Məhkəmə qərarları › İş №e-2-2(113)-5824/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5824/2024

21.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5824/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" Firmasının (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" X3 Sığorta Fonduna 0,82 manat borcu vardır.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, həmin tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən sığorta fonduna 171,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 4.334.81 manat, İcbari Tibbi Sığorta Fonduna 681,4 manat borcu vardır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Firmasına və "xxxx" MMC-yə ünvanlanmış müvafiq bildirişlərin surətlərindən görünür ki, ""xxxx" Firmasından və "xxxx" MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

4. "İzmir RG” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, MMC-nin həmin tarixə vergilər üzrə borcu yoxdur, İşsizlikdən sığorta fonduna xx.xx.2024-cü il tarixdə 171,79 manat ödənilmiş, borc penya üzrə 3,88 manat təşkil edir, Dövlət Sosial Müdafiə fonduna xx.xx.2024-cü il tarixdə cəmi 4334,8 manat ödəniş edilmiş, qalıq borc penya üzrə 98,03 manat təşkil edir, İcbari Tibbi Sığorta Fonduna xx.xx.2024-cü il tarixdə 689,95 manat ödəniş edilmiş, qalıq borc faiz üzrə 16,23 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3798,88 manat, İşsizlikdən sığorta fonduna olan 150,47 manat, İcbari Tibbi Sığorta Fonduna olan 607,58 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1955-ci il, Doğulduğu yer - Azərbaycan, Baki, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Firmasinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,82 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 150,47 manat, Dövlət Sosial Müdafiə Fonduna 3798,88 manat, İcbari Tibbi Sığorta Fonduna 606,76 manat olmaqla, ümumilikdə 4556,93 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********787500 xx.xx.2024-cü il tarixli **********653200, xx.xx.2024-cü il tarixli **********574600, xx.xx.2024-cü il tarixli **********977700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan X1 şəhəri, Q.Qarayev pr, ev 68, mənzil 36 ünvanında yaşayır.

7. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir.

b) Ərizəyə qarşı etirazın dəlilləri

8. Ərizəyə qarşı etiraz təqdim olunmamışdır.

a) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

14. AR MPM-in: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ 15.Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan "xxxx" X3 Sığorta Fonduna 0,82 manat və "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 3798,88 manat, İşsizlikdən sığorta fonduna olan 150,47 manat, İcbari Tibbi Sığorta Fonduna olan 607,58 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 17.Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, vergi ödəyicisi olan "xxxx" MMC işə məhkəmədə baxılarkən İşsizlikdən sığorta Fonduna 171,79 manat, Dövlət Sosial Müdafiə fonduna 4334,8 manat və İcbari Tibbi Sığorta Fonduna 1 689,95 manat pul vəsaiti ödəmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hazırkı ərizə ilə məhkəməyə müraciət edən zamana (xx.xx.2024-cü il tarixə) olan işsizlikdən sığorta, sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini tam icra etmişdir. Odur ki, "İzmir RG” MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasların mövcudluğu müəyyən edilmir. 18.Digər hüquqi şəxs "xxxx" Firmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin hüquqi şəxsin məhkəmə müraciət edilən tarixə İcbari Tibbi Sığorta Fonduna borcu 0,82 manat təşkil etdiyindən həmin borca görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir. 19.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar