Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5798/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PO-10643 saylı satınalma sənədinə əsasən ödənilməli olan dəyəri 5928.75 manat məbləğin cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı Filialından tutularaq İddiaçı MMC-yə geri qaytarılması, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 98 manat məbləğində dövlət rüsumunun, dəbbə pulu olaraq 1185.75 manatın, əldən çıxmış fayda olaraq 592.9 manat məbləğində pul vəsaitinin cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı Filialından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının direktoru və nümayəndəsi xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində məhkəməyə ərizə/vəsatət ilə müraciət edərək bildirmişlər ki, cavabdeh tərəfindən borc ödənilmişdir, bu səbəbdən də iddiadan imtina edirlər. AR MPM-nin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci maddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 98 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5798/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5798/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver