Məhkəmə qərarları › İş №e-2-2(113)-577/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-577/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-577/2025 08.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 14121,25 manat məbləğində əsas borc və 4256,00 manat məbləğində gecikdirilməyə görə dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilməli olan 1000 manatın və dövlət rüsumuna görə ödənilmiş 196,00 manatın, cəmi 19573,25 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********)(bundan sonra – Satıcı) və Cavabdeh (VÖEN: **********) (bundan sonra – Alıcı) arasında xx.xx.2022-ci il tarixli BM352 saylı alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqavilənin 4.6-cı bəndinə və həminmüqavilənin ayrılmaz tərkib hissəsi sayıln xx.xx.2022ci il tarixli əlavəsinin 6.2-ci maddəsinə əsasən Satıcıe-qaimələrdə göstərilmiş malları Müqaviləyə görə Alıcıya təhvil verir, Alıcı isə bunun müqabilində Satıcıya həmin eqaimələrlə təhvil aldığı mallarındəyərini üzləşmə aktı tərtib olunduqdan sonra 40 bank günü ərzində ödəyir. Bildirirəm ki, “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC **********) arasında imzalanmış xx.xx.2023- cü il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 16606.54 AZN borcutəsdiqlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Cavabdeh MMCtərəfindən ƏDV daxil 767.00 AZN dəyərində marketinq xidmətinə görə E qaimə,2023-cü ilin 03 mart və 17 mart tarixlərində təhvil verilən mallara görə İddiaçı MMC tərəfindən ümumilikdə, ƏDVdaxil 281.71 AZN dəyərində iki ədəd malların təqdim edilməsi Eqaiməsi göndərilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDVdaxil 2000.00 AZN ödəniş edilmişdir. Cari tarixə Cavabdeh MMC-ninİddiaçı MMC-yə ƏDV daxil14121.25 AZN(16606.54-767.00+2xx.xx-2000.00) borcu ödənilməmiş olaraq qalır. Borcunödənilməsinin təmin edilməsi məqsədi ilə tərəfimizdən Cavabdeh MMCninəməkdaşları ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir, söhbətlər aparılmışdır. Lakin, Cavabdeh MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindənyaranmış borcun ödənilməməsinə görə iddiaçı şirkət digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (mal-materialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqqlarının ödənilməsi, vergi borcunun ödənilməsi və s.) vaxtında və lazımınca yerinə yetirə bilməsi üçün bankdan illik faiz dərəcəsi 15% olmaqla kredit götürmüşdür və bu borca görə əlavə olaraq 4256 (dörd min iki yüz əlli altı) manat əlavə vəsait ödəmişdir. Həmçinin İddiaçı hazırki mübahisənin həlli ilə bağlı 1000 (bir min) manat xərc ( vəkilə ödənilməli xidmət haqqı), 196 (bir yüz doxsan altı) manat məbləğində dövlət rüsumu və digər xərclər çəkməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini əsas borc hissəsində qəbul etdiklərini göstərib həmin borcun ödəniləcəyini bildirdi.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqısı müqaviləsinə əsasən satıcı satdığı malları alıcıya verməyi, alıcı isə həmin malları qəbul etməyi öhdəsinə götürür.

8. Müqavilənin 4.4-cü bəndinə əsasən ödənişlər təqdim edilmiş rəsmi elektron qaimə faktura əsasında bank hesabına köçürmə yolu ilə aparılır.

9. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqısı müqaviləsinə xx.xx.2022-ci il tarixdə 1 saylı Əlavə imzalanmışdır.

10. İddiaçının elektron vergi sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23877,04 manat (ƏDV daxil olmaqla) elektron qaimə təqdim edilmişdir.

11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, EBDB 944973 saylı (767 manat) dəyərində elektron qaimə təqdim edilmişdir.

12. Tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə olan borcu 16606,54 manat təşkil edir.

13. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 2542,37 manat, xx.xx.2023-cü il tarixdə 2966,10 manat, xx.xx.2023-cü il tarixdə 1694,15 manat əsas borc ödənilmişdir.

14. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1296,48 manat ƏDV ödənilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 4256 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir və bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.

22. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

24. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

25. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərəcəyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hər hansı şəxsə hüquqi yardımla bağlı vəsait ümumiyyətlə ödənilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının 1000 manat hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulmalı olması barədə tələbini əsassız hesab edir.

27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 14121,25 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 132,37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 63,63 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14121,25 manat məbləğində əsas borc, 132,37 manat dövlət rüsumu, ümumilikdə 14253,62 (on dörd min iki yüz əlli üç manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 63,63 (altmış üç manat altmış üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar