Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-579/2021 31.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən İddiaçı QSC-nin xeyrinə 811 C №-li “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə ödənilməmiş 4101,80 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh "Cavabdeh" MMC arasında bağlanmış 811 C №-li “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdeh "Cavabdeh" MMC tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında İddiaçı QSC tərəfindən avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi və cavabdeh "Cavabdeh" MMC tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi tam və vaxtında İddiaçı QSC tərəfindən həyata keçirilmişdir. Belə ki, xidmətlər barədə ətraflı məlumat 811 C saylı müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında olan 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə qarşılıqlı təhvil-təslim aktlarında öz əksini tapmışdır. Həmin aktlarda: qəbul vaxtı, sifarişin vaxtı, telefon, marşrutun açıqlaması (uzunluğu, gözləmə və s.) və gediş haqqı məlumatları qeyd olunmuşdur. Həmin məlumatlar xüsusi proqram təminatından ibarət sistemdən çıxarılır. Ümumiyyətlə, bu günə qədər cavabdeh tərəfindən iddiaçıya cəmi 4101,80 manat borcludur və cavabdeh tərəfindən göstərilən xidmətlərin xidmət haqqı ödənilməmişdir. Yuxarıda qeyd olunmuş məbləğlər üzrə təqdim edilən X4 Fakturalar cavabdeh tərəfindən sistem üzərindən qəbul olunmuşdur və bu bir daha onu sübut edir ki, cavabdeh öhdəliyi qəbul edir lakin faktiki olaraq icra etmir. Ödənilməmiş qalıq borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına çoxsaylı müraciətlərin olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixlərdə cavabdeh "Cavabdeh" MMC-nin ünvanına iddiaçı tərəfindən rəsmi pretenziya məktubları göndərilmişdir və həmin məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Pretenziya məktubundə qeyd olunmuş müddət ərzində borcun ödənilməsinin həyata keçirilməsi tələb edilsə də, cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli, 811C nömrəli “avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqavilədən və həmin müqaviləyə 1 saylı əlavə olan xidmətlərin siyahısı və dəyərindən görünür ki, icraçı - İddiaçı QSC sifarişçi - “xxxx” MMC-nin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırki müqavilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. İddiaçı QSC tərəfindən verilən müxtəlif tarixli elektron qaimələrdən və aktlardan görünür ki, İddiaçı QSC “xxxx” MMC-yə ümumi dəyəri 4101,79 manat məbləğində olan taksi xidmətləri göstərmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Göründüyü kimi İddiaçı QSC və cavabdeh “xxxx” MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı QSC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC cavabdeh “xxxx” MMC-dən “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə ödənilməmiş 4101,80 manat borcun tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC-dən 4101,79 manat pul tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən İddiaçı QSC “xxxx” MMC-yə ümumi dəyəri 4101,79 manat məbləğində olan taksi xidmətləri göstərmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdeh “xxxx” MMC-yə qarşı 4101,80 manat məbləğində borcun tələbi barədə iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh "Cavabdeh" MMC-dən İddiaçı QSC-nin xeyrinə 811 C №-li “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə ödənilməmiş 4101,79 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 4101,79 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-579/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-579/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver