Məhkəmə qərarları › İş №e-2-2(113)-5782/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5782/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5782/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 və X1rşı alğı-satqı müqaviləsi üzrə pu tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X5 və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən 8.815 manat 80 qəpik borcun, həmçinin dəymiş zərərin əvəzi kimi 6.000 manat məbləğində kompensasiyanın, mediasiya xərclərinin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində pul vəsaitinin ümumilikdə 15.015,80 manat (on beş min on beş manat səksən qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ilə xx.xx.2020-ci il tarixli, K 20 03-30 saylı Podrat müqaviləsi bağlanılaraq cavabdehə müvafiq xidmətlər göstərilmişdir. Görülmüş işlərin dəyərinin ödənilməsi cavabdehdən istənilmiş, lakin cavabdeh tərəfindən ödəniş təmin edilməmişdir. Dəfələrlə cavabdehdən müqavilə üzrə nəzərdə tutulmuş, ödənilməli olan 8815.80 (səkkiz min səkkiz yüz on beş manat səksən qəpik) borcun ödənilməsi tələb edilsə də cavabdeh tərəfindən tələbə məhəl qoyulmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Nəticədə ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə İddiaçı müflisləşməyə doğru getmiş, qeyri-ixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilməmişdir. Ödənilməyən vəsaitə görə biznes planında əngəllər yarandığına görə və öhdəlikləri lazımınca icra edə bilməmyə görə digər tərəflərin müqavilələrini icra edə bilməmiş bu gün həmin tərəflər də müəyyən iddialar irəli sürməkdədir. Ödənişin edilməsi üçün ilkin olaraq cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya ilə, daha sonra isə xx.xx.2022-ci il tarixində mediasiya qaydasında təkliflə müraciət etsə də cavabdeh bu proseslərdən də müsbət həll yolunda addımlar atmaqdan yayınmış və MMC-yə ciddi şəkildə maddi zərər vurmuşdur. Hazırda MMC-yə müqavilə öhdəliyi pozularaq ödənilməli olan 8815 manat 80 qəpik borcun, həmçinin cavabdehin borcu ödəməməsi nəticəsində digər öhdəlikləri icra edə bilməməyi səbəbindən digər tərəflərlə olan müqavilələri icra edə bilməməyi, MMC-nin müflisləşməsi, bütün bunların nəticəsi olaraq fəaliyyətini dayandırması, MMC-nin rəhbər şəxslərinin ölkədən gedişgəlişinə məhdudiyyətlərin qoyulması və digər məcburi icra tədbirləri barədə bilavasitə cavabdehin təqsirinin olması nəzərə alınaraq dəymiş zərərin əvəzi kimi 6.000 manat məbləğində kompensasiyanın, ümumilikdə 13815.80 manat (on üç min səkkiz yüz on beş manat səksən qəpik) pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə verilməsi zəruridir. Əlavə edilmiş xx.xx.2020-ci il tarixli, K20 03-30 saylı podrat müqaviləsindən də göründüyü kimi cavabdehlə avtomobillərin təmiri və texniki xidmətlərin satın alınması üçün icraçının 40878.89 manat məbləğində “kotirovka” təklifi qəbul edilmişdir. Qoşmaya əlavə edilmiş 399524 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən də göründüyü kimi xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərə əsasən 733.96 manat qalıq borc vardır. Qoşmaya əlavə edilmiş 491958 saylı, 10 mart 2021-ci il tarixli elektron qaimədən də göründüyü kimi xx.xx.2021xx.xx.2021-ci il tarixləriarasında yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərə əsasən 1830.77 manat qalıq borc vardır. Qoşmaya əlavə edilmiş AS-01 saylı, xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından da göründüyü kimi cavabdehin xx.xx.2021-ci il tarixinədək borcu 6251.07 (altı min iki yüz əlli bir manat sıfır yeddi qəpik) manatdır. Göründüyü kimi cavabdehin yuxarıda qeyd edilən sənədlərə əsasən MMC-yə 8815.80 (səkkiz min səkkiz yüz on beş manat səksən qəpik) manat borcu vardır. Bundan əlavə də vurulan zərərlərin əvəzi 6.000 (altı min) manat kimi qiymətləndirilir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini qeyd etmiş, qalan hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: EBAY seriyalı 491958 saylı, 10 mart 2021-ci il tarixli elektron qaiməyə əsasən 1.830,77 manat, EBAX seriyalı 399524 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 733,96 manat İddiaçı MMC tərəfindən X5 və X4 Birliyinə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC və X5 və X4 Birliyi arasında tərtib edilmiş AS-01 nömrəli xx.xx.2021 tarixli qarşılıqlı üzləşmə aktında X5 və X4 Birliyinin 6.251,07 manat məbləğində borcu qeyd olunmuşdur. Qarşılıqlı üzləşmə aktını hər iki tərəf imzalamışdır. 30 mart 2020 tarixli K 20/03-30 nömrəli satınalma müqaviləsinə əsasən sifarişçi avtomobillərin təmiri işləri və texniki xidmətlərin satın alınması üçün icraçının 40.878,89 manat məbləğində kotirovka təklifini qəbul etmişdir. 2.2-ci bəndə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malın çatdırılmasını öhdəsinə götürür. Göndərilmiş mallar icraçının kotirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərini ödənilməsini öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında satınalma müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsas borc hissəsində əsaslı olması təəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktı, həmçinin, cavabdehə göndərilmiş və onun tərəfindən təsdiqlənmiş elektron qiamələrlə öz təsdiqni tapır. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi əsas borc məbləğini mübahisələndirmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 8.815,80 manat cavabdehdən tutulmalıdır. Bundan əlavə iddiaçı dəymiş ziyanın ödənilməsini də tələb etmiş və qeyd olunan tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən borcun ödənilməsi gecikdirildiyindən, biznes planında maneələr yaranmış, öhədliklərini icra edə bilməmiş nəticədə ona qarşı iddialar irəli sürülmüşdür. İddia ərizəsindən məlum olur ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 449-cu maddəsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər,əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 iyul 2009 tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində ona nə kimi maddi ziyan dəydiyini, həmçinin, cavabdeh tərəfindən borcun qaytarılmaması ilə ondan faydalanmağa dair halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş, qeyd olunan halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsasız olduğundan qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən 8.815,80 manat (səkkiz min səkkiz yüz on beş manat səksən qəpik) manat əsas borc, mediasiya xərclərinin əvəzi olaraq ödənilmiş 200 manat, İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar