Məhkəmə qərarları › İş №e-2-2(113)-5747/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5747/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5747/2025 26.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “avtomobilin qaytarılması və pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «“Kia Optima” markalı, 77AU 657 dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus açar cavabdehdən alınaraq ona qaytarılması, 3.363,03 manat əsas borc, 338,67 manat faiz borcu, 121,11 manat cərimə borcu və 58,23 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.881,04 (üç min səkkiz yüz səksən bir manat dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş **********75 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 58,23 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. 260.3-cü maddəsinə əsasən, məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 58,23 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh2 qarşı “avtomobilin qaytarılması və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən **********75 nömrəli qəbz üzrə ödənilmiş 58,23 (əlli səkkiz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar