Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-571/2024 18.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 85575 manat gecikdirilmiş borc, hesablanmış 53956,25 manat cərimə, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərc olmaqla, cəmi 140431,25 manat (bir yüz qırx min dörd yüz otuz bir manat iyirmi beş qəpik) pul vəsaitinin Cavabdehndən tutularaq, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damcılı suvarma sistemləri üçün avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə üzrə 85575 manat gecikdirilmiş borcu və hesablanmış 53956,25 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda gətirilən əsaslara görə iddiaçının həmin iddia tələbinə etiraz edilir və hesab edilir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən əslində rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsini belə əsaslandırmışdır ki, vaxtilə "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damcılı suvarma sistemləri üçün avadanlıqları lizinqə götürmüşdür, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə üzrə 85575 manat gecikdirilmiş borcu və hesablanmış 53956,25 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhz bu səbəblərə görə hazırda iddiaçı çavabdehə qarşı yuxarıda qeyd edilən iddia tələblərini irəli sürmüşdür. Cavabdeh təşkilat olaraq iddiaçının belə bir iddia tələbinin əsaslandırmasına qarşı etiraz olaraq bildirilir ki, həqiqətən də vaxtilə "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən X1 LTD şirkətinin gətirdiyi 222830 manat dəyərində 45 ha sahədə damcılı suvarma sistemi avadanlıqları 1 dəst olaraq lizinqə alınmışdır. Həmin vaxt 22830 manat ilkin ödəniş kimi cavabdeh tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndinə əsasən lizinq ödənişləri müqavilənin tərkib hissəsi olan 2 saylı əlavəyə əsasən həyata keçirilməli idi. Hazırda iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından və ödənişlərə görə cərimənin hesablanması qrafikindən müəyyən edilir ki, cavabdeh təşkilat 2019-cu ilin 4-cü rübünə kimi müqavilə üzrə öz öhdəliklərini həmişə vaxtında yerinə yetirmiş və borcun qaytarılmasında heç bir gecikmə baş verməmişdir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və həmin Fərmana əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Bu Fərmandan sonra cavabdeh təşkilat olaraq lizinq müqaviləsi üzrə ödənişlərin hara və hansı qaydada ödənilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən heç bir rəsmi məlumat əldə edilməsi mümkün olmamışdır. Geridə qalmış müddət ərzində tərəfimizdən ödənişlərin hara icra edilməsi məsələsi həll edilmədiyindən, təxminən 3 il sonra, yəni 2023-cü ilin 22 sentyabr tarixində hazırkı iddiaçı təşkilat cavabdehə indiki iddia ərizəsində qeyd olunan tələblər üzrə pretenziya məktubu ünvanlamışdır və daha sonra 2023-cü ilin oktyabr ayında ilkin mediasiya ilə bağlı cavabdehə məktub göndərmişdir. Hazırkı iddiaçının bu hərəkətləri əslində vaxtilə "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilənin tələblərinə də uyğun deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı təşkilat 2020-ci ilin avqust ayından bilirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçibdir. Eyni zamanda iddiaçının özünün məhkəməyə təqdim etdiyi rəsmi sübutlardan müəyyən edilir ki, cavabdeh təşkilat 2019-cu ilin 4-cü rübünə kimi müqavilə üzrə öz öhdəliklərini həmişə vaxtında yerinə yetirmiş və borcun qaytarılmasında heç bir gecikmə baş verməmişdir. Yalnız ödənişlərin icrasında əsas problem əslində 2020-ci ildən başlamışdır. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 13-LA/14 nömrəli müqavilənin 2.1.4-cü bəndinə əsasən lizinq verən qrafik üzrə ödənişə nəzarət etməlidir. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən lizinq verən bu müqavilə üzrə lizinq alanın bütün öhdəliklərinə nəzarət etməlidir. Qeyd edilən müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan tərəfindən müqavilənin şərtləri pozulduqda, o cümlədən ödənişi bir dəfə qrafik üzrə (Əlavə 2) üzrə aparmadıqda bu müqavilənin 5.2-5.6cı bəndlərində göstərilən hərəkətləri etməlidir. Adı çəkilən müqavilənin 2.1.10-cu bəndinə əsasən isə lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə avadanlığı geri almaq, avadanlıqdan istifadəyə görə ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və avadanlığa dəyən zərərin ödənilməsini tələb etməlidir. Məhz həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faiz həcmində cərimə tələb edə bilər. Yuxarıda sadalanan müqavilənin göstərilən bəndlərindən müəyyən edilir ki, əslində iddiaçının 2020-ci ildən hazırki vaxta kimi cavabdeh təşkilat tərəfindən müqavilə üzrə öz öhdəliklərini faktiki olaraq icra etməməsini bildiyi halda, məqsədli şəkildə geridə qalmış 3 il ərzində cavabdehə heç bir rəsmi xəbərdarlıq məktubu göndərməmiş, yalnız 2023-cü ilin 22 sentyabr tarixində pretenziya məktubu ünvanlayaraq, hazırkı iddia ərizəsinə qanuni don geyindirməyə cəhd etmişdir. Məhz geridə qalmış 3 il ərzində isə iddiaçı 4.2-ci bəndinin tələbindən və lizinq verənə verilmiş hüquqdan sui-istifadə edərək cavabdehin əsas borcunun üzərinə tənasübsüz surətdə yüksək məbləğdə, yəni 53956,25 manat cərimə borcunu hesablamışdır. Hazırki iddia ərizəsindəki tələbdən görünür ki, cavabdehin iddiaçıdan tələb etdiyi əsas borcu 85575 manat təşkil etdiyi halda, tələb etdiyi cərimə borcu 53956,25 manat təşkil edir. Bu məbləğ əsas borca münasibətdə isə həddən artıq çoxdur və ədalətli deyildir. Belə ki, bir daha bildirilir ki, iddiaçı 2020-ci ildən bildiyi halda ki, cavabdeh öz müqavilə üzrə öhdəliklərini vaxtında icra etmir, buna baxmayaraq hüquqdan sui-istifadə edərək geridə qalmış 3 il ərzində cavabdehə qarşı heç bir tələb irəli sürmədən yalnız cavabdehin əsas borcuna yuxarıda qeyd edilən cəriməni hesablamaqla məşğul olmuşdur. Nəticədə isə hazırda iddiaçı cavabdehdən absurd məbləğdə cərimə məbləğini tələb edir. Bir daha qeyd olunur ki, bu iddiaçının hüquqdan kobud şəkildə sui-istifadə etməsidir.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı əsas borc hissəsində qəbul etdiyini, cərimə məbləğinin təxminən 2000 manatadək azaldılaraq, iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirdi.
7. Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 222830 (iki yüz iyirmi iki min səkkiz yüz otuz) manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun 45 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqlarının dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir. Avadanlıq Saatlı rayonunda quraşdırılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 22283 (iyirmi iki min iki yüz səksən üç) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2377/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 01 iyul 2013-cü il tarixli, 07 nömrəli məktubuna (daxil olma Y-1180, 01.07.13) əsasən "xxxx" ASC ilə bağlanmış 24 oktyabr 2014-cü il tarixli, 13-LA/14 nömrəli lizinq müqaviləsi üzrə (45 ha sahədə damcılı suvarma sistemi avadanlıqları) avadanlıqlar ona 10 il müddətinə lizinqə verilsin. 2) "xxxx" MMC tərəfindən avadanlığın dəyərindən ilkin olaraq 22283 (iyirmi iki min iki yüz səksən üç) manat ödənildiyi nəzərə alınsın.
9. "xxxx" ASC-yə məxsus Saatlı rayonunda 45 ha əkin sahəsində quraşdırılmış damcılı suvarma sistemli avdanlıqların lziinqə verilməsi barədə 30.09.214-cü il tarixli aktdan görünür ki, aktda qeyd olunan avadanlıqlar quraşdırılmış və istismara təhvil verilmişdir.
10. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki əlavə olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə üzrə borcu gecikdirilmiş əsas borc üzrə 85575 manat, hesablanmış cərimə üzrə 53956,25 manat olmaqla, ümumilikdə 139531,25 manat təşkil edir. Müqavilə üzrə 109533 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd olunmuşdur.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçir.
13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 000İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun AZ31AİİB******************** nömrəli hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
18. İddia tələbinin bir hissəsini xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 85575 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir.
19. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi 85575 (səksən beş min beş yüz yetmiş beş) manat əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir.
20. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 53956,25 manat cərimə borcunun tutulması təşkil edir.
21. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq, ümumilikdə 4000 (dörd min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır.
24. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin və 400 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2014-cü il tarixli, 13-LA/14 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 85575 (səksən beş min beş yüz yetmiş beş) manat əsas borc, 4000 (dörd min) manat cərimə, 500 (beş yüz) manat hüquqi yardım, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 90475 (doxsan min dörd yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova