Məhkəmə qərarları › İş №e-2-2(113)-575/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-575/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-575/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 689,85 manat əsas borc, 30 manat məbləğində dövlət rüsumu, 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2%-i həcmində hesablanmaqla 689,85 manat penya olmaqla borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X5 ilə İddiaçı arasında bağlanmış 599/17 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəsə də, onunla xx.xx.2019-cu il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”ları tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf etmiş və yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürsə də, borcundan 350 manat ödəniş etmiş, 689,85 manat borc qalığını ödəməmişdir. Cavabdeh bu günədək öz borcunu ödəmədiyindən, o, tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5% həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı (SATİCİ), digər tərəfdən X2 şəxsində (ALİCİ), öz aralarında xx xxxxxx 2017-ci il tarixli, 599/17 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5% həcmində dəbbə pulu ödəyir. xx xxxxxx 2017-ci il tarixli, 599/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 üzrə xx.xx.2019-cu il tarixli, 8839 nömrəli Öhdəliklərin X4 görünür ki, İddiaçı, icraçı direktoru X11 şəxsində, digər tərəfdən X2 şəxsində, aralarında olan qarşılıqlı öhdəliklərin üzləşdirməsini apararaq xx.xx.2019-cu il tarixinə öhdəliklərin qarşılıqlı vəziyyəti haqqında satıcı - İddiaçı 1148,85 manat alacaq-debet qismində, alıcı - X5 isə 1148,85 manat verəcək-Kredit qismində, yəni, öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən alıcının satıcıya olan borcu 1148,85 manatdır. xx xxxxxxxx 2020-ci il tarixli, MA-02/318 nömrəli maliyyə arayışından görünür ki, alqısatqı müqaviləsi üzrə İddiaçı tərəfindən X3 4490,85 manat məbləğində mal verilmiş, X5 isə 3442 manat məbləğində ödəniş etmiş və nəticədə X2 İddiaçınə 1048,85 manat məbləğində borcu qalmışdır. R.Ələkbərzadə son etdiyi ödəniş xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində olmuşdur. Məhkəmə qeyd edir ki, işin məhkəmədə baxıldığı dövrdə R.Ələkbərzadə tərəfindən 350 manat ödəniş edilmiş və hazırda onun şirkətə borc qalığı 689,85 manat təşkil edir və iddiaçı tərəfindən iddia tələbinin həcminin azadlılmasına dair ərizə təqdim edilməklə X1 689,85 manat əsas borc, 30 manat məbləğində dövlət rüsumu, 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2%-i həcmində hesablanmaqla 689,85 manat penya (cərimə) olmaqla borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X5 arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, satıcıya 689,85 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan penya (dəbbə) azaldaraq 110,15 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx xxxxxx 2017-ci il tarixli, 599/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən 689,85 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 110,15 manat dəbbə pulu, ümumilikdə 800 manat pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 57,98%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 57,98%-i, yəni 17,39 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 689,85 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 110,15 manat penya (dəbbə) pulu, ümumilikdə 800 manat və dövlət rüsumu kimi ödənilmiş 17,39 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar