Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5818/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 38550,84 manat, dövlət sosial müdafiə fonduna olan 1033,51 manat, işsizlikdən sığorta fonduna olan 41,35 manat, icbari tibbi sığorta fonduna olan 165,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 6,28 manat, dövlət sosial müdafiə fonduna 156,9 manat, dövlət büdcəsinə 7717,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 7499,9 manat, faizlər üzrə 217,5 manat), icbari tibbi sığorta fonduna 25,08 manat, "Kaçkar-T' Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 239,93 manat, işsizlikdən sığorta fonduna 9,6 manat, dövlət büdcəsinə 7749,77 manat məbləğində (o cümlədən, vergilər üzrə 7494,94 manat, faizlər üzrə 254,83 manat), icbari tibbi sığorta fonduna 38,36 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icbari tibbi sığorta fonduna 38,14 manat, işsizlikdən sığorta fonduna 9,54 manat, dövlət büdcəsinə 7710 manat məbləğində (o cümlədən, vergilər üzrə 7500 manat, faizlər üzrə 210 manat) , dövlət sosial müdafiə fonduna 238,58 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 159,3 manat, icbari tibbi sığorta fonduna 25,46 manat, işsizlikdən sığorta fonduna 6,38 manat, dövlət büdcəsinə 7837,47 manat məbləğində (o cümlədən, vergilər üzrə 7499,97 manat, faizlər üzrə 337,5 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 9,55 manat, dövlət sosial müdafiə fonduna 238,8 manat, dövlət büdcəsinə 7536,2 manat məbləğində (o cümlədən, vergilər üzrə 7323,81 manat, faizlər üzrə 212,39 manat), icbari tibbi sığorta fonduna 38,18 manat olmaqla, ümumilikdə 39790,92 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizənin təmin edilməsini və məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işsizlikdən sığorta fonduna 6,28 manat, dövlət sosial müdafiə fonduna 156,9 manat, dövlət büdcəsinə 7717,4 manat, icbari tibbi sığorta fonduna 25,08 manat, "Kaçkar- T' Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət sosial müdafiə fonduna 239,93 manat, işsizlikdən sığorta fonduna 9,6 manat, dövlət büdcəsinə 7749,77 manat, icbari tibbi sığorta fonduna 38,36 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icbari tibbi sığorta fonduna 38,14 manat, işsizlikdən sığorta fonduna 9,54 manat, dövlət büdcəsinə 7710 manat, dövlət sosial müdafiə fonduna 238,58 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət sosial müdafiə fonduna 159,3 manat, icbari tibbi sığorta fonduna 25,46 manat, işsizlikdən sığorta fonduna 6,38 manat, dövlət büdcəsinə 7837,47 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işsizlikdən sığorta fonduna 9,55 manat, dövlət sosial müdafiə fonduna 238,8 manat, dövlət büdcəsinə 7536,2 manat, icbari tibbi sığorta fonduna 38,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5818/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5818/2023
07.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver