Məhkəmə qərarları › İş №e-2-2(113)-5722/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5722/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5722/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının xxxnin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı su təchizatının bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: su təchizatının bərpa edilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının xxxnin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı su təchizatının bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının xxx cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ərazisində yerləşən X1 obyektinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tərəfindən su təchizatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ərazisində yerləşən X1 obyekti (YKT) xx.xx.2006-cı il tarixdə ARDNŞ-nin (SOCAR) “Azərneftyağ” X7 balansından ARDNŞ-nin (SOCAR) Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansına verilmişdir. YKT-nin su təchizatının təmin edilməsi məqsədi ilə "xxxx" ASC (hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8) arasında xx.xx.2009-cu il tarixli, 19488920 nömrəli qeyri-əhali qrupuna aid alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla əlaqədar YKT-də xx.xx.2009-cu il tarixdə mexaniki sayğac quraşdırılmışdır. xx.xx.2013-cü il tarixli, 10/İM nömrəli icarə müqaviləsinə əsasən YKT sahibkarlıq məqsədilə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Müqavilənin 3.2.4-cü bəndinin tələbinə əsasən icarə obyektinin kommunal xidmət haqlarının ödənilməsi (elektrik enerjisi, qaz, su və kanalizasiya) "xxxx" MMC-nin öhdəliklərinə aid edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 17 nömrəli məktubuna əsasən bağlanmış xx.xx.2013-cü il tarixli 10/İM nömrəli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. xx.xx.2023cü il tarixdə YKT-də smart tipli yeni sayğac quraşdırılmış və bununla bağlı 019363 nömrəli akt tərtib edilmişdir. Bildiririk ki, YKT-yə suyun verilməsi 2023-cü ilin noyabr ayından etibarən heç bir səbəb göstərilmədən və Sosial İnkişaf İdarəsinə xəbərdarlıq edilmədən cavabdeh tərəfindən dayandırılmışdır. Bununla əlaqədar, YKT-nin su təchizatının bərpa edilməsi ilə bağlı Sosial İnkişaf İdarəsi tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, 14-2- 10/2-197/2024 nömrəli müraciət ünvanlanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 13- 16/2-639/2024 nömrəli məktubu ilə müraciətə cavab olaraq YKT-nin su təchizatının bərpa edilməsindən imtina etmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, işə baxarkən və qətnamə çıxararkən ünvanın ünvan 1onu, Hövsan yolu, Dədə Qorqud qəsəbəsi ev-33) kimi göstərilməsini xahiş etmişdir.

4. Ərizəsini onunla əsaslandırmışdır ki, su təchizatının bərpası tələb olunan X1 sahəsinin ünvanı Sosial İnkişaf İdarəsinin balansında və “Daşınmaz Dövlət Əmlakının qeydiyyat vərəqəsi”ndə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi kimi qeydiyyatdadır. Məhz buna görə iddia ərizəsində sahənin ünvanı elə göstərilib. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə sahənin ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu, Dədə Qorqud qəsəbəsi ev-33 kimi göstərilmişdir. Göstərilən ünvanlar müxtəlif olsa da, eyni sahəyə aiddir. Belə ki, istehlakçının abonent kodunun nömrəsi 020771-dir və mübahisə də həmin sahəyə su təchizatının bərpa edilməsi barəsindədir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. 6.Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və məhkəmənin suallarına cavab olaraq hazırda obyektə su təchizatının dayandırıldığını, müraciət etdikdə borcun olduğunu bildirdiklərini, borc barədə heç bir hesabatın, sənədin təqdim edilmədiyini qeyd etdi.

6. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddiaçının illər üzrə ödənilməmiş 17276,72 manat borcunun olduğunu bildirdi.

7. “Azərneftyağ” X7 balansından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ərazisində yerləşən X1 obyektinin ARDNŞ-nin (SOCAR) Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansına verilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli akt iş materiallarına əlavə edilmişdir.

8. İş materiallarına əlavə olunmuş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında” iddiaçıya ünvanlanmış cavab məktubunda deyilir ki, sizin xx.xx.2024-cü il tarixli, 14-2-10/2-197/2024 qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "X2nın 8.1.8-ci yarımbəndinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən vaxtında və tam ödənilmədikdə Su təchizatı və kanalizasiya müəssisəsi istehlakçının su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Qaydaların 8.8-ci bəndinə əsasən suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən suyun verilməsi bərpa edilməlidir. Abonent kodunun nömrəsi 020771 olan müəssisənin su təchizatı xidmətlərindən istifadəyə görə abonent hesabında 17276,72 manat borcun mövcud olduğu, “X2”nın 7.15-ci bəndinə əsasən abonent hesabında yaranmış borcların su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödənilməsinin mümkün olduğu, bunun üçün Suraxanı rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolunun imzalanmasının tövsiyə olunur.

9. Məhkəmənin “xx.xx.2009-cu il tarixli, 19488920 nömrəli qeyri-əhali qrupuna aid alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, müqavilənin bağlanmasından 15 ildən çox müddət keçdiyi üçün müqavilə arxivdə mövcud deyildir. "Su təchizatı va tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı va kanalizasiya miüəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması va ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Digər tərəfdən abonentin cavabdehə göstərilmiş xidmətlərə görə xx.xx.2024-cü il tarixinə 17276.72 manat borcu yaranmışdır. Tərəflərindən iddiaçının hər hansı dövrdə və hal-hazırda su təchizatı dayandırılmamışdır.

10. Azərbaycan Respublikası "xxxx" ASC-nin SOCAR-ın Sosial İnkişaf İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2019-cu il tarixinə 10180,70 manbat ödənilməmiş debitor borc yaranmışdır. Mövcud borc məbləği 2009- 2018-ci illərdə göstərilmiş xidmətlərin dəyərinin qismən ödənilməsi nəticəsində yaranmışdır.

11. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş “su təchizatı və tullantı sularının axıdılmasına görə 020771 kodu üzrə abonent barədə məlumat” cədvəlindən görünür ki, 2016-2019-cu illər üzrə qalıq borc 0 manat təşkil edir. Tətbiq edilən hüquq

12. xx.xx.1999-cu il tarixli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 26-ci maddəsinə əsasən su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: - su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; - su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; - məhkəmənin qərarı ilə və s. 28.1-ci maddəsinin tələbinə görə su təchizatı müəssisəsi, istehlakçını mütləq qaydada xəbərdar etmək şərti ilə bu qanunda nəzərdə tutulmuş hallarda su təchizatını dayandırır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın: 8.1-ci bəndinin tələbinə görə də su təchizatı müəssisəsi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçını mütləq qaydada xəbərdar etmək şərti ilə bu Qaydalarda nəzərdə tutulmuş hallarda su təchizatını dayandıra bilər. 8.9-cu bəndinin tələbinə görə suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda su təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmənin mövqeyi

14. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında su təchizatı ilə bağlı müqavilə münasibətləri olmuşdur. Hazırda su təchizatının bərpa olunması istənilən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ərazisində yerləşən X1 obyekti xx.xx.2006-cı il tarixli akt əsasında “Azərneftyağ” X7 balansından ARDNŞ-nin (SOCAR) Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansına verilmişdir. Cavabdeh tərəfindən həmin obyekt su ilə təchiz edilmiş, iddiaçı tərəfindən xidmətə görə ödənişlər edilmişdir.

15. İddia tələbi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 üzərinə SOCAR-ın Sosial inkişaf İdarəsinin balansında olan ünvan 1onu, Hövsan yolu, Dədə Qorqud qəsəbəsi ev-33) ərazisində yerləşən X1 obyektinə su təchizatının bərpa edilməsi öhdəliyinin qoyulmasından ibarətdir.

16. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

17. Belə ki, cavabdehin məhkəməyə ünvanladığı məktubda abonentin cavabdehə göstərilmiş xidmətlərə görə xx.xx.2024-cü il tarixinə 17276.72 manat borcunun yarandığı və tərəflərindən iddiaçının hər hansı dövrdə və hal-hazırda su təchizatının dayandırılmadığı bildirilmişdir. Lakin iddiaçının su təchizatının bərpası ilə bağlı cavabdehə ünvanladığı müraciətə cavabda "X2”nın 8-ci bəndinə əsaslanaraq, suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən suyun verilməsinin bərpa oluna bilməsi, abonent kodunun nömrəsi 020771 olan müəssisənin su təchizatı xidmətlərindən istifadəyə görə abonent hesabında 17276,72 manat borcun mövcud olduğu, “X2”nın 7.15ci bəndinə əsasən abonent hesabında yaranmış borcların su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödənilməsinin mümkün olduğu, bunun üçün Suraxanı rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolunun imzalanmasının tövsiyə olunduğu qeyd olunur. Eyni zamanda cavabdehin təqdim etdiyi 020771 kodu üzrə abonent barədə məlumatdan hazırkı dövrdə iddiaçının cavabdehin xidmətlərindən istifadə etməsi müəyyən olunmur.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 8.9-cu bəndinin və digər normaların tələblərinə riayət olunmamasını əsas götürərək hesab edir ki, iddia təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 üzərinə Azərbaycan Respublikasının xxxnin balansında olan, ünvan 1onu, Hövsan yolu, Dədə Qorqud qəsəbəsi, ev 33) ərazisində yerləşən X1 obyektinə verilən su təchizatının bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, Qaydaların 8.9-cu bəndinin tələbinə görə suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda su təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. məhkəmə araşdırması zamanı belə bir aktın mövcudluğu öz təsdiqini tapmamışdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 üzərinə Azərbaycan Respublikasının xxxnin balansında olan, ünvan 1onu, Hövsan yolu, Dədə Qorqud qəsəbəsi, ev 33) ərazisində yerləşən X1 obyektinə verilən su təchizatının bərpa edilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar