Məhkəmə qərarları › İş №e-2-2(113)-580/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-580/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-580/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 71535,36 (yetmiş bir min beş yüz otuz beş dollar otuz altı sent) ABŞ dollarının tutularaq, Özbəkistan Respublikasının hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Özbəkistan Respublikasının hüquqi şəxsi İddiaçı (“Satıcı”) ilə Azərbaycan Respublikasının hüquqi şəxsi Cavabdeh MMC (“Alıcı”) arasında malların alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə EX-2501/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin ayrılmaz tərkib hissələri olan spesifikasiyalar (sifariş verilən malların razılaşdırılmış siyahısı və qiyməti) əsasında Cavabdeh MMC-yə ümumilikdə 1290705,96 (bir milyon iki yüz doxsan min yeddi yüz beş dollar doxsan altı sent) ABŞ dolları dəyərində mallar göndərilmiş, lakin həmin malların yalnız 1219170,60 (bir milyon iki yüz on doqquz min yüz yetmiş dollar altmış sent) ABŞ dolları hissəsi ödənilmiş, 71535,36 (yetmiş bir min beş yüz otuz beş dollar otuz altı sent) ABŞ dolları hissəsi isə ödənilməmiş qalmışdır. Həmin Müqavilənin 3.1-ci bəndində malların alıcının mülkiyyətinə verilməsi FCA – Çirçik şəhəri, Özbəkistan Respublikası (“İncoterms 2010”) şərti nəzərdə tutulsa da, 24 fevral 2022-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən tərəflər razılığa gəlmişlər ki: xx.xx.2022-ci il tarixli invoys üzrə yükləmə CİP – Bakı ş. (Azərbaycan) şərtləri ilə həyata keçirilsin. CİP – Bakı ş. (Azərbaycan) yükləmə şərtləri xx.xx.2022-ci il tarixli EX-2510/22 saylı müqavilə üzrə bütün mal partiyasına aiddir. Cavabdehə qarşılıqlı üzləşmə aktının imzalanması təklif edilsə də, cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. X1 (İNCOTERMS) əsasən CİP şərtinə görə malın qiyməti, daşıma və sığorta haqqı alıcı tərəfindən ödənilir və mal alıcının ölkəsində razılaşdırılmış yerdə ona təhvil verilməklə mülkiyyətinə keçir. Göründüyü kimi, mallar müqavilə şərtlərinə görə cavabdehə Bakı şəhərində verilməklə, müqavilə Bakı şəhərində icra olunmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları olmaqla, cəmi 10000 ABŞ dolları ödəniş edilmişdir. Bunları nəzərə alaraq iddiaçı cavabdehdən 61535,36 ABŞ dollarının tutularaq, Özbəkistran Respublikasının hüquqi şəxsi İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları ödəniş edilmiş və hazırkı tarixə cavabdehin ödənilməmiş borcu 56535,36 ABŞ dolları təşkil edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin azaldılaraq, Cavabdeh MMC-dən 56535,36 ABŞ dollarının tutularaq, İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbini təsdiq edən sübut kimi işə cavabdeh tərəfindən ödənilən pul vəsaitlərinə dair Cavabdeh MMC tərəfindən imzalanmamış üzləşmə aktı əlavə edilmişdir. Cavabdeh iddia ərizəsində qeyd edilmiş bütün hallarla razı olmadığını bildirmişdir. Bu səbəbdən iddia ərizəsinə etiraz edərək bildirilmişdir ki, Özbəkistanın "xxxx" şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, EX-2501/22 nömrəli müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı "xxxx" şirkəti Özbəkistan Respublikasının ərazisində istehsal olunan məhsulların mülkiyyətini alıcıya, yəni Cavabdeh MMC-yə verməyi, alıcı isə satıcıdan mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. Bildirilmişdir ki, "xxxx" şirkəti tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 1290705,96 ABŞ dolları dəyərində mallar göndərilmiş, lakin Cavabdeh MMC tərəfindən 1247229,60 ABŞ dolları pul vəsaiti "xxxx" şirkətinin bank hesabına köçürülmüşdür. Hazırda "xxxx" şirkətinə Cavabdeh MMC-nin 43476,36 ABŞ dolları pul vəsaiti borcu qalmışdır. Bu halı təsdiq edən bank ödənişlərinə ödəniş tapşırığı və arayış, qaimələri etiraza əlavə edilmişdir. İddiaçı təşkilat məhkəməyə sübut kimi təqdim etdiyi üzləşmə aktında, 2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən ödənilən 18059 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları pul vəsaiti göstərilməmiş və iddia tələbini düzəliş etməmişdir. Çünki iddiaçı təşkilat məhkəməyə iddia qaldırdıqdan sonra yuxarıda qeyd etdiyi kimi, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Bununla bərabər, satıcı "xxxx" şirkəti tərəfindən məhsullar təhvil verilən zaman onların müəyyən bir hissəsinin rəng və keyfiyyətində bir sıra nöqsanlar aşkar olunmuş və bununla da satıcı şirkət tərəfindən bağlanmış müqavilənin şərtləri pozulmuşdur. Qeyd edilən nöqsanlar nəzərə alınmadığı üçün satıcı şirkət tərəfindən cavabdehə maddi ziyan vurulmuş və işgüzar nüfuzuna ciddi zərbə dəymişdir. Məhsulların rəng və keyfiyyətində olan qüsurlar ilə əlaqədar olaraq qeyd olunan məhsulları satdığımız müştərilərin şikayətlərini videoyazıya qeyd edərək, bu barədə satıcı şirkətə dəfələrlə məlumat verilsə də, həmin hallar şirkət tərəfindən nəzərə alınmamış və aradan qaldırılmamışdır. xx.xx.2022-ci il tarixli, EX-2501/22 nömrəli müqavilənin 6.3-cü maddəsində qeyd edilmişdir ki, alıcı malın keyfiyyətinin müqavilənin 6.1-ci bəndində göstərilən tələblərə cavab vermədiyi barədə malların müvafiq partiyasının alıcının anbarına boşaldılması tarixindən etibarən 30 təqvim günü ərzində satıcıya qarşı iddia irəli sürmək hüququna malikdir. Bu halda satıcı və/və ya yükgöndərən alıcının iddiasını aldığı tarixdən 3 təqvim günü ərzində öz nümayəndəsini iddiaya baxmaq üçün mal partiyasının olduğu yerə göndərməyə borcludur. İddia təsdiqlənərsə, satıcı malların müvafiq partiyasının və ya onun bir hissəsinin qiymətini azaltmağa və/və ya alıcıya mal partiyasındakı qüsurların aradan qaldırılması ilə bağlı xərcləri ödəməyə borcludur. Yuxarıda qeyd olunan nöqsanların nəzərə alınmaması nəticəsində satıcı şirkət tərəfindən 2023-cü ilin məktəb dövrü zamanı cavabdehə böyük həcmdə maddi ziyan vurulmuşdur. Belə ki, sifariş olunmuş məhsullar rəng və keyfiyyət baxımından cavabdehin tələblərinə uyğun gəlmədiyinə görə, məhsulların satıldığı müştərilər həmin məhsulları geri qaytarmış və cavabdehdən ödənişləri tələb etmişlər. Bu halda Cavabdeh MMC ya sözügedən cəriməni ödəməklə qaytarılan malları qəbul edir, ya sadalanan halları nəzərə almaqla müştərilərin borcunu azaldır, ya da geri qaytarılan malları qəbul edərək, əvəzində müştəriyə yeni mallar verirdi. Qeyd olunan hallardan sonra Cavabdeh MMC satıcı şirkətə onlarla işləmək istəmədiyini deyərək, təhvil verilən qüsurlu malların geri qaytarılacağını və beləliklə də, sözügedən şirkətə olan borclarının silinməli olduğunu bildirmişdir. Lakin "xxxx" şirkəti malların hamısının qaytarılmasına etirazını bildirmiş və yalnız tam qüsurlu və ya qüsurlu olmasa da, alıcının tələblərinə uyğun gəlməyən malların qaytarılmasını qəbul edərək, qalan malların əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdeh MMC tərəfindən satıcı şirkətə bildirilmişdir ki, onlara vaxt lazımdır, çünki bu məsələ müzakirə edildiyi zaman müştərilər malları qaytarmağa davam edirdilər və bu halın nə qədər müddət davam edəcəyi Cəmiyyətə məlum deyildi. Müəyyən müddət keçdikdən sonra satıcı şirkət tərəfindən təhvil verilmiş tam qüsurlu mallar geri qaytarıldı və tərəflər arasında Cavabdeh MMC tərəfindən İddiaçı-yə hər ay 10000 ABŞ dolları ödənilməsi barədə razılığa gəlindi. Bundan sonra isə 19 aprel 2024-cü il tarixdə Cəmiyyət tərəfindən İddiaçı-yə 10000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bundan sonra Cavabdeh MMC-yə bildirilmişdir ki, 7096,52 ABŞ dolları məbləğində bağlanılmalı olan bəyannamə mövcuddur. Xarici ödəmələrdə bəyannamədə göstərilən məbləğdən artıq ödəmə edilməsinin mümkün olmamasına görə Cəmiyyət tərəfindən "xxxx" şirkətinə həmin bəyannamədə göstərilən məbləğdə ödəniş edilmişdir. Yerdə qalan 2903,48 ABŞ dolları məbləğində borc da Cəmiyyət tərəfindən bəyannamə əsasında aprel ayı ərzində satıcı şirkətə ödəniləcəkdi. Yenidən xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları pul vəsaiti iddiaçı təşkilata ödənilmişdir. Lakin iddiaçı təşkilat tərəfindən əlavə edilmiş hesabatda Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 18059 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5000 ABŞ dolları pul vəsaiti nəzərə alınmamış və iddia tələbindən çıxılmamışdır. Qeyd edilmişdir ki, Cavabdeh MMC-yə göndərilmiş 1290705,96 ABŞ dolları dəyərində məhsulun ümumilikdə ******* ABŞ dolları ödənilmiş, cəmi 43575,96 ABŞ dolları pul vəsaiti borc qalmışdır. Həmin pul vəsaiti isə hissə-hissə ödəniləcəkdir. Bu səbəbdən qeyd edilmiş bütün halların nəzərə alınaraq iddianın rədd edilməsi xahiş edilmişdir.

7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022ci il tarixli, EX-2501/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci maddəsinə əsasən müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə satıcı alıcının mülkiyyətinə Özbəkistan Respublikası ərazisində istehsal olunan və müqavilədə qeyd olunan məhsulu verməyi, alıcı isə onu satıcıdan öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən tərəflər hazırkı müqavilə çərçivəsində öz öhdəliklərinin icrası zamanı Qırğız Respublikası hüquqlarının tətbiqi haqqında razılığa gəlmişlər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malın qiyməti razılaşma əsasında ABŞ dolları ilə müəyyən olunur, yalnız hazırkı müqavilə üçün etibarlıdır və digər müqavilələrin imzalanması zamanı presedent ola bilməz. Malın qiymətinə malın özünün dəyəri, nişanlanma, qablaşdırma daxildir. Həmin müqavilənin 2.2ci maddəsinə əsasən enerji daçıyıcılarına və ya xammala qiymətlər dəyişdiyi halda müqavilə qiyməti tərəflərin qarşılıqlı razılığı ilə dəyişə bilər. Bu zaman malın ödənilmiş partiyasının qiyməti dəyişmir, alıcı isə yalnız ödədiyi mal partiyasını almaq hüququnu özündə saxlayır. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin ümumi dəyəri ******* (bir milyon) ABŞ dollarıdır və hazırkı müqaviləyə dair Spesifikasiyalar əsasında malın bütün partiyalarının dəyəri kimi başa düşülür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə üzrə hesablaşma və ödəniş valyutası: ABŞ dolları. Ödəniş forması – alıcının hesablaşma hesabından satıcının hesablaşma hesabına bank köçürməsi. Həmin müqavilənin 4.2-ci madəsinə əsasən malın partiyasına görə ödəniş yükləməyə qədər aşağıdakı qaydada həyata keçiriləcək: müqavilənin imzalanmasından sonra 5 bank günü ərzində satıcının hesabına birbaşa bank köçürməsi yolu ilə müqavilənin məbləğinin 20%-i miqdarında ilkin ödəniş. Yükləmənin ayrı-ayrı partiyaları üzrə ödəniş müqavilə üzrə ilkin ödəniş nəzərə alınmaqla qeyd olunan partiya yüklənənə qədər həyata keçirilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən pul vəsaitlərinin köçürülməsinə görə bütün bank komissiya xərclərini ödəyici daşıyır, Özbəkistan Respublikası hüdudlarından kənarda bütün poçt xərclərini alıcı ödəyir, Özbəkistan Respublikası ərazisində isə satıcı ödəyir. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən alıcı tərəfindən müqavilənin 4b yerinə yetirilməsi şərti ilə malın təchizatında gecikmə olduğu haqlda satıcı alıcıya hər bir gecikmə günü üçün təchizatı gecikmiş malın dəyərinin 0,1%-i məbləğində peniya ödəyir. Cərimənin ümumi məbləği vaxtında təchiz olunmamış malın dəyərinin 16%-dən çox ola bilməz. Həmin müqavilənin 10.1-ci maddəsinə əsasən tərəflər hazırkı müqavilədən və ya onunla əlaqədar bütün mübahisə və fikir ayrılıqlarının danışıqlar yolu ilə həll etmək üçün bütün tədbirləri həyata keçirəcəklər. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən əgər tərəflər mübahisəli məsələlər üzrə razılığa gələ bilmirlərsə, maraqlı tərəf təqsirli tərəfə yazılı pretenziya göndərir. Baxılma müddəti və əsaslaşdırılmış cavabın göndərilmə müddəti pretenziyanın alındığı gündən 30 (otuz) təqvim günü təşkil edir.

10. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci ildə imzalanmış EX-2501/22 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli invoys üzrə yükləmə CİP – Bakı ş. (Azərbaycan) şərtləri ilə həyata keçirilməsi ilə bağlı razılığa gəlmişdirlər.

11. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci ildə imzalanmış EX-2501/22 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli 2 saylı Əlavəyə əsasən təchiz olunan mala görə ödəniş 2 üsulla həyata keçiriləcək: ixrac faktı üzrə, yəni malın yüklənən partiyasına görə ödənişin gecikdirilməsi ilə, həmin gecikdirilmə mal partiyasının faktiki ixracı anından 30 (otuz) təqvim günündən çox ola bilməz; malın yüklənən partiyasına görə 100% məbləğində ilkin ödəniş satıcının hesablaşma hesabına. Həmin əlavənin 2-ci bəndinə əsasən ödəniş tarixi pul vəsaitlərinin satıcının hesablaşma hesabına mədaxil olduğu gün hesab olunur.

12. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci ildə imzalanmış EX-2501/22 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 4 saylı Əlavəyə əsasən müqavilənin ümumi dəyəri ******* ABŞ dollarıdır və hazırkı müqaviləyə dair spesifikasiyalar əsasında malın bütün partiyalarının dəyəri kimi başa düşülür.

13. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci ildə imzalanmış EX-2501/22 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 13 saylı Əlavədən (Spesifikasiya) görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 87096,52 ABŞ dolları olan mal(lar) göndərilmişdir.

14. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci ildə imzalanmış EX-2501/22 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 14 saylı Əlavədən (Spesifikasiya) görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 63406,7 ABŞ dolları olan mal(lar) göndərilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 17000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 33000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 20000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

18. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 20000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 15000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

20. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 3053,14 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

21. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 26945,86 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

22. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 20000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

23. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 41955,35 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

24. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 35000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

25. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 20000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

26. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 25000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

27. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 40000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

28. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 25000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

29. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 20000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

30. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 17000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

31. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 50000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

32. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 14214 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

33. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

34. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 21874,13 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

35. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30017 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

36. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 50000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

37. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 60000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

38. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 29144,7 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

39. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 9046,55 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

40. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 50000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

41. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

42. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 50000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

43. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 51763,35 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

44. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 40000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

45. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 25000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

50. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 29000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

51. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 50000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

52. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

53. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

54. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 18059 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

55. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 50000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

56. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

57. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 30000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

58. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 10000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

59. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 10000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

60. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

61. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 7096,52 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

62. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

63. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

64. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

65. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

66. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı-nin bank hesabına 5000 ABŞ dolları vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EX-2501/22 nömrəli müqavilə qeyd edilmişdir.

67. İş materiallarına müvafiq gömrük bəyannamələri, məhsula dair spesifikasiyalar təqdim olunmuşdur.

68. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli borcun ödənilməsi ilə bağlı pretenziya məktubundan görünür ki, qalıq borcun 5 (beş) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

71. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəyə hazırkı məhkəmədə baxılması və Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsi mümkün hesab edilmişdir. Belə ki, nümayəndəyə verilən etibarnamə iddiaçını Azərbaycan Respublikasının məhkəmələrində təmsil etmək üçün verilmiş, etibarnamə, iddia ərizəsi və s. Azərbaycan Respublikasının qanunvericiliyinə istinad olunmuşdur. Eyni zamanda cavabdeh tərəf də mübahisənin hazırkı məhkəmədə baxılmasına etiraz etməmiş və etiraz ərizəsində Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etmişdir.

72. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.

73. Tərəflər arasında müqavilənin bağlanması, ümumilikdə 1290705,96 ABŞ dolları dəyərində malların cavabdehin mülkiyyətinə verilməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal qalıq borc məbləği ilə bağlı olmuşdur.

74. İddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 56535,36 ABŞ dolları məbləğində əsas borcun tutulmasını xahiş etmişdir.

75. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-dən 46535,36 ABŞ dolları (qırx altı min beş yüz otuz beş dollar otuz altı sent) pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, ilkin olaraq iddia tələbi 71535,36 ABŞ dolları olmuş, daha sonra məhkəmə icraatının gedişində ödəişlər edilmiş və iddiaçı iddia tələbinin həcmini azaldaraq 56535,36 ABŞ dolları məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. Malların dəyəri olan 1290705,96 ABŞ dolları məbləğdən iş materiallarında olan ödəniş sənədlərindəki ödənişləri (ümumilikdə 1244169,6 ABŞ dolları) çıxdıqda, qalıq məbləğ 46536,36 manat təşkil edir (1290705,96-1244169,6=46536,36). xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, qalıq borcun 46535,36 ABŞ dolları təşkil etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Həmçinin nəzərə alınmışdır ki, tərəflərdən biri xarici hüquqi şəxsdir və tərəflər pul öhdəliyini xarici valyutada (müqavilə üzrə hesablaşma və ödəniş valyutası ABŞ dolları olaraq) müəyyənləşdirmişlər.

76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 46535,36 ABŞ dolları (qırx altı min beş yüz otuz beş dollar otuz altı sent) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar