Məhkəmə qərarları › İş №e-2-2(113)-5701/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5701/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5701/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X11 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X11 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İŞİN FAKTİKİ HALLARİ

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 15/AS-24 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, Lizinq verən (iddiaçı) lizinq alanın (cavabdehin) sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsində və aşağıdakı cədvəldə göstərilən əmlakın - 2020-ci il istehsalı, “MİTSUBİSHİ/ASX minik” markalı (rəngi: ağ mirvari, tipi: universal, BAN: JE4LPT1U4MU700295) nəqliyyat vasitəsinin (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 1.2. 1.2-ci bəndinə əsasən, lizinq verən lizinq obyektini xx.xx.2024-cü il tarixli, 15/AS- 24 saylı alqı-satqı müqaviləsi əsasında X3 (bundan sonra – satıcı) əldə edir. 1.3. 1.3-cü bəndinə əsasən, Lizinq obyekti lizinq alan tərəfindən seçilib. 1.4. 1.4-cü bəndinə əsasən, X7 36023 manatdır. 1.5. 1.5-ci bəndinə əsasən, Lizinq məbləği 40000 manatdır. 1.6. 1.10-cu bəndinə əsasən, Lizinq müddəti 36 aydır. 1.7. 1.11-ci bəndinə əsasən, illik faiz dərəcəsi 36%-dir. 1.8. 2.1-ci bəndinə əsasən, Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi , lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qəbul və istifadəyə verilmə aktına əsasən həyata keçirilir. Lizinq obyekti ilə birlikdə onun istismara verilməsi üçün zəruri olan bütün sənədlərin lizinq alana verilməsini lizinq verən öhdəsinə götürür. 1.9. 3.1-ci bəndinə əsasən, Bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. 1.10. 3.2-ci bəndinə əsasən, Lizinq verənin mülkiyyət hüququna bu Müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyi və istifadəsindən geri götürmək hüququ daxildir. 1.11. 3.5-ci bəndinə əsasən, Bu müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə lizinq obyekti lizinq alanın mülkiyətinə keçir. 1.12. 4.2-ci bəndinə əsasən, X10 obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. 1.13. 9.1-ci bəndinə əsasən, X12 Verənin təşəbbüsü ilə, Lizinq Alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda ləğv edə bilər: 1.13.1. 9.1.4-cü bəndinə əsasən, Lizinq Alın lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə. 1.14. 10.5-ci bəndinə əsasən, Lizinq Obyektinin qaytarılması və ya geri tələb edilməsi Lizinq Alanı bu Müqavilə üzrə həmin anadək yaranmış öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, Lizinq Obyektinə və ya Lizinq Verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. 1.15. 10.6-cı bəndinə əsasən, Lizinq Verənin arzusu ilə qaytarılmış və ya geri tələb edilmiş Lizinq Obyektinin vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb edilə bilər. X6 Obyektinin sərbəst bazar qiymətini müəyyən edir. X1 birtərəfli qaydada sərbəst seçir. X7 Qiymətləndirici tərəfindən onun hesablama metodlarına əsasən müəyyən edilir. 1.16. 10.8-ci bəndinə əsasən, Qiymətləndirici tərəfindən müəyyən edilmiş X7 Lizinq Obyektinin dəyərinə aid olan həyata keçirilmiş lizinq ödənişləri çıxılmaqla, Lizinq Obyektinin dəyərindən az olduqda, X10 Verənin tələbi ilə 3 təqvim günü ərzində yaranmış fərqi Lizinq Verənə ödəməlidir.

2. Tərəflərin özləri tərəfindən imzalanmış ödəniş cədvəlinə görə xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək lizinq məbləği üzrə aylıq ödənişin məbləği 1832,15 manat (sonuncu ay üzrə 1861,62 manat olmaqla) məbləğində müəyyən edilmişdir.

3. İş materiallarından görünür ki, iddiaçı ilə satıcı arasında xx.xx.2024-cü il tarixli, 15/AS-24 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı 2020-ci il istehsalı, “MİTSUBİSHİ/ASX minik” markalı (rəngi: ağ mirvari, tipi: universal, BAN: JE4LPT1U4MU700295) nəqliyyat vasitəsini ƏDV daxil 36023 manata satıcıdan almışdır.

4. Hər iki tərəfdən imzalanmış 15AS/2024 saylı təhvil təslim aktına görə 2020-ci il istehsalı, “MİTSUBİSHİ/ASX minik” markalı (rəngi: ağ mirvari, tipi: universal, BAN: JE4LPT1U4MU700295) nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir.

5. Həmçinin, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyində 2020-ci il istehsalı, “MİTSUBİSHİ/ASX minik” markalı nəqliyyat vasitəsinin həmin tarixə bazar dəyərinin 30 000 manat, likvid dəyərinin isə 27 000 manat olması göstərilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və onun dəlilləri.

6. İddiaçı tərəflər arasında bağlanmış 02 dekabr 2024-cü il tarixli 15/AS-24 nömrəli X5 əsasən yaranmış əsas borc üzrə 2667,70 manat və 72 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2739,70 məbləğin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair sonradan dəqiqləşdirməklə (xx.xx.2025) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 36% olmaqla, 40000 manat lizinq məbləği verilmişdir. Qeyd olunan lizinq müqaviləsinə əsasən dəyəri 36023 manat məbləğində qiymətləndirilmiş, iddiaçıya məxsus 2020-ci il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi ASX minik” universal markalı, ağ rəngli nəqilyat vasitəsi 02 dekabr 2024-cü il tarixində cavabdehə təhvil-təslim aktı asında verilmiş və ona həmin avtomobili idarə etmək üçün bir aylıq etibarnamə verilmişdir. Qeyd olunan lizinq müqaviləsinə əsasən kreditin və faizlərin ödənilməsinə dair tərtib olunmuş 2-N-li əlavəyə əsasən ödəniş qrafiki üzrə cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh qeyd olunan 02 dekabr 2024-cü il tarixli 15/AS-24 nömrəli X5 əsasən, götürmüş olduğu nəqilyat vasitəsinə görə krediti vaxtlı vaxtında və qrafikdə göstərilən qaydada ödəməmişdir. Qeyd olunan avtomobil Cavabdeh tərəfindən digər şəxslərə onlar tərəfindən heç bir etibarnamə verilmədiyi halda öz başına olaraq idarə etmək üçün verilmişdir. Elektron sistem vasitəsi ilə əldə etdiyimiz məlumatlara əsasən, qeyd olunan avtomobili qeyri-qanuni halda idarə edərkən onlara məlum olmayan 3-cü şəxslər yol polisi tərəfindən dəfələrlə cərimə edilmişlər. Araşdırılma aparıldıqda (GPS) izləmə cihazı vasitəsi ilə qeyd olunan avtomobil Bakı şəhəri, Dərnəgül ərazisində sürülməyinə baxmayaraq, əslində isə Nizami rayonu ərazisində yerləşən cərimə meydançasında aşkar olunmuşdur. Bundan başqa cavabdeh tərəfindən icazəsi olmadığı halda qeyd olunan avtomobilin üzərində kənar müdaxilələr olunaraq, müxtəlif dəyişikliklər aparılmış, avtomobilin üzərindəki öz zavod disk və şinləri dəyişdirilmiş, avtomobilin üzərindəki izləmə cihazı çıxarılaraq, qəsdən məhv edilmişdir. İddiaçıya məxsus lizinq premeti olan nəqilyat vasitəsi onlar tərəfindən X4 müvafiq bəndinə əsasən geri alınmış və bu barədə tərəflər iddiaçının nümayəndəsi, və cavabdehin iştirakı ilə razılığın alınmasına dair cavabdehdən notarial sənəd alınmışdır. Cavabdeh ərizəsində bildirmişdir ki, onun qeyd olunan Daxili Lizinq müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməyə maddi imkanları yoxdur və avtomobilin satılmasına, yeni lizinq müqaviləsi ilə digər şəxslə verilməsinə etiraz etmir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə yaranmış 35103,70 manat borcunun bağlanması məqsədi ilə qeyd olunan avtomobili şəxsən özünün satması, əldə etdiyi məbləğin borcunun bağlanması üçün iddiaçıya ödəniş etməsi təklif olunsada o bunu etməmiş və bildirmişdir ki, maşın sizdədir necə edirsinizsə özünüz edin. İddiaçı tərəfindən nəqilyat vasitəsinin qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC-yə təqdim edilmiş və nəqilyat vasitəsinin bazar dəyəri 30000 manat, likvid dəyəri 27000 manat müəyyən edilmişdir. Atomobil mülkiyyətçi tərəfindən yeni X5 əsasən digər şəxsə 30.000 manat məbləğində müəyənləşdirilərək tərəflərin razılığı əsasında kreditə verilmiş və 30.000 manat pul Cavabdeh borcuna yönəldilmişdir. Beləliklə iddiaçı ilə cavabdeh arasında bağlanmış X5 əsasən,16 iyul 2025-ci il tarixinə kredit borcunun qalıq hissəsi əsas borc üzrə 5098,60 manat, faiz borcu üzrə 5.10 manat olmaqla, ümumilikdə 5103.70 manat təşkil etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri

8. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərzəsinə uyğun izahat verərək təmin edilməini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmədiklərindən məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

21. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

22. Maddə 748-1.12.4. X10 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

23. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

24. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

31. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

32. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 15/AS-24 saylı X5 əsaslanan öhdəlik hüquq mansibətləri yaranmışdır. Lizinq müqaviləsinin anlayışı verilmiş Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq verənin və lizinq alanın əsas hüquq və öhdəlikləri nəzrədə tutulmuşdur. Həmin müddəaya görə, lizinq verənin başlıca öhdəliyi lizinq obyektini müqavilə şərtlərinə (müddət, haqq və s.) uyğun olaraq lizinq alanın istifadəsinə vermək, lizinq alanın başlıca öhdəliyi isə aldığı lizinq obyektindən istifadə haqqını müəyyənləşdirilmiş dövr ərzində lizinq verənə ödməkdən ibarətdir. Mülki Məcəllənin 747.1-ci maddəsinin mənasından o da müəyyən edilir ki, lizinq verənin öhdəliyinin icrası lizinq müqaviləsinin bağlandığı andan, lizinq alanın öhdəliyinin icrası isə lizinq obyektinin ona təhvil verildiyi andan başlayır.

33. İş mübahisəsiz halıdır ki, lizinq obyekti olan 2020-ci il istehsalı, “MİTSUBİSHİ/ASX minik” markalı (rəngi: ağ mirvari, tipi: universal, BAN: JE4LPT1U4MU700295) nəqliyyat vasitəsi hər iki tərəfdən imzalanmış 15AS/2024 saylı təhvil təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Bununla da, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş lizinq obyektinin lizinq alanın istifadəsinə verilməsi ilə bağlı olan əsas öhdəliyini yerinə yetirmişdir. Eyni zamanda, iddiaçının lizinq obyektinin təhvil verilməsi ilə bağlı öhdəliyini tam icra etməsi həm onunla öz təsdiqini tapır ki, lizinq obyektinin təhviltəslimi haqqında tərtib edilmiş aktın qeyd hissəsində göstərilmişdir: “avtomobilin işə saldım, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik və rənginin solmasını aşkar etmədim və yuxarıda (avtomobilin adı, sayı, buraxılış ili, modeli, markası, mühərrik nömrəsi və yürüş məsafəsi) qeyd edilməklə öz imzamla təsdiq edirəm”.

34. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh lizinq müqaviləsi üzrə təhvil aldığı lizinq obyektinə görə aylıq liznq ödənişlərini və ona hesablanmış faziləri vaxtında ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə görə X10 obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə olan borcu 5098,6 manat əsas, 5,1 manat faiz borcu olmaqla, ümumilikdə 5103,7 manat təşkil edir.

35. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında onların tam azad iradə ifadələrinin təzahürü nəticəsində bağlanmış lizinqi müqaviləsində sonuncu iddiaçıdan müqavilə göstərilən lizinq obyektlərini alaraq onlardan istifadə etmək hüququna malik olmaqla bərabər, eyni zamanda həmin müqavilə ilə müəyyən edilmiş müddət və dövrlərlə lizinq haqqını və ona hesablanmış faizlər formasında lizinq mükafatını ödəməklə bağlı öhdəliyin icraçısı olmuşdur. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh lizinq müqaviləsi əsasında liznq obyektini təhvil alaraq istifadə etsə də, lizinq haqqını, ona hesabıanmış faizləri tam ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı lizinq ödənişini cavabdehdən tələb etməkdə haqlıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 02 dekabr 2024-cü il tarixli 15/AS-24 nömrəli X5 əsasən 2667,7 manat əsas borc və ödənilmiş 72 manat dövlət rüsumu olmaqla ümumilikdə 2739,7 məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X11 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar