Məhkəmə qərarları › İş №e-2-2(113)-581/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-581/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-581/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı iİ tarixli MİŞ/135 nömrəli Müqavilə əsasında 2017-ci il noyabr ayı üzrə 23381,31 manat (iyirmi üç min üç yüz səksən bir manat otuz bir qəpik) haqq və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə və barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin şərtləri ilə razı olduqlarını və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.Tərəflər təsdiq və qəbul edir ki, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli MİŞ/135 nömrəli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında haqqında” müqavilə əsasında xx.xx.2017-ci il -xx.xx.2019-cu il dövrü (yəni 17 ay) üzrə xxxxa 397464,33 (üç yüz doxsan yeddi min dörd yüz altmış dörd manat otuz üç qəpik) AZN məbləğində borcu (pul öhdəliyi) var. 2.Cavabdeh 397464,33 AZN borcunun xx xxxxxxxx 2021-ci il tarixinədək xxxxun bank hesabına (əlavə olaraq 30 manat dövlət rüsumu ilə birlikdə) ödəməyi öhdəsinə götürür. Tərəflər üçün məcburi olan bu Barışıq Sazişi məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən sonra qüvvəyə minir və Cavabdeh öz borcunun tam ödəyənədək qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Tərəflər təsdiq və qəbul edir ki, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli MİŞ/135 nömrəli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında haqqında” müqavilə əsasında xx.xx.2017-ci il -xx.xx.2019-cu il dövrü (yəni 17 ay) üzrə xxxxa 397464,33 (üç yüz doxsan yeddi min dörd yüz altmış dörd manat otuz üç qəpik) AZN məbləğində borcu (pul öhdəliyi) var. 2.Cavabdeh 397464,33 AZN borcunun xx xxxxxxxx 2021-ci il tarixinədək xxxxun bank hesabına (əlavə olaraq 30 manat dövlət rüsumu ilə birlikdə) ödəməyi öhdəsinə götürür. Tərəflər üçün məcburi olan bu Barışıq Sazişi məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən sonra qüvvəyə minir və Cavabdeh öz borcunun tam ödəyənədək qüvvədədir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar