Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5808/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı (MMC) cavabdeh “X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış “X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 27 aprel 2020-ci il tarixli, Hİ-067/2020 saylı müqavilə üzrə 6995.24 manat əsas borc, 695 manat cərimə məbləği, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat olmaqla, cəmi 7790.24 manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 27 aprel 2020-ci il tarixli, Hİ-067/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdehin mülkiyyətinə əhəng məhsulu verilib. Həmin malların dəyərinin bir hissəsi ödənilsə də, hazırda cavabdehin İddiaçınə 6995,24 manat məbləğində borcu mövcuddur. Tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi ilə bağlı üzləşmə aktı imza və möhürlə təsdiq edilib. Cavabdehə pretenziya və iddia ərizəsinin surəti göndərilib, lakin,cavabdeh iddiaçıya yazılı cavab verməyib. Tərəflər arasında imzalanmış müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən Alıcı Malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə “X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Hİ-067/2020 saylı alqısatqı müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərlə və qayda satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür.
6. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi və təqdim edilmə qaydası bu cür sifarişdə müəyyənləşdirilir.
7. Müqavilənin 2.1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir.
8. Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı alıcıya malı yol qaiməsi və anbardan çıxış aktı əsasında təhvil verir.
9. Müqavilənin 2.4.1-ci bəndinə əsasən alıcı malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir.
10. Müqavilənin 2.4.3-cü bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilən malı yol qiaməsi və anbardan çıxış aktı əsasında qəbul edir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti müqaviləninayrılmaz tərkib hissəsi hesab edilən əlavələrlə (qiymət razılaşdırma prokolu) əsasında müəyyən edilir. Mala görəödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür.
13. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişin gecikdirilmsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1% həcmində dəbbə pulu ödəyir.
14. 27 aprel 2020-ci il tarixli Hİ-067/2020 saylı alqı-satqı müqaviləsinə dair 1 saylı xx.xx.2020-ci il tarixli əlavə olan qiymət razılaşdırma prokoluna əsasən söndürülmüş əhəngin bir tonunun qiyməti 150 manat müəyyən edilmişdir.
15. 12.08.2021-ci il tarixli, EBBG seriyalı, 274586 saylı elektron qaimə əsasən İddiaçı MMC tərəfindən “X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 3906,98 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 836852 saylı elektron qaiməyə əsasən 2000,10 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 423805 saylı elektron qaiməyə əsasən 4026,26 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 641141 saylı elektron qaiməyə əsasən 3326,42 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 556795 saylı elektron qaiməyə əsasən 3976,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 016333 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 896757 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 374580 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 404431 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 686057 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 195028 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində və xx.xx.2022-ci il tarixli, EBCı seriyalı, 280584 saylı elektron qaiməyə əsasən 4566,60 manat dəyərində malın təhvil verildiyi qeyd olunmuşdur.
16. 27.02.2023-cü il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən “X1 X2 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə 6995,24 manat borcun olduğu müəyyən edilmiş və həmin akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
25. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Hİ-067/2020 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərlə və qayda satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür.
26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə və qarşılıqlı üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 6995,24 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 6995,24 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6995,24 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Hİ-067/2020 saylı alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən hesablanmış 695 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
31. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 350 manat məbləğində müəyyən edilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
IV.Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "X1 X2 Sanayi ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2020-ci il tarixli Hİ-067/2020 saylı müqavilə üzrə 6995,24 (altı min doqquz yüz doxsan beş manat, 24 qəpik) manat əsas borc məbləği, 350 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 100 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova