Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5804/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15453,84 manat borcun, 772,69 manat cərimənin, vəkilə ödənilmiş 300 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 140 manat dövlət rüsumunun, ümumilikdə 16666,53 manat İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə barışıq sazişi təqdim etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 11:55-ə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin 15 sentyabra qədər borcu ödəyəcəyi barədə üzərinə öhdəlik götürdüyünü bildirərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış, hər iki hüquqi şəxsin nümayəndəsi (qanuni təmsilşisi) tərəfindən imzalanmış və notarial qaydada təsdiqlənmiş 25 avqust 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər:
1. Bir tərəfdən İddiaçı MMC-nin direktoru X2 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq) və digər tərəfdən və digər tərəfdən Cavabdeh MMC-nin direktoru X1 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq) (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər” adlanacaq), İddiaçının Cavabdehə qarşı "pul tələbinə dair" iddiası ilə bağlı Tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azerbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cii maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin (bundan sonra "Saziş" adlandınlacaq) bağlanması barədə razılığa gəldilər:
1. SAZİŞƏ ƏSAS 1.1. İddiaçı Cavabdehə qarşı məhkəmədə iddia qaldırıb, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, CFR-25/020№-li müqavilə (bundan sonra mətndə “Müqavilə” adlandırılacaq) üzrə 15453 manat 84 qəpik məbləğində borcun, müqavilə üzrə hesablanmış 772 manat 69 qəpik məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin, cəmi 16666 (on altı min altı yüz altmış altı) manat 53 (əlli üç) qəpik məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1.2. Adı çəkilən iddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılır - İş № e-2-2(113)- 5804/2025.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 2.1. Tərəflər təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya Müqaviləyə əsasən 2619,7664 manat ƏDV borcu və 12834,0636 manat borcu var. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh müqavilə üzrə hesablanmış 772 manat 69 qəpik məbləğində cəriməni (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərci, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzini de İddiaçıya ödəməlidir. 2.3. Cavabdeh bu Sazişin 2.1 və 2.2-d bəndində göstərilən borcunu, yəni cəmi 16666 (on altı min altı yüz altmış altı) manat 52 (əlli iki) qəpik məbləğində vəsaiti 15 sentyabr 2025-ci il tarixədək tam şəkildə İddiaçıya ödəyəcəkdir. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndi ilə müəyyən olunmuş ödəniş öhdəliyini vaxtında və lazımınca icra etməzsə, 2619,7664 manat ƏDV borcu, 12834,0636 manat borcun, müqavilə üzrə hesablanmış 772 manat 69 qəpik məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin, İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin, cəmi 16666 (on altı min altı yüz altmış altı) manat 52 (əlli iki) qəpik məbləğində vəsaitin Cavabdehdın tutulması uçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə İddiaçı məhkəməyə müraciət edəcəkdir.
3. DİGƏR MÜDDƏALAR 3.1. Tərəflər bu Sazişin şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Müqavilə tərəflərinə onların hüququ ve vəzifələri İzah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, sözügedən barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. SAZİŞƏ ƏSAS 1.1 . İddiaçı MMC Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldırıb, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, CFR-25/020№-li müqavilə üzrə 15453 manat 84 qəpik məbləğində borcun, müqavilə üzrə hesablanmış 772 manat 69 qəpik məbləğində cərimənin, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin, cəmi 16666 manat 53 qəpik məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1.1. Adı çəkilən iddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılır - İş № e-2-2(113)- 5804/2025.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 2.1. Tərəflər təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya Müqaviləyə əsasən 2619,7664 manat ƏDV borcu və 12834,0636 manat borcu var. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh Müqavilə üzrə hesablanmış 772 manat 69 qəpik məbləğində cəriməni, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərci, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzini de İddiaçıya ödəməlidir. 2.5. Cavabdeh bu Sazişin 2.1 və 2.2-d bəndində göstərilən borcunu, yəni cəmi 16666 (on altı min altı yüz altmış altı) manat 52 (əlli iki) qəpik məbləğində vəsaiti 15 sentyabr 2025-ci il tarixədək tam şəkildə İddiaçıya ödəyəcəkdir. 2.6. Cavabdeh bu Sazişin 2.3-cü bəndi ilə müəyyən olunmuş ödəniş öhdəliyini vaxtında və lazımınca icra etməzsə, 2619,7664 manat ƏDV borcu, 12834,0636 manat borcun, müqavilə üzrə hesablanmış 772 manat 69 qəpik məbləğində cərimənin, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin, İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin, cəmi 16666 manat 52 qəpik məbləğində vəsaitin Cavabdehdın tutulması uçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə İddiaçı məhkəməyə müraciət edəcəkdir.
3. DİGƏR MÜDDƏALAR 3.1. Tərəflər bu Sazişin şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Müqavilə tərəflərinə onların hüququ ve vəzifələri İzah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən İlham Əhmədov