Məhkəmə qərarları › İş №e-2-2(113)-5802/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5802/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5802/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı qanunsuz alış limitlərinin ləğv edilməsi və alqı-satqı müqavilələrinin icrası öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alış limitlərinin ləğv edilməsi, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması, müqavilənin icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndələri Nümayəndə5 və Nümayəndə4, Cavabdeh3 nümayəndəsi Nümayəndə5, Cavabdeh2 nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı qanunsuz alış limitlərinin ləğv edilməsi və alqı-satqı müqavilələrinin icrası öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh2 (Cavabdeh2 MMC) və Cavabdeh3nə (Cavabdeh3 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya tətbiq edilən qanunsuz alış limitlərinin ləğv edilməsi, iddiaçının cavabdehlər ilə bağladığı xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə cavabdehlərin götürdüyü öhdəliklərin tam həcmdə icrası (yəni həmin müqavilələrə əsasən ay ərzində malların siyahısı, çeşidi və miqdarı bildirilməklə iddiaçının verdiyi sifariş, qiymətinin ödənilməsindən sonra 5 iş günü ərzində iddiaçıya tam həcmdə çatdırılması) öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi, həmçinin 100 manat dövlət rüsumu və 300 manat hüquqi xidmət xərci olmaqla, cəmi 400 manat məhkəmə xərcinin cavabdehlərdən birgə qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Ayxan Marketi”n sahibi fərdi sahibkar İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-nin hər biri ilə xx.xx.2022-ci il tarixində eyni məzmunlu standart tipli tütün məhsullarının (sigaretlərin) alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndindən görünür ki, satıcı (Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC) Azərbaycan Respublikasında rəsmi distributoru olduğu tütün məmulatlarını (malları), onların Azərbaycan Respublikasında pərakəndə satışının həyata keçirilməsi məqsədi ilə alıcıya (fərdi sahibkar İddiaçı) tədarük etməyə, alıcı isə malların razılaşdırılmış dəyərini satıcıya ödəməyə və malları qəbul etməyə dair öhdəlik götürür. Həmin müqavilənin 2.1-ci bəndində deyilir ki, alıcı malların siyahısını, çeşidini və miqdarını bildirməklə satıcıdan malları sifariş edir. Sifariş satıcının təqdim etdiyi məlumatlar, o cümlədən satıcının “online mağaza” (e-commerce) platforması əsasında verilə bilər. Satıcı sifariş olunan malları alıcıya sifarişin təsdiqindən və malların dəyərinin alıcı tərəfindən tam ödənilməsindən sonra təqdim edir. Müqavilənin 2.2-ci bəndində deyilir ki, alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra 5 (beş) iş günü ərzində satıcı sifarişə uyğun malları tam həcmdə alıcının bildirdiyi ünvana çatdırır və ya ona, yaxud təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsiliçilərə) təhvil verir. Mallar alıcıya razılaşdırılmış formada və qablaşdırmada təqdim olunur. Göründüyü kimi, müqaviləyə əsasən sifariş veriləcək malların siyahısını, çeşidini və miqdarını alıcı müəyyən edir və bunları bildirməklə satıcıdan malları sifariş edir və sonra da ödəniş edir. Ödəniş ediləndən sonra 5 gün ərzində satıcı malları alıcıya çatdırmalıdır. Məhz həmin müqavilənin 8.4-cü bəndində deyilir ki, müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla qarşı tərəfə vurduğu zərərə görə, bu müqavilədə başqa qayda müəyyən olunmayıbsa, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada da məsuliyyət daşıyır və dəymiş zərəri tam həcmdə ödəməldir. Məlum olduğu kimi, 2023-cü ildən bəri cavabdehlər (Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC) həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini heç bir əsas olmadan alıcı İddiaçı verdiyi sifarişlərin qiymətinin tam ödənilməsinə baxmayaraq, vaxtında və ya tam icra etmir. Bəzən ay ərzində verilmiş sifarişdə göstərilən malların 1/10 hissəsini ona təqdim edir, qanunsuz və əsassız olaraq limit tətbiq edir, yəni verilən sifarişi tam icra etmirlər. Bu limiti həm Cavabdeh1 MMC, həm Cavabdeh3 MMC, həm də Cavabdeh2 MMC razılaşaraq birlikdə alıcı İddiaçı tətbiq edirlər. Bu durum həmin şirkətlər arasında Rəqabət Məcəlləsinə zidd qanunsuz üfüqi sazişin də olduğunu təsdiq edir. Qeyd edilir ki, həmin cavabdehlər birlikdə hərəkət edirlər. Bu, onların yaxın və ya eyni şəxsə məxsus olduğunu da göstərir. Bundan başqa, Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-nin tütün məhsullarının əsas hissəsinin Azərbaycan Respublikasında satış distributoru olduğu, başqa bir ifadə ilə həmin bazarda hökmran mövqedə olduğu və həmin malların başqa heç bir şirkətdən əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq qeyd edilir ki, Cavabdeh2 MMC-nin bu qanunsuz hərəkəti sahibkar İddiaçı mülkiyyətində olan «Ayxan» Marketin satışlarının aşağı düşməsinə, müştərinin narazılığına və onların itirilməsinə səbəb olmuş, həm işgüzar nüfuzu sarsılmış, həm də külli miqdarda maddi zərərə məruz qalmışdır. Qeyd edilir ki, heç bir əsas olmadan alıcı İddiaçı verdiyi sifarişlərin qiymətinin ödənilməsinə baxmayaraq, vaxtında və ya tam icra etmədikləri, başqa bir ifadə ilə ona verilən mallara limit qoyulduğu halda, rəqib mağazalara verilən mallara heç bir limitin qoyulmadığı, əksinə müxtəlif yollar ilə onların dəstəkləndiyi müəyyən olunubdur. Hesab edilir ki, bu durum Azərbaycan Respublikasının mülki qanunvericiliyinin, o cümlədən yeni qüvvəyə minmiş Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Bütün bunları nəzərə alaraq, xx.xx.2025-ci ildə pretenziya məktubu göndərərək, həmin limitlərin ləğv olunması və iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixində bağlanmış alqı-satqı müqavilələri üzrə cavabdehlər götürdükləri öhdəlikləri tam icra etməyə dəvət edilmiş və bir daha xahiş edilmişdir ki, həmin müqaviləyə əsasən ay ərzində malların siyahısını, çeşidini və miqdarını bildirməklə, iddiaçının verdiyi sifarişin qiymətin ödənilməsidnən sonra 5 iş günü ərzində iddiaçıya tam həcmdə çatdırılması təmin edilsin. Lakin cavabdehlər həmin pretenziyaya da əməl etmədilər. Ancaq verilmiş sifarişin təkcə 20 faizini iddiaçıya çatdırdılar.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 389.1, 406.1, 421.2, 567, 568.1, 568.2, 577.1, 578.1, 578.2, 578.3, 579.1, 579.2-ci, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 3.1, 4, 11, 15, 16-cı maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh1 MMC tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçı və cavabdeh arasında tütün məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə üzrə alıcı bu iş üzrə iddiaçıdır, satıcı isə bu iş üzrə cavabdehlərdir. Həmin müqaviləyə əsasən alıcı malların siyahısını, çeşidini və miqdarını satıcıdan sifariş edir, satıcı isə alıcı tərəfindən malların dəyəri ödənildikdən sonra 5 (beş) iş günü ərzində malları alıcıya çatdırır. İddiaçı qeyd edir ki, 2023-cü ildən etibarən sifarişlərin qiymətinin ödənilməsinə baxmayaraq, heç bir əsas olmadan cavabdeh malların 1/10 hissəsini iddiaçıya təqdim edir. Bildirilir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı və cavabdeh arasında müqavilə əsasında alqı-satqı münasibətləri yaranmışdır. Həmin müqavilənin 2.1ci maddəsinə görə alıcı tərəfindən sifariş olunan mallar satıcı tərəfindən təsdiq edildikdən sonra və alıcı tərəfindən mallara dair ödəniş edildikdən sonra 5 (beş) iş günü ərzində satıcı malları alıcıya çatdırır. Göründüyü kimi, sözügedən maddəyə əsasən əvvəlcə satıcı alıcının sifariş etdiyi miqdarda malları təsdiqləməlidir və daha sonra ödəniş edilmiş malları ona çatdırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd dedikdə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi nəzərdə tutulur. Mülki Məcəllənin 324.2-ci maddəsində qeyd olunur ki, müqavilə ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Aydındır ki, iddiaçı və cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsində ikitərəfli iradə ifadəsinin mövcudluğu zəruridir. Müqavilənin 2.1-ci maddəsində hər iki tərəfin razılığından sonra satışın həyata keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı iddia edir ki, müqavilənin 3.1-ci maddəsi elə şərh olunmalıdır ki, satıcı alıcının sifariş etdiyi malları özünün ehtiyatında həmin miqdarda malların mövcud olubolmamasından və sifarişin təsdiq edilməsindən asılı olmayaraq, alıcının istədiyi çeşiddə və miqdarda malları çatdırmalıdır. Mülki Məcəllə alqı-satqı müqaviləsində razılaşdırılmış malları göndərmək barədə satıcıya daha geniş çərçivədə azadlıq müəyyən etmişdir və yalnız müqavilədə dəqiq miqdarda müəyyənləşdirilmiş malların alıcı tərəfindən ödəniş edilməsi şərti ilə satıcının təmin etməsi öhdəliyini müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 575-ci maddəsi satıcının satılmış əşyanın verməsi öhdəliyini nəzərdə tutur, lakin iddiaçı və cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satıcı alıcıya satılmış bütün malları təhvil vermişdir. Bundan əlavə, Mülki Məcəllənin 577-ci maddəsi verilməli əşyanın miqdarının nəzərdə tutulduğu halı tənzimləyir və 578.1-ci maddəsi qeyd edir ki, satıcı müqavilədə nəzərdə tutulan miqdardan az əşya verərsə, alıcı çatışmayan miqdarı tələb edə bilər və ya verilməmiş malların dəyərini ödəməkdən imtina edə bilər yaxud ödənilmiş məbləği geri istəyə bilər. Qeyd edilməlidir ki, bu maddədə “çatışmayan miqdarı tələb etmək" o halda mövcud ola bilərdi ki, müqavilədə hər iki tərəfin razılığı ilə malların miqdarı müəyyən edilsin və satıcı əskik mallar təchiz etsin. Əlavə olaraq, qanunvericilikdə alıcının verilməmiş malların ödənişinin geri tələb edilməsi hüququ tanınmışdır, amma hazırkı işdə iddiaçı ödəniş etmədiyi malları cavabdehdən tələb edir və onun tələb etdiyi mallar qanunda müəyyən edildiyi üzrə "verilməmiş" deyil, "sifariş olunub, cavabdeh tərəfindən təsdiqlənməmiş" mallardır. Yəni iddiaçının cavabdehdən tələb etdiyi miqdar hər ikisinin razılığı ilə müqavilədə müəyyənləşdirilən miqdar deyil və müqavilənin bağlanması üçün bir tərəfin ofertasını digər tərəfin aksept etməsi mühüm şərtdir (Mülki Məcəllənin 405.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə malların dəqiq miqdarı göstərilməmişdir və alqı-satqının həyata keçirilməsi üçün alıcının malları sifariş etməsi və satıcının həmin sifarişi təsdiq etməsi zəruri şərt kimi müəyyənləşdirilmişdir. Bundan başqa, cavabdeh tərəfindən ödəniş edilmiş mallar iddiaçıya vaxtında çatdırılmışdır və iddiaçı cavabdehin ehtiyatında mövcud olan miqdardan artıq mal sifariş etdikdə isə ona təchiz edə biləcəyi miqdar bildirilmiş və iddiaçı yalnız o miqdara müvafiq ödəniş etmişdir. Bununla da qeyd edilir ki, iddiaçı tərəfindən iddia edildiyi üzrə "tam qiymətin ödənilməsi və ona müvafiq malların çatdırılmaması” halı hazırkı işdə mövcud deyildir. Digər tərəfdən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.4cü maddəsinə əsasən tərəflər əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı gəlirin itirilməsinə görə məsuliyyət daşımır. İddiaçı isə müqavilə şərtlərinə zidd olaraq, cavabdehin təsdiq etmədiyi sifarişlərə görə gəlirini itirdiyini iddia edir. Qeyd edilməlidir ki, iddiaçı müqavilənin əldən çıxmış faydaya görə məsuliyyət daşımamağa dair şərtinə müqavilənin bağlanma anında öz razılığını bildirmişdir və cavabdeh təsdiq etmədiyi sifarişləri təchiz etmədiyinə görə, yəni əldən çıxmış faydaya görə məsuliyyət daşımır. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubuna istinad edir və iş üzrə cavabdehlərin həmin məktuba əməl etməyərək, yalnız verilmiş sifarişin 20 (iyirmi) faizini çatdırdığını bildirir. Bildirilir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 6.2.3-cü maddəsinə əsasən tərəflər riskli vergi ödəyicisi olmadığına dair zəmanət verir və riskli vergi ödəyicisi olduğu haqqında bildirişi aldıqdan dərhal sonra qarşı tərəfi xəbərdar etməlidir. Lakin xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktuba cavab olaraq bildirildiyi kimi, alqı-satqının həyata keçirilməsi üçün 2022-ci ildə iddiaçı tərəfindən cavabdehə müxtəlif VÖEN-lər təqdim edilmişdir və bunlar arasında müxtəlif MMC-lərin vergi öhdəliklərini yerinə yetirmədiyi müəyyənləşdirilmişdir və iddiaçı bu barədə cavabdehi xəbərdar etməmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin mühüm işlər üzrə müstəntiqi tərəfindən cavabdehə çağırış vərəqəsi göndərilmiş və iddiaçı ilə müqavilə münasibətlərində olduğu üçün həmin MMC-lərin xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilmə tələb edilmişdir. Bildirilir ki, həmin MMC-lərin ikisi riskli vergi ödəyiciləri olmuş, bununla yanaşı, həmin MMC-lərə müxtəlif vaxtlarda bir sıra maliyyə sanksiyaları tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1 MMC-nin işgüzar nüfuzu ciddi zərər görmüşdür və qanuni mənafeləri zədələmək və qanuni fəaliyyətə kölgə salmaq kimi təhlükələrlə üzləşmişdir. Bu səbəbdən iddiaçı yol verilmiş pozuntuları aradan qaldıranadək müqavilə münasibətlərinə fasilə verilmiş, daha sonra 2023-cü ildə münasibətləri bərpa etmiş və həmin vaxtdan bu günədək iddiaçıya təchiz edilə biləcək miqdarda malları satmış və yalnız həmin miqdara müvafiq ödənişi təhvil alınmışdır. Digər tərəfdən iddiaçı Rəqabət Məcəlləsinə istinad etmiş, iş üzrə cavabdehlər arasında üfüqi sazişin mövcudluğu və rəqib mağazalara malları fərqli şərtlər ilə satdığını iddia etmişdir. Bundan başqa, iddiaçı qeyd edir ki, cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə zidd olaraq limit tətbiq edilir. Belə ki, Rəqabət Məcəlləsinin 1.1.52-ci maddəsinə əsasən müvafiq bazarda fəaliyyət göstərən və bir-biri ilə rəqib olan (potensial rəqib ola bilən) təsərrüfat subyektlərinin öz aralarında bağladıqları, yaxud təsərrüfat subyektləri ilə digər subyektlər arasında bağlanılan saziş üfüqi saziş adlanır. Rəqabət Məcəlləsinin 11-ci maddəsində üfüqi sazişlərin bağlanması ilə rəqabəti məhdudlaşdıran hallar sadalanmışdır. Misal olaraq, alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması və (və ya) bununla əlaqədar məlumat mübadiləsinin aparılması, digər təsərrüfat subyektləri ilə aparılan eyni və ya oxşar əməliyyatlara fərqli şərtlərin tətbiqi və bununla da onların rəqabətdə əlverişsiz vəziyyətə salınması və s. Lakin nəzərə çatdırılır ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC hər biri ayrı distribütor şirkətlərdir və aralarında hər hansı üfüqi saziş mövcud deyildir. Qoşmaya əlavə edilmiş e-qaimələr sübut edir ki, hər bir cavabdeh iddiaçıya fərqli vaxtlarda fərqli mallar satmış və cavabdehlərin fəaliyyətində rəqabəti məhdudlaşdıran hər hansı sövdələşmə olmamışdır. Rəqib mağazalara fərqli şərtlər tətbiq edilməsi və iddiaçıya limit tətbiq edilməsi iddiasına münasibətdə bildirilir ki, fərqli şərtlər tətbiq edilməsinə eyni və ya oxşar malların rəqiblərə və iddiaçıya fərqli qiymətlərlə satılması halını aid etmək olar. Lakin eyni və ya oxşar mallar bazarda hər bir təsərrüfat subyektinə eyni qiymət ilə satılır. Aydındır ki, iddiaçı cavabdehin təhvil verə biləcəyindən xeyli miqdarda mallar tələb etdiyindən, Rəqabət Məcəlləsinə istinad edərək, iddiasını gücləndirmək istəmişdir. Qeyd edilir ki, cavabdehin yalnız təchiz edə biləcəyi miqdarda malları iddiaçıya satmağı ona digər təsərrüfat subyektlərindən fərqli şərtlər ilə satış etməsi və ya limit tətbiq etməsi demək deyildir. Bildirilir ki, hər bir təsərrüfat subyektinə eyni və ya oxşar mallara görə eyni qiymətlər və oxşar şərtlər tətbiq edilir, cavabdehin iddiaçıya təchiz etdiyi miqdar onun həmin təsərrüfat subyektinə münasibətdə maksimum potensialını əhatə edir və digər təsərrüfat subyektlərinə də müstəqil satış etməsi onun fəaliyyət azadlığıdır. Bundan başqa, Vergi Məcəlləsinin 14.6.5-ci maddəsi alış qiymətlərinin süni artırılmasının qarşısını almaq məqsədilə müəyyən edir ki, topdansatış ticarət fəaliyyəti sahəsində alınmış malların alış qiyməti bazar qiymətlərinin 10%-dən çox olarsa və bu alış dəyəri xərc kimi gəlirdən çıxılarsa, vergilər yenidən hesablanır. Heç bir qanunsuz vergi fəaliyyətinin olmaması sübut edir ki, heç bir təsərrüfat subyektinə münasibətdə süni şəkildə alış qiyməti artırılmamışdır və hər birinə eyni dəyər ilə satış edilmişdir. Yekun olaraq, iddiaçıya ödəniş etdiyi miqdarda mallar təchiz edilmiş və heç bir müqavilə öhdəliyi pozulmamışdır, onun sifariş verdiyi miqdar cavabdeh üçün məqsədəmüvafiq olmadığından sifarişlərin bir hissəsi təsdiq edilməmiş və təchiz edilməyən mallara görə iddiaçıdan əlavə ödəniş alınmamışdır. Həmçinin bu günədək iddiaçıya satılmış mallar digər təsərrüfat subyektləri ilə eyni qiymət və şərtlər ilə satılmışdır.

5. Cavabdeh2 MMC tərəfindən iddiaya yuxarıda qeyd olunan etirazla eyni məzmunlu yazılı etiraz daxil olmuşdur.

6. Cavabdeh3 MMC tərəfindən iddiaya yuxarıda qeyd olunan etirazla eyni məzmunlu yazılı etiraz daxil olmuşdur. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasında etiraz ərizələrinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək qeyd etdi ki, «Ayxan» Marketlə rəsmi müqavilə əsasında çalışır. Sifarişlər zamanı ciddi şəkildə limit tətbiq olunur. Lakin limitin hansı əsasla tətbiq olduğu barədə məlumat verilmir. «Ayxan» Marketin ətrafında mövcud olan xırda mağazalarda belə kifayət qədər siqarət satılır. Ödəmələrlə bağlı heç bir gecikmə olmur, sifarişlər verilir, pul ödənilir və məhsul alınır. «Ayxan» Marketdə vergi qanunvericiliyinin pozulması ilə bağlı hər hansı bir problemin olub-olmaması barədə məlumatı yoxdur. Hal-hazırda hər bir cavabdeh şirkət tərəfindən aylıq 10000 manatlıq limit tətbiq olunur.

10. Məhkəmədə şahid qismində dindirilən X12 izahat verərək qeyd etdi ki, «Ayxan» Marketdə 10 ildən uzun müddətdir çalışır. Sifarişlər həftəlik verilir və sifariş verilərkən limit tətbiq edildiyini və limitdən artıq sifarişin qəbul olunmayacağını bildirirlər. Son 3-4 ildir ki, limit tətbiq olunur, bundan əvvəl belə problem yox idi, hal-hazırda limit tətbiq olunduğu üçün aylıq sifariş onların istəyinə uyğun verilir. Limitin tətbiq olunduğu barədə məlumatı şəxsən Cavabdeh1 MMC-nin ekspeditoru Elçin müəllim şifahi şəkildə bildirib. Sifariş həm şifahi danışıqla, həm də yazılı şəkildə ola bilər. Aylıq ehtiyac 40 min manata yaxındır, lakin ehtiyacın aylıq 15-20 faizi təmin olunur. Mağazada satış sadəcə pərakəndə şəkildə olur.

11. Məhkəmədə şahid qismində dindirilən X5 izahat verərək qeyd etdi ki, «Ayxan» Marketdə 7 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Əvvələr kassada fəaliyyət göstərirdi və siqaret satışı bloklarla həyata keçirilirdi. Lakin hal-hazırda blokla satış mümkün deyil. Şirkətlərlə birbaşa danışığı olmayıb, lakin müştərilərinin şikayəti əsasında limitin tətbiqi barədə məlumat əldə etmişdir, çünki gün ərzində kifayət qədər şikayətlər daxil olur.

12. Məhkəmədə şahid qismində dindirilən X6 izahat verərək qeyd etdi ki, hal-hazırda «Ayxan» Marketin dövriyyəsinə uyğun mallar təhvil verir. Aylıq 400 bloka yaxın siqaret verilir. Limitin tətbiqi əsasən qanunauyğunsuzluğun qarşısını almaq məqsədi daşıyır. «Ayxan» Marketlə uzun müddətdir ki, əməkdaşlıq edirlər. Həmin marketin dövriyyəsinə uyğun siqaret verilir. Əgər aylıq dövriyyədən artıq mal tələb olunursa, satışı təsdiq edən sənədlər təqdim edilməlidir. Hər bir müştəriyə eyni qayda tətbiq olunur. «Ayxan» Marketə münasibətdə hər hansı fərqli yanaşma yoxdur. Məhsul sifariş verilərkən həmin məhsulun marketin dövriyəsinə uyğunluğu yoxlanılır və məhsul təhvil verilir. Hər hansı problem yaranmır.

13. Məhkəmədə şahid qismində dindirilən X2 izahat verərək qeyd etdi ki, «Ayxan» Marketin sifarişinə uyğun mal təhvil verilir. Hər marketin satışına uyğun məhsul verilir. Satışdan artıq məhsul verilmir. Belə ki, bu, əsasən pərakəndə fəaliyyət göstərən market və mağazaların qanunsuz olaraq topdan satışla məşğul olmasının qarşını almaq məqsədi ilə edilir. Aylıq 10-12 min manatlıq məhsul verilir. Bu, həmin marketin aylıq dövriyyəsinə uyğundur. Artıq məhsul sifariş vermək istəyən tərəf aylıq satışının artdığını təsdiq edən sənədləri, skandataları təqdim etməlidirlər. Hal-hazırda «Ayxan» Market tərəfindən artıq sifariş verilmir. Nə qədər sifariş verilirsə, o da təmin olunur.

14. Məhkəmədə şahid qismində dindirilən X3 izahat verərək qeyd etdi ki, hal-hazırda «Ayxan» Marketlə satış rəsmi müqavilə əsasında həyata keçirilir. Sifarişə əsasən pərakəndə satışa uyğun məhsul verilir. «Ayxan» Marketin ətrafında topdan satışla məşğul olan kifayət qədər mağazalar var. Eyni zamanda iddiaçı tərəfin qardaşının da «Ayxan» Marketə yaxın ərazidə topdan satışla məşğul olan fabriki var. Bu da həmin marketin topdan satışla məşğul olması barədə cavabdehdə ciddi şübhələr yaradır. Həmin market aylıq satışının artdığını təsdiq edən scandatanı təqdim etsə, istədiyi qədər məhsul verilər. «Ayxan» Marketlə 2018-ci ildən əməkdaşlıq edirlər. 2018-ci ildən təqribən orta hesabla il ərzində sifarişlər eyni olunubdur.

15. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Cavabdeh2 MMC və alıcı qismində İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, VEK-02057 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı alıcıya Azərbaycan Respublikasındakı rəsmi distributoru olduğu tütün məmulatlarını onların Azərbaycan Respublikasının ərazisində pərakəndə satışının həyata keçirilməsi məqsədilə alıcıya tədarük etməyə, alıcı isə malların razılaşdırılmış dəyərini satıcıya ödəməyə və malları qəbul etməyə dair öhdəlik götürür; 2.1-ci bəndinə əsasən alıcı malların siyahısı, çeşidi və miqdarını bildirməklə satıcıdan malları sifariş edir. Sifariş satıcının təqdim etdiyi məlumatlar, o cümlədən satıcının “onlayn mağaza” platforması əsasında verilə bilər. Satıcı sifariş olunan malları alıcıya sifarişin təsdiqindən və malların dəyərinin alıcı tərəfindən tam ödənilməsindən sonra təqdim edir; 2.2-ci bəndinə əsasən alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra 5 iş günü ərzində satıcı sifarişə uyğun malları tam həcmdə alıcının bildirdiyi ünvana çatdırır və ya ona, yaxud onun təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsilçilərə) təhvil verir. Mallar alıcıya razılaşdırılmış formada və qablaşdırmada təqdim olunur; 3.1-ci bəndinə əsasən malların dəyəri sifariş anında tətbiq olunan, satıcı tərəfindən müəyyən edilmiş qiymətlər əsasında ödənilir; 7.4-cü bəndinə əsasən heç bir tərəf müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində yaranan əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı gəlirin itirilməsinə görə məsuliyyət daşımır. Bu şərt müqavilənin xitamından sonra da qüvvədə qalır. Müqavilə tərəflərin imzası və Cavabdeh2 QSC-nin möhürü ilə təsdiq edilmişdir.

16. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

17. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

18. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

19. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

20. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

21. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

22. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar sifariş edilmiş, lakin Cavabdeh2 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh2 MMC sifarişi tam şəkildə təmin etmədi.

23. Satıcı qismində Cavabdeh3 MMC və alıcı qismində İddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli, SAR-02110 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı alıcıya Azərbaycan Respublikasındakı rəsmi distributoru olduğu tütün məmulatlarını onların Azərbaycan Respublikasının ərazisində pərakəndə satışının həyata keçirilməsi məqsədilə alıcıya tədarük etməyə, alıcı isə malların razılaşdırılmış dəyərini satıcıya ödəməyə və malları qəbul etməyə dair öhdəlik götürür; 2.1-ci bəndinə əsasən alıcı malların siyahısı, çeşidi və miqdarını bildirməklə satıcıdan malları sifariş edir. Sifariş satıcının təqdim etdiyi məlumatlar, o cümlədən satıcının “onlayn mağaza” platforması əsasında verilə bilər. Satıcı sifariş olunan malları alıcıya sifarişin təsdiqindən və malların dəyərinin alıcı tərəfindən tam ödənilməsindən sonra təqdim edir; 2.2-ci bəndinə əsasən alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra 5 iş günü ərzində satıcı sifarişə uyğun malları tam həcmdə alıcının bildirdiyi ünvana çatdırır və ya ona, yaxud onun təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsilçilərə) təhvil verir. Mallar alıcıya razılaşdırılmış formada və qablaşdırmada təqdim olunur; 3.1-ci bəndinə əsasən malların dəyəri sifariş anında tətbiq olunan, satıcı tərəfindən müəyyən edilmiş qiymətlər əsasında ödənilir. Müqavilə tərəflərin imzası və Cavabdeh3 MMC-nin möhürü ilə təsdiq edilmişdir.

24. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

25. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

26. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

27. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

28. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

29. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

30. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh3 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh3 MMC sifarişi tam şəkildə təmin etmədi.

31. Satıcı qismində Cavabdeh1 MMC və alıcı qismində İddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli, SAD-01995 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı alıcıya Azərbaycan Respublikasındakı rəsmi distributoru olduğu tütün məmulatlarını onların Azərbaycan Respublikasının ərazisində pərakəndə satışının həyata keçirilməsi məqsədilə alıcıya tədarük etməyə, alıcı isə malların razılaşdırılmış dəyərini satıcıya ödəməyə və malları qəbul etməyə dair öhdəlik götürür; 2.1-ci bəndinə əsasən alıcı malların siyahısı, çeşidi və miqdarını bildirməklə satıcıdan malları sifariş edir. Sifariş satıcının təqdim etdiyi məlumatlar, o cümlədən satıcının “onlayn mağaza” platforması əsasında verilə bilər. Satıcı sifariş olunan malları alıcıya sifarişin təsdiqindən və malların dəyərinin alıcı tərəfindən tam ödənilməsindən sonra təqdim edir; 2.2-ci bəndinə əsasən alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra 5 iş günü ərzində satıcı sifarişə uyğun malları tam həcmdə alıcının bildirdiyi ünvana çatdırır və ya ona, yaxud onun təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsilçilərə) təhvil verir. Mallar alıcıya razılaşdırılmış formada və qablaşdırmada təqdim olunur; 3.1-ci bəndinə əsasən malların dəyəri sifariş anında tətbiq olunan, satıcı tərəfindən müəyyən edilmiş qiymətlər əsasında ödənilir. Müqavilə tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.

32. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

33. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

34. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

35. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

36. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

37. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

38. X17, X4 və X13 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktda “Ayxan” marketin sahibi fərdi sahibkar İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin istifadəsində olan +99455xxxx646 telefonu vasitəsilə bildirilən 50000 manat məbləğində olan mallar (siqaret məhsulu) sifariş edilmiş, lakin Cavabdeh1 MMC-nin işçiləri rəhbərlik tərəfindən limit tətbiq edildiyi və ancaq verilmiş sifarişin 20%-ni təmin edəcəklərini bildirdilər. Buna etiraz edilsə də, Cavabdeh1 MMC sifarişi tam şəkildə təmin etmədi.

39. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış məktubla bildirilmişdir ki, İddiaçı və qardaşı Xəqani İbrahimov tərəfindən faktiki rəhbərlik edilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 ünvanında yerləşən sahibkarlıq subyektləri (topdan satış məntəqəsi və Ayxan market) 28 fevral 2022-ci il tarixinə qədər şirkət tərəfindən davamlı şəkildə tütün məmulatları ilə təchiz edilmişdir. Əməkdaşlıq edildiyi müddət ərzində tütün məmulatlarının alışı təqdim edilmiş müxtəlif VÖEN-lər əsasında həyata keçirilmişdir. Belə ki, bu müddət ərzində aşağıdakı VÖEN-lər təqdim olunmuş və müvafiq əməliyyatlar aparılmışdır: fərdi sahibkar X7 (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********). Göstərilən şirkətlərin hər biri ilə bağlı sənədlər məhz Xəqani İbrahimov tərəfindən təqdim olunmuş və onun özünün faktiki idarə etdiyi müəsissələr olduğu bildirilmişdir. X8 tərəfindən təqdim olunmuş sənədlər əsasında "xxxx" MMC ilə "Sadaf Trade” QSC arasında müqavilə bağlanılmış, müqavilə əsasında şirkət tərəfindən Xəqani İbrahimovun faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 ünvanında yerləşən topdan satış məntəqəsinə xx.xx.2019-cu il tarixində 178048 manat dəyərində mallar təhvil verilmişdir. Malların göstərilən ünvanda təhvil verilməsi faktını həmin məqamda çap edilmiş qəbzin Xəqani İbrahimovun nümayəndəsi tərəfindən imzalaması təsdiq edir. Daha sonra "xxxx" MMC-nin vergi öhdəliklərini icra etmədiyi aşkar olunmuşdur. Həmin cəmiyyətin barəsində hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə bağlı cinayət işi üzrə istintaq aparılmaqdadır. Cinayət işinin araşdırılması ilə bağlı şirkət əməkdaşları və direktor istintaqa şahid qismində cəlb edilmiş və istintaqda verilmiş ifadələri ilə malların Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 ünvanında yerləşən obyektə təhvil verildiyini bildirilmişlər. X19 sənədlərin onun tərəfindən təqdim olunmasına və malları qəbul etməsinə baxmayaraq, bu faktı təkzib etmiş, istintaqa həqiqətə uyğun olmayan ifadələr verərək malları qəbul etmədiyini və sənədləri təqdim etmədiyini bildirmişdir. Bu hal şirkətin işgüzar nüfuzuna ciddi zərər vurmaqda, onun qanuni mənafelərini zədələməkdə və qanunvericilik çərçivəsində şəffaf fəaliyyətinə kölgə salmaqdadır. Şirkət tərəfindən fəaliyyət göstərdiyi müddət ərzində qüvvədə olan qanunvericiliyin bütün tələblərinə tam əməl edilmiş və fəaliyyəti zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı və qardaşı Xəqani İbrahimov tərəfindən faktiki rəhbərlik edilən ticarət subyektinin bu qanunsuz hərəkətləri, hər iki tərəfə məlum olan faktları sonradan təkzib etmələri və şirkətə qarşı həqiqətə uyğun olmayan ifadələr verməsi əməkdaşlıq barədə ciddi narahatlıq yaratmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, faəliyyət qanunvericiliyin tələblərinə uyğun və şəffaf qurularaq yuxarıda göstərilən məsələnin həlli istiqamətində müvafiq tədbirlər görüldükdən və fəaliyyətlərində yol verilmiş pozuntular aradan qaldırıldıqdan sonra əməkdaşlıq bərpa olunacaqdır.

40. Məhkəməyə cavabdehlər tərəfindən iddiaçıya müqavilələr üzrə müxtəlif vaxtlarda göndərilən elektron qaimələr təqdim edilmişdir.

41. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin icra edilməsi, müqaviləyə əsasən razılaşdırılmış çeşiddə və miqdarda sifarişin qiyməti ödənildikdən sonra 5 iş günü ərzində çatıdırılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

42. İddiaçı tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin icra edilməsi, müqaviləyə əsasən razılaşdırılmış çeşiddə və miqdarda sifarişin qiyməti ödənildikdən sonra 5 iş günü ərzində çatıdırılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

43. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin icra edilməsi, müqaviləyə əsasən razılaşdırılmış çeşiddə və miqdarda sifarişin qiyməti ödənildikdən sonra 5 iş günü ərzində çatıdırılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsində əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 578.1.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

46. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında ayrıayrılıqda, eyni məzmunlu alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında alqı-satqı müqavilələrinin bağlanması, həmin alqı-satqı müqavilələri əsasında satıcıların (cavabdehlərin) alıcını (iddiaçını) malla təchiz etməsi və alıcının bunun müqabilində müvafiq ödənişləri etməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı iddiaçının cavabdehlər tərəfindən ona satış limitinin tətbiq edilməsi və ona lazım olandan daha az miqdarda malların satılmasını iddia etməsidir.

47. İddia tələbini cavabdehlər tərəfindən iddiaçıya tətbiq edilən qanunsuz alış limitlərinin ləğv edilməsi, iddiaçının cavabdehlərlə bağladığı xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə cavabdehlərin götürdüyü öhdəliklərin tam həcmdə icrası (yəni həmin müqavilələrə əsasən ay ərzində malların siyahısı, çeşidi və miqdarı bildirməklə iddiaçının verdiyi sifarişin, qiymətinin ödənilməsindən sonra 5 iş günü ərzində iddiaçıya tam həcmdə çatdırılması) öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-nin üzərinə qoyulması təşkil edir.

48. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi və Rəqabət Məcəlləsinin normalarına istinad etmişdir.

49. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Rəqabət Məcəlləsinə istinad etmiş, iş üzrə cavabdehlər arasında üfüqi sazişin mövcudluğu və rəqib mağazalara malları fərqli şərtlər ilə satdığını və s., rəqabət qanunvericiliyinin normalarının pozulduğunu iddia etmişdir. Bununla bağlı qeyd edilir ki, qəqabət qanunvericiliyinin pozulması ilə bağlı münasibətlər göstərilən Məcəllənin 11-ci (qəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı məsələlər) və 12-ci fəsillərinə (qəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri, eləcə də həmin fəsildə 83.1-ci maddəyə əsasən maraqlı şəxslər hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək məqsədilə rəqabət orqanının, onun vəzifəli şəxslərinin qərarlarından, göstərişlərindən, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna malikdirlər) uyğun olaraq tənzimlənir, yəni ilkin araşdırma rəqabət orqanı tərəfindən aparılır, daha sonra qərardan narazı qalan tərəfin inzibati qaydada və inzibati məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulur.

50. Ona görə də hazırkı işdə yalnız tərəflərin aralarında bağladıqları mülki hüquqi müqavilə və mülki qanunvericilik normalarına uyğun davranıb-davranmadığı, öhdəliklərin pozulub-pozulmadığı yoxlanılır.

51. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehlərin etirazı əsaslı, iddia isə əsassızdır.

52. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, tərəflər azad surətdə, razılaşdırılmış iradə ifadə edib müqavilələr bağlayaraq həmin müqavilələrin məzmununu müəyyənləşdirmişlər.

53. İddiaçı cavabdehlərin müqavilələr üzrə öhdəliklərini pozaraq, iddiaçıya qanunsuz alış limitlərinin tətbiq edildiyini iddia edir. Qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqavilələrindən göründüyü kimi, həmin müqavilələrdə cavabdehlər tərəfindən iddiaçıya hər sifarişdə nə qədər mal(lar)ın təhvil veriləcəyi barədə razılıq nəzərdə tutulmamışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən alıcı malların siyahısı, çeşidi və miqdarını bildirməklə satıcıdan malları sifariş edir və sifariş satıcının təqdim etdiyi məlumatlar, o cümlədən satıcının “onlayn mağaza” platforması əsasında verilə bilər. Göründüyü kimi, tərəflərin qarşılıqlı iradə ifadəsinə əsasən razılaşdırılmışdır ki, alıcı sifarişi satıcının təqdim etdiyi məlumatlar, o cümlədən satıcının “onlayn mağaza” platforması əsasında verə bilər. Məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər ki, ilkin olaraq sifariş, sifarişin miqdarı ilə bağlı nümayəndələr arasında aparılan danışıqlardan sonra razılaşdırılmış miqdarda sifariş verilmişdir, daha artıq sifariş verilməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq da satıcı həmin sifarişi təsdiq etdikdən sonra malların dəyəri alıcı tərəfindən ödənilmiş və sifariş olunan mallar alıcıya təqdim edilmişdir, yəni tərəflər müqavilə şərtlərinə uyğun hərəkət etmişlər.

54. Eləcə də, təqdim olunmuş şahid ifadələri, yuxarıda sadalanan aktlar və digər sübutlar iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların sübutu qismində qəbul oluna bilməz. Hesab olunur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

55. Qeyd olunmalıdır ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı halda isə cavabdehlər tərəfindən müqavilələr üzrə mübahisələndirilən hissədə öhdəliklərin icra edilməməsi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.

56. İddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar