Məhkəmə qərarları › İş №e-2-2(113)-571/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-571/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-571/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı UAB “İddiaçı”nın nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı UAB “İddiaçı”nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı UAB “İddiaçı” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə icra edilməmiş öhdəlikdən əmələ gələn 29550 ABŞ dolları əsas borcun, gecikdirilmiş ödəniş üzrə dəbbə pulu olan 5102,50 ABŞ dollarının, ümumilikdə 34652,50 ABŞ dollarının cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı UAB "İddiaçı" müəssisəsinə ödənilməinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən (müqavilənin rus dilində tərtib olunmuş original variantından) görünür ki, “əgər tərəflər fikir ayrılığı və ya mübahisələri sülh yolu ilə həllində ikitərəfli razılıq əldə etməzlərsə, hər bir tərəf onların həllini iddiaçının olduğu yer üzrə Kommersiya və ya Arbitraj məhkəməsinə ötürür” (iddiaçının məhkəməyə təqdim etdiyi originalın tərcümə variantında müqavilənin 7.2-ci bəndində olan “seçdiyi yer üzrə” cümləsi düzgün tərcümə edilməyib). Göründüyü kimi müqavilənin 7-ci bəndinə əsasən iddiaçı qismində çıxış edən hüquqi ünvanı: Litva, Vilnus şəhəri, Uqnyaqesyu küçəsi ev 12 olan UAB “İddiaçı” iddia ərizəsi ilə iddiaçının olduğu yer üzrə Litvada olan müvafiq məhkəməsinə müraciət etməli olduğu halda, cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçı UAB “İddiaçı”nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı UAB “İddiaçı”nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsində baxılmaması əsası ilə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı UAB “İddiaçı”nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı UAB “İddiaçı”ya izah edilsin ki, hazırki mübahisənin həlli ilə bağlı iddia ərizəsi ilə Litvada olan müvafiq məhkəməyə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar