Məhkəmə qərarları › İş №e-2-2(113)-5743/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5743/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5743/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi, lizing predmetinin qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, cərimə pulu, dövlət rüsumu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi, lizing predmetinin qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli KTAKTT- 20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə əsasən xx.xx.2024-cü it tarixədək yaranmış 1334,06 manat gecikdirilmiş əsas borc, 532,85 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1866,91 manat borc məbləğinin və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 28 dekabr 2020- ci il tarixli KTA-KTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd “ABOLLO TY-HM1” markalı yemqıranın saz və işlək vəziyyətdə geri qaytarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “ABOLLO TY-HM1” markalı yemqıran cavabdehə 18 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 4050 manat təşkil etmişdir. Həmin məbləğin 1560 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 870 manat məbləğində ilkin ödəniş və 50 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 1334,06 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 532,85 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0107 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 28 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə əsasən xx.xx.2024-cü il tarixə qədər 1334,06 manat gecikdirilmiş əsas borc, 532,85 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1866,91 manat öhdəliyi vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə obyektini bu lizinq müqaviləninin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən obyektin dəqiq təsviri lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir.

10. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 4050 manatdır.

11. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 1560 manatdır.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütn ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər Əlavə 2-də göstərilən cədvəl üzrə həyata keçirilir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişinin ümumi məlbəği 2579,78 manatdır.

14. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 18 aydır.

15. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan lizinq verənin müvafiq tələbində göstərilən müddətdə lizinq verənin tələblərinə cavab verən təminatı təqdim etməyi, yaxud əvvəllər verilmiş təminatı əvəz etməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən yuxarıda göstərilən şərtlər yerinə yetirilmədikdə, lizinq verən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri ala bilər.

16. Müqavilənin 8.2-ci bəndinə əsasən:

17. Müqavilənin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək.

18. Müqavilənin 8.2.14-cü bəndinə əsasən lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur.

19. Müqavilənin 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizin alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir.

20. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə hesablamaq hüququna malikdir.

21. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər:

22. Müqavilənin 14.1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.

23. Müqavilənin 14.2-ci bəndinə əsasən lizinq verən lizinq alana məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər.

24. Müqavilənin 14.4-cü bəndinə əsasən lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:

25. Müqavilənin 14.4.7-ci bəndinə əsasən lizinq müqaviləsi və Azərbaycan Respublikasının qanunvericilyi ilə nəzərdə tutulmuş digər hallarda.

26. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə gecikmiş cari borcu 1334,06 manat, cərimə məbləği üzrə borcu 532,85 manat olmaqla cəmi 1866,91 manat borcu vardır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

31. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

32. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli KTA-KTT20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə qədər 1334,06 manat gecikdirilmiş əsas borcun tutulmasına dair aşağıdakıları qeyd edir.

33. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 1334,06 manat təşkil etmiş, o cümlədən həmin məbləğin mövcudluğuna dair də etiraz edilməmişdir. Buna görə də məhkəmə iddia tələbini də bu hissədə əsaslı hesab edir.

34. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqavilə”nin 11.3-cü bəndinə əsasən iddiaçı əsas öhdəliyin gecikdirilməsinə görə cavabdehə 532,85 manat məbləğində cərimə borcu hesablamışdır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 1334,06 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

37. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 532,85 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 67 manat məbləğində müəyyən edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 dekabr 2020-ci il tarixli KTAKTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” üzrə 1334,06 manat gecikdirilmiş əsas borc, 67 manat dəbbə iddiaçıya ödənilməli və lizinq obyekti olan 1 ədəd “ABOLLO TY-HM1” markalı yemqıranın saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır.

40. İddiaçının tərəflər arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli KTAKTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilməsi tələbinə dair məhkəmə qeyd edir ki, müqavilə xx.xx.2020-ci il tarixində 18 ay müddətində bağlanmışdır. Yəni, iddia ərizəsi məhkəməyə verdiyi zaman artıq müqavilənin müddəti (xx.xx.2022-ci il tarixində) bitmişdir.

41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Qeyd olunan maddənin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 34 manat müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, qalan hissədə rüsum məbləği iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 28 dekabr 2020-ci il tarixli KTAKTT-20/2534 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” üzrə 1334,06 manat gecikdirilmiş əsas borc, 67 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 34 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Lizinq obyekti olan 1 ədəd “ABOLLO TY-HM1” markalı yemqıranın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar