Məhkəmə qərarları › İş №e-2-2(113)-575/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-575/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-575/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, əmlakın təhvil verilməsi və ümumi yığıncağın qərarlarının verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxslər X4, İmani Hassan, Üçüncü şəxs X2 nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, əmlakın təhvil verilməsi və ümumi yığıncağın qərarlarının verilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “mülkiyyət hüququnun tanınması, əmlakın təhvil verilməsi və ümumi yığıncağın qərarlarının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd edilən mənzillərə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması, mənzillərin cavabdehdən alıınaraq iddiaçıya təhvil verilməsi və Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,65 saylı mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağın qərarlarının cavabdehdən tələb edilərək iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 iyul 2008-ci il tarixli 026 saylı "xxxx" MTK və "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Baki Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Al blokunda 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. 31 avqust 2021-ci il tarixində satıcı "xxxx" MMC adından X10) və alıcı Maraqlı şəxs arasında İlkin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən 31 iyul 2008-ci il tarixli Bakı şəhəri, Xocalı prospekti ev 32, giriş A1, 12-ci mərtəbə, ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 41 saylı mənzili satıcı alıcıya 130000 (yüz otuz min) manata satmağı öhdəsinə götürmüşdür, 129000 (bir yüz iyirmi doqquz min) manatı satıcıya notariusun depozit hesabı vasitəsilə tam ödənilmişdir. 31 iyul 2008-ci il tarixli 031 saylı Cavabdeh MTK və "xxxx" MMC adından X12 arasında bağlanmış müqaviləyə əsasən Baki Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Al blokunda 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 kv.m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 31 avqust 2021-ci il tarixində satıcı "xxxx" MMC adından X10 və alıcı Maraqlı şəxs arasında ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən 31 iyul 2008-ci il tarixli Bakı şəhəri, Xocalı prospekti ev 32, giriş A1, 13-cü mərtəbə, ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 50 saylı mənzili satıcı alıcıya 120000 (yüz iyirmi min) manata satmağı öhdəsinə götürmüşdür, 129000 (bir yüz iyirmi doqquz min) manatı satıcıya notariusun depozit hesabı vasitəsilə tam ödənilmişdir. 31 iyul 2008-ci il tarixli 032 saylı "xxxx" MTK və "xxxx" MMC adından X10 arasında bağlanmış müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Al blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 31 avqust 2021-ci il tarixində satıcı "xxxx" MMC adından X10 və alıcı Maraqlı şəxs arasında İlkin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən “Hom- Paş Prestij MTK” tərəfindən 31 iyul 2008-ci il tarixli Bakı şəhəri, Xocalı prospekti ev 32, giriş A1, 14-cü mərtəbə, ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 51 saylı mənzili satıcı alıcıya 130000 (yüz otuz min) manata satmağı öhdəsinə götürmüşdür, 129000 (bir yüz iyirmi doqquz min) manatı satıcıya notariusun depozit hesabı vasitəsilə tam ödənilmişdir.

4. 31 iyul 2008-ci il tarixli 033 saylı "xxxx" MTK və "xxxx" MMC adından X11 arasında bağlanmış müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Al blokunda 14-cü mərtəbəsində yerləşən və ümumisahəsi 124.7 m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 31 avqust 2021ci il tarixində satıcı "xxxx" MMC adından X10 və alıcı Maraqlı şəxs arasında ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən 31 iyul 2008-ci il tarixli Bakı şəhəri, Xocalı prospekti ev 32, giriş A1, 14-cü mərtəbə, ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 54 saylı mənzili satıcı alıcıya 120000 (yüz iyirmi min) manata satmağı öhdəsinə götürmüşdür, 119000 (bir yüz iyirmi doqquz min) manatı satıcıya notariusun depozit hesabı vasitəsilə tam ödənilmişdir. 31 iyul 2008-ci il tarixli 034 saylı "xxxx" MTK və "xxxx" MMC adından X10 arasında bağlanmış müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Al blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 31 avqust 2021-ci il tarixində satıcı "xxxx" MMC adından X10 və alıcı Maraqlı şəxs arasında ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən 31 iyul 2008-ci il tarixliBakı şəhəri, Xocalı prospekti ev 32, giriş A1, 14-cü mərtəbə, ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 55 saylı mənzili satıcı alıcıya 120000 (yüz iyirmi min) manata satmağı öhdəsinə götürmüşdür, 119000 (bir yüz iyirmi doqquz min) manatı satıcıya notariusun depozit hesabı vasitəsilə tam ödənilmişdir. 31 iyul 2008-ci il tarixli 039 saylı "xxxx" MTK və "xxxx" MMC adından X10 arasında bağlanmış müqaviləyə əsasən Baki Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Al blokunda 16-cı mərtəbəsində yerləşən və ümumisahəsi 123.4 m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 31 avqust 2021-ci il tarixində satıcı "xxxx" MMC adından X10 və alıcı Maraqlı şəxs arasında ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən 31 iyul 2008-ci il tarixli Bakı şəhəri, Xocalı prospekti ev 32, giriş A1, 16-cı mərtəbə, ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 65 saylı mənzili satıcı alıcıya 120000 (yüz iyirmi min) manata satmağı öhdəsinə götürmüşdür, 119000 (bir yüz iyirmi doqquz min) manatı satıcıya notariusun depozit hesabı vasitəsilə tam ödənilmişdir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya təqdim edilməsi, mənzillərin iddiaçıya təhvil verilməsi barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən iddiaçıya bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən imtina olunmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7228/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-575/2025 saylı qərardadı ilə İmani Hassan, X9, X18 və X6, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bağlanmış müqavilələr etibarsız əqdlərdir, belə ki, iddiaçı binanın tikintisi işlərini həyata keçirməli, bunun əvəzinə ona həmin mənzillər verilməli idi. Mənzillərə görə iddiaçı ümumiyyətlə hər hansı ödəniş həyata keçirməmişdir.

6. Məhkəmə iclasında üçüncü şəxs Ş.Qasımova iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli 50 nömrəli mənzil 2014-cü ildə tərəfindən dəyəri ödənilməklə alınmış, o, həmin mənzili təmir etmiş, 2016-cı ildən həmin mənzildə yaşayır, keçən bu müddət ərzində iddiaçı ümumiyyətlə həmin mənzilin ona məxsus olması ilə bağlı ona hər hansı məlumat verməmiş, mənzili tələb etməmişdir.

7. Məhkəmə iclasında üçüncü şəxs H.İmmani iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli 65 nömrəli mənzil 2016-cı ildə tərəfindən dəyəri ödənilməklə alınmış, o, həmin mənzili təmir etməyə başlamış, keçən bu müddət ərzində iddiaçı ümumiyyətlə həmin mənzilin ona məxsus olması ilə bağlı ona hər hansı məlumat verməmiş, mənzili tələb etməmişdir.

8. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli 41 nömrəli mənzil qızı S.Məmmədova tərəfindən 2011-ci ildə dəyəri ödənilməklə alınmış, onlar həmin mənzili təmir etməyə başlamış, keçən bu müddət ərzində iddiaçı ümumiyyətlə həmin mənzilin ona məxsus olması ilə bağlı onlara hər hansı məlumat verməmiş, mənzili tələb etməmişdir.

9. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında eyni gündə 39 mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzillərin dəyəri nağd qaydada tam şəkildə iddiaçı tərəfindən ödənilmiş, hazırda altı mənzillə bağlı sənədlər iddiaçıda olduğu üçün onlarla bağlı ilkin olaraq iddia tələbi irəli sürülmüşdür. Mənzillərin dəyəri ödənilməsə idi, iddiaçıya cavabdeh tərəfindən maliyyə arayışı verilməzdi.

10. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi H.Yigitdöl iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında 2008-ci il tarixdə əldə edilmiş razılığıa əsasən iddiaçı tərəfindən göstərilən mənzillərin olduğu binaların inşası işlərinə kömək göstərilməli, bunun müqabilində həmin mənzillər iddiaçıya verilməli idi. İddiaçı ilə bağlanmış müqavilələr görüntü məqsədi ilə bağlanmış, əslində hər hansı alqı-satqı müqaviləsi bağlanmamış, mənzillərin müqabilində iddiaçı ümumiyyətlə ödəniş etməmişdir. Daha sonra həmin binanın idarə etməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

11. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs S.Əliyev iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli 54 nömrəli mənzil tərəfindən 2023-cü ildə dəyəri ödənilməklə alınmış, iddiaçı ümumiyyətlə həmin mənzilin ona məxsus olması ilə bağlı ona hər hansı məlumat verməmiş, mənzili tələb etməmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, sonuncu məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Cavabdeh MTK (kooperativ) və "xxxx" MMC (payçı) arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 026 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin ölçüsü 136.1 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 163320 (yüz altmış üç min üç yüz iyirmi) AZN məbləğində müəyyən edilir və hər 1m2 1200 (bir min iki yüz) AZN.

16. xx.xx.2008-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X7 məxsusdur. Bu binanın A1 girişi, 12 mərtəbəsində ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı, 41 saylı mənzilin pay dəyəri tam ödənilmişdir.

17. Cavabdeh MTK (kooperativ) və "xxxx" MMC (payçı) arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 031 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin ölçüsü 124.7 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 148080 (yüz qırx səkkiz min səksən) AZN məbləğində müəyyən edilir və hər 1m2 1200 (bir min iki yüz) AZN.

19. xx.xx.2008-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X7 məxsusdur. Bu binanın A1 girişi, 13-cü mərtəbəsində ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı, 50 saylı mənzilin pay dəyəri tam ödənilmişdir.

20. Cavabdeh MTK (kooperativ) və "xxxx" MMC (payçı) arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 032 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 136.1 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

21. Müqavilənin 3.1-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin ölçüsü 136.1 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 163320 (yüz altmış üç min üç yüz iyirmi) AZN məbləğində müəyyən edilir və hər 1m2 1200 (bir min iki yüz) AZN.

22. xx.xx.2008-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X7 məxsusdur. Bu binanın A1 girişi, 14-cü mərtəbəsində ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı, 51 saylı mənzilin pay dəyəri tam ödənilmişdir.

23. Cavabdeh MTK (kooperativ) və "xxxx" MMC (payçı) arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 033 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 124.7 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

24. Müqavilənin 3.1-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin ölçüsü 124.7 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 149600 (yüz qırx doqquz min altı yüz qırx) AZN məbləğində müəyyən edilir və hər 1m2 1200 (bir min iki yüz) AZN.

25. xx.xx.2008-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X7 məxsusdur. Bu binanın A1 girişi, 14-cü mərtəbəsində ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı, 54 saylı mənzilin pay dəyəri tam ödənilmişdir.

26. Cavabdeh MTK (kooperativ) və "xxxx" MMC (payçı) arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 034 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

27. Müqavilənin 3.1-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin ölçüsü 124.7 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 148080 (yüz qırx səkkiz min səksən) AZN məbləğində müəyyən edilir və hər 1m2 1200 (bir min iki yüz) AZN.

28. xx.xx.2008-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X7 məxsusdur. Bu binanın A1 girişi, 14-cü mərtəbəsində ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin pay dəyəri tam ödənilmişdir.

29. Cavabdeh MTK (kooperativ) və "xxxx" MMC (payçı) arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 039 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

30. Müqavilənin 3.1-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin ölçüsü 123.4 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 148080 (yüz qırx səkiz min səksən) AZN məbləğində müəyyən edilir və hər 1m2 1200 (bir min iki yüz) AZN.

31. xx.xx.2008-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev X7 məxsusdur. Bu binanın A1 girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı, 65 saylı mənzilin pay dəyəri tam ödənilmişdir.

32. X8 (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 kv.m təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

33. xx.xx.2011-ci il tarixli maliyyə arayışına görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 kv.m təşkil edən 3 otaqlı, 46 saylı mənzil X3 məxsusdur və dəyəri 63600 manat tam ödənilmişdir.

34. İmani Hassan (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 17-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

35. xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 17-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən 65 saylı mənzil İmani Hassana məxsusdur və dəyəri 113281 manat tam ödənilmişdir.

36. X5 (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

37. xx.xx.2014-cü il tarixli maliyyə arayışına görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən 3 otaqlı mənzil X1 məxsusdur və dəyəri 96000 manat tam ödənilmişdir.

38. X15 (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 kv.m təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

39. X18 (alıcı) ilə "xxxx" MMC (tikinti şirkəti) arasında bağlanmış xx.xx.2023-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil haqqında müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən A1 blokunda olan, 15-ci mərtəbədə yerləşən, 124,7 kv.m sahəsi olan yaşayış sahəsi alıcıya məxsusdur.

40. xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən A1 blokunda olan, 15-ci mərtəbədə yerləşən, 124,7 kv.m sahəsi olan yaşayış sahəsinin dəyəri Cavabdeh MTK-ya tam ödənildiyinə görə həmin mənzilin borcu yoxdur.

41. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2798/2025 nömrəli məktuba görə balanssaxlayıcısı Cavabdeh MTK olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında A1 girişi 41,50,51,54,55,65 saylı mənzillərin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

42. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

43. Belə ki, iddiaçının hazırkı tələbləri tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilələrdən irəli gəlir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.

45. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.

46. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

47. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

49. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

50. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

51. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

52. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

53. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

54. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

55. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

56. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 337.3cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

58. Belə ki, iddiaçı Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,65 saylı mənzillərlə bağlı cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarlı əqd olduğunu, mənzillərin dəyəri ödənilməklə alındığını iddia edir.

59. Cavabdeh MTK iddiaya etiraz edərək, həmin müqavilələrin yalnız görüntü məqsədi ilə bağlandığını, iddiaçı tərəfindən onların dəyərinin ödənilmədiyini, həmin mənzillərin iddiaçıya ümumiyyətlə MTK tərəfindən təhvil verilmədiyini bildirir.

60. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,65 saylı mənzillərlə bağlı cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələri əlavə edilmişdir.

61. İddia ərizəsində göstərilən mənzillərin dəyərinin ödənilməsi ilə bağlı (xx.xx.2018ci il tarixdə 39 mənzilə görə külli miqdarda vəsaitin nağd qaydada ödənilməsini təsdiq edən) zəruri sübutların Məhkəməyə təqdim edilməsi iddiaçıya bir neçə dəfə təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin mənzillərin dəyərinin ödənilməsi halını MTK tərəfindən verilmiş maliyyə arayışlarının təsdiq etdiyini göstərmişdir.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

63. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

64. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

65. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

66. Beləliklə, məhkəmə araşdırması zamanı Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,65 saylı mənzillərlə bağlı tərəflər arasında etibarlı alqı-satqı müqavilələrinin olmadığı, həmin mənzillərin dəyərinin iddiaçı tərəfindən MTK-ya ödənilmədiyi, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğu müəyyən edilmişdir.

67. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizədə qeyd edilən mənzillərə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması, mənzillərin cavabdehdən alıınaraq iddiaçıya təhvil verilməsi və Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,65 saylı mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağın qərarlarının cavabdehdən tələb edilərək iddiaçıya verilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir.

68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

69. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

70. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

73. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, əmlakın təhvil verilməsi və ümumi yığıncağın qərarlarının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar