Məhkəmə qərarları › İş №e-2-2(113)-5729/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5729/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5729/2022 23.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC təşkilati-hüquqi formasını və adını dəyişərək İddiaçı QSC olmuşdur) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 dekabr 2020-ci il tarixli 116 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən 77854.04 ( yetmiş yeddi min səkkiz yüz əlli dörd manat 04 qəpik) manat borc pulun, 3717.00 (üç min yeddi yüz on yeddi manat, 00 qəpik) manat məbləğində malların Cavabdeh tərəfindən təhvil alınaraq dəyərinin və dəymiş zərərin (əldən çıxmış fayda) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh MMC-nin ünvan 1 ünvanında qeydiyyatda olduğunu bildirmiş, işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisə baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, cavabdeh, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına (xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir) əsasən Göyçay rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-cü maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə tələbinə dair ərizəsi üzrə iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar