx 2019-cu il tarixli, 3743/19 saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, “Satıcı” İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, “Alıcı” X7 həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X7 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 7148,25 (yeddi min yüz qırx səkkiz manat iyirmi beş qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddi tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı X7 arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixdə 3743/19 saylı alqı-satqı müqaviləsindən görünür ki, hazırki müqavilə əsasında 1-ci maddəsinə əsasən, satıcı sifarişlər əsasənda razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən məhsulun Alıcıya məxsus ictimai iaşə, ticarət obyektlərində, habelə restoranlar/mehmanxanalar zəncirindən kənarda və topdan satış yerlərində satılması yol verilməzdir. Bu şərtin pozulması hazırki Müqavilənin ləğv edilməsi və ya Alıcıya hazırki Müqavilə üzrə satış qaydası pozulan Məhsulun ümumi dəyərinin 1%-i məbləğində cərimə tətbiq edilməsi üçün əsasdır. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində seçim hüququ Satıcıya məxsusdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun hər partiya üzrə sifarişi Alıcının şifahi, yazılı və ya rəsmi elektron məktubla müraciətinə əsasən Satıcının səlahiyyətli nümayəndəsi tərəfindən dərhal mobil POS terminalında qeydiyyat aparmaqla təyin olunur. X5 müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən edilir və sifariş Satıcı tərəfindən təsdiq olunur. Məhsulun miqdarı, çeşidi, markası ilə bağlı müddəalar Sifarişlə razılaşdırılır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən məhsul Satıcı tərəfindən sifarişin təsdiq edilməsindən sonra 2 (iki) gün ərzində Alıcının çatdırılma Məntəqəsinə Satıcının hesabına çatdırılır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu Satıcının müvafiq mobil POS terminaldan çıxarışı satışfakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaiınə-faktura əsasında qəbul edir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən təhvil-təslim zamanı Alıcı tərəfindən Məhsul yerindəcə dərhal yoxlanılır, Müqavilə şərtlərinə, Sifarişə uyğun keyfiyyətdə olmayan Məhsul Alıcı tərəfindən Satıcıya geri qaytarılır. Çatdırılma məntəqəsində Alıcının Məhsulu təhvil alması Məhsulun kəmiyyət və keyfiyyətinin razılaşmaya uyğunluğu kimi qəbul edilir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən Satıcı Məhsulu müvafiq satış fakturası (və ya təhvil-təslim aktı, qaimə-faktura, elektron qaimə-faktura) əsasında Alıcıya təhvil verir, Alıcı bu müqaviləyə uyğun olaraq Məhsulu Satıcıdan nağd və ya nisyə (kredit) satış qaydasında satış fakturasını imzalamaqla qəbul edir. Satış fakturasında satışın xarakterinə müvafiq olaraq "nağd" və ya "nisyə" qeydləri edilməlidir. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən məhsulun Alıcıya təhvil-təslim olunduğu ana qədər Məhsulun təsadüfən məhv olması (itirilməsi) və ya zədələnməsi riskinə görə Satıcı Məhsul təhvil verildikdən sonra isə Alıcı məsuliyyət daşıyır. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən bu müqaviləyə əsasən məhsullar faktura üzrə Alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur və Faktura ilə məhsulları Alıcı özü və ya rəsmi olaraq səlahiyyət verdiyi şəxs qəbul edir. Bu qaydanın pozulması ilə bağlı məsuliyyət Alıcı tərəfdədir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin dəyəri Alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və Satıcının Alıcıya ünvanladığı Qiymət Təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət Təklifinin göndərildiyi gündən 3 (üç) gün ərzində etiraz verə bilər. Əksi-təqdirdə qiymətlər qarşılıqlı razılaşdırılmış hesab edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən məhsulun maya dəyərinin dəyişməsi və makroiqtisadi (milli valyutanın xarici valyutaya münasibətdə dəyər itirməsi - devalvasiya və s) amillər səbəbi ilə, Qiymət Təklifindəki qiymətlərdə dəyişikliklər baş verərsə, bu halda Satıcı Alıcını əvvəlcədən xəbərdar etməklə qiymətlərə birtərəfli qaydada dəyişiklik edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli EBAE seriyalı 812206 nömrəli nömrəli elektron qaimə faturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı X3 ümumilikdə 7148,25 manat dəyərində məhsullar satılmışdır. İş materiallarına əlavə edilmiş AlexExpress tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 75 və 76 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən X3 ünvanlanan 007150 və 007154 saylı qaimələrilə rəsmiləşdirilmiş sənədlər xx.xx.2020-ci il tarixdə kuryer vasitəsi sənədlər zərfin üzrəində göstərilən ünvanın naməlum olmaması səbəbindən çatırmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 313 nömrəli xəbərdarlıq məktubundan görünür ki, «İddiaçı” MMC tərəflər arasında bağlanmış müqavilə əsasında satılmış malların dəyəri olaraq 7148,25 manat pulun ödənilməsi dair X7 tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və X7 arasında xx xxxxxx 2019-cu il tarixdə 3743/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüququi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini iddia edərək cavabdehdən 7148,25 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qaimədə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Cavabdehə elektron qaimənin göndərilməsini və onların təsdiq edilməsini, məhkəmə, malların təhvil alınması halının sübutu kimi qəbul etmir və hesab edir ki, bunlar iddiaçının ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin, həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimənin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaların 3.15-ci bəndinə əsasən vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaiməfaktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. Həmin Qaydaların 3.16-cı bəndinə əsasən vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura”bu qaydaya uyğun olaraq göndərilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır.Sifariş məsul şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Həmin qaydaların 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin qaydaların 2.2-ci bəndinə əsasən Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir: Həmin Qaydaların 2.2.4-cü bəndinə əsasən əsas məlumatlar- qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır. Göründüyü kimi, qanunvericilik elektron qaimə-fakturanı ilkin uçot sənədi kimi müəyyən edir və onun malların alıcıya təqdim olunması barədə məlumatları əks etdirən sənədlər əsasında doldurulmasını, əks halda onların mal qəbulunun rəsmiləşdirilməsinə əsas vermədiyini nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar