Məhkəmə qərarları › İş №e-2-2(113)-585/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-585/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-585/2021 01.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 7070/004PVR, 7070/005PVR, 7070/006PVR, 7070/007PVR və 7070/008 saylı müqavilələr üzrə yaranmış 50,034 manat 53 qəpik (əlli min otuz dörd manat 53 qəp.) AZN Cavabdeh MMC-dən tutularaq İddiaçı2 MMC-nin bank hesabına birdəfəlik köçürülməsi,İddiaçı2 MMC tərəfindən ödənilmiş 30 AZN dövlət rüsumu cavabdeh “Cavabdeh” MMC-dən tutularaq İddiaçı2 MMC-nin bank hesabına ödənilməsi və İddiaçı2 MMC tərəfindən tərcümə xidmətlərinə görə ödənilmiş 70 (yetmiş) AZN Cavabdeh MMCdən tutularaq İddiaçı2 MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında 7070/004PVR, 7070/005PVR, 7070/006PVR, 7070/007PVRvə 7070/008 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən İddiaçı2 MMC, CavabdehMMC-yə kirayəyə verilən əmlaki yaşayış məqsədi ilə vermiş, Cavabdeh MMC isə kirayəyə verilən əmlakı yaşayış məqsədi ilə kirayəyə götürmüşdür. Həmin müqavilələrə uyğun olaraq, kirarəyə verən kirarəyə verilən əmlakı xx xxxxxx 2020-ci il tarixidən xx xxxxxx 2020-ci il qədər vermişdir. Həmin müqavilərin şərtlərinə əsasən kirayəçi kirayəyə verənə, əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün aşağıda qeyd olunan məbləğlərə bərabər kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür: 7070/004PVR saylı müqavilə üzrə – 2107 (ikimin yüz yeddi) AZN; 7070/005PVR saylı müqavilə üzrə-1373 (bir min üç yüz yeddi üç) AZN; 7070/006PVR saylı müqavilə üzrə –2107 (ikimin yüz yeddi) AZN; 7070/007PVR saylı müqavilə üzrə– 846(səkkiz yüz qırx altı) AZN; 7070/008PVR saylı müqavilə üzrə –1373 (bir min üç yüz yetmiş üç)AZN. Həmin müqavilərin şərtlərinə görə kirayəçi öhdəlik götürərək kirayə haqqını, xidmət haqqını və kommunal xidmətlərdən istifadə üçün sayğac göstəricilərinə əsasən istifadə haqqını vaxtında ödəməlidi. Həmin müqavilələrə uyğun olaraq bütün mübahisə və fikir ayrılıqlarını danışıqlıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər bu cür mübahisə və fikir ayrılıqlarını qarşılıqlıanlaşma yolu ilə həll edə bilmədikdə, həmin mübahisə və fikir ayrılıqları son və qəti olaraq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll ediləcək. Bundan əlavə qeyd olunan müqavilələr üzrə Cavabdeh MMC -in ƏDV-siz 50 034 manat 53 qəpik (əlli min otuz dörd manat 53 qəp.) AZN borcu yaranmışdır. Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixdə 5467 saylı pretenziya məktubu həm azərbaycan dilində, həmdə ingilis dilində rəsmi şəkildə göndərilmiş və yaranmış borcların tez bir zamanda ödənilməsi xahiş olunmuşdur. Bundan əlavə, cavabdehin e-mail vasitəsi ilə xahişi nəzərə alınaraq, xx.xx.2020-ci il tarixli 5474 saylı məktubla yaranmış borcun 10 674.76 (bir on min altı yüz yetmiş dörd manat 76 qəpik)AZN azaldılmış və qalan 39.360.43 (otuz doqquz min üç yüz altmış manat 43 qəpik) AZN hissə ilə ödəniş aparılması təklif olunmuşdur. Lakin hazırki iddia ərizəsi tərtib edilənə qədər cavabdeh nə pretenziya məktubuna, nə də sonuncu təklifə cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarından görünür ki, kirayəyə verən İddiaçı2 MMC ilə kirayəçi Cavabdeh MMC arasında 63 saylı, xx xxxxxx 2019-cu il tarixdə, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında 7070/004PVR, 7070/005PVR, 7070/006PVR, 7070/007PVRvə 7070/008 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən İddiaçı2 MMC, Cavabdeh MMC-yə kirayəyə verilən əmlaki yaşayış məqsədi ilə vermiş, Cavabdeh MMC isə kirayəyə verilən əmlakı yaşayış məqsədi ilə kirayəyə götürmüşdür. Həmin müqavilələrə uyğun olaraq, kirarəyə verən kirarəyə verilən əmlakı xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixə qədər kirayəyə vermişdir. Həmin müqavilərin şərtlərinə əsasən kirayəçi kirayəyə verənə, əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün müqavilələrdə qeyd olunan məbləğlərə bərabər kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: -7070/004PVR saylı xx xxxxxx 2019-ci il tarixli kirayə müqaviləsindən görünür ki, (kirayəyə verən) İddiaçı2 MMC Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Füzulu və S.Vurğun küçələrinin kəsişməsində yerləşən X3 adlanan binanın 9-cu mərtəbəsində yerləşən tam sahəsi 166 m2 olan 901-saylı mənzili (kirayəçiyə) Cavabdeh MMC-yə kirayəyə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən kirayə verən əmlakı kirayəçiyə xx xxxxxx 2020-ci il tarixdən kirayəyə verir müqavilənin şərtlərinə uyğun olaraq uzadılmadıqda və ya ona xitam verilmədikdə xx xxxxxx 2020-ci il tarixdə saat 23:59-da başa çatır. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən kirayəçi kirayə verənə əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün ümumlikdə aylıq 2107 AZN kirayə haqqı ödəyir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, kirayə haqqı 1 təqvim ayı üçün əvvəlcədən müvafiq 1 aylıq müddətinin başlanması tarixindən etibarən müfaviq hesabfakturanın qəbul edilməsindən sonra 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 2-ci əlavəsindən görünür ki, bütün müddət üçün icarəçi icarə verənə hər ay üçün əlavə dəyər vergisi istisna olmaqla 83 AZN məbləğində xidmət, o cümlədən bu əlavədə göstərilmiş başqa haqqları, habelə sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf öz imza və möhürü ilə təsdiq etmişlər. -7070/005PVR saylı xx xxxxxx 2019-ci il tarixli kirayə müqaviləsindən görünür ki, (kirayəyə verən) İddiaçı2 MMC Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Füzulu və S.Vurğun küçələrinin kəsişməsində yerləşən X3 adlanan binanın 9-cu mərtəbəsində yerləşən tam sahəsi 108 m2 olan 903-saylı mənzili (kirayəçiyə) Cavabdeh MMC-yə kirayəyə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən kirayə verən əmlakı kirayəçiyə xx xxxxxx 2020-ci il tarixdən kirayəyə verir müqavilənin şərtlərinə uyğun olaraq uzadılmadıqda və ya ona xitam verilmədikdə xx xxxxxx 2020-ci il tarixdə saat 23:59-da başa çatır. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən kirayəçi kirayə verənə əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün ümumlikdə aylıq 1373 AZN kirayə haqqı ödəyir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, kirayə haqqı 1 təqvim ayı üçün əvvəlcədən müvafiq 1 aylıq müddətinin başlanması tarixindən etibarən müfaviq hesabfakturanın qəbul edilməsindən sonra 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 2-ci əlavəsindən görünür ki, bütün müddət üçün icarəçi icarə verənə hər ay üçün əlavə dəyər vergisi istisna olmaqla 54 AZN məbləğində xidmət, o cümlədən bu əlavədə göstərilmiş başqa haqqları, habelə sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf öz imza və möhürü ilə təsdiq etmişlər. -7070/006PVR saylı xx xxxxxx 2019-ci il tarixli kirayə müqaviləsindən görünür ki, (kirayəyə verən) İddiaçı2 MMC Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Füzulu və S.Vurğun küçələrinin kəsişməsində yerləşən X3 adlanan binanın 10-cu mərtəbəsində yerləşən tam sahəsi 166 mx xxxx 1001-saylı mənzili (kirayəçiyə) Cavabdeh MMC-yə kirayəyə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən kirayə verən əmlakı kirayəçiyə xx xxxxxx 2020-ci il tarixdən kirayəyə verir müqavilənin şərtlərinə uyğun olaraq uzadılmadıqda və ya ona xitam verilmədikdə xx xxxxxx 2020-ci il tarixdə saat 23:59-da başa çatır. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən kirayəçi kirayə verənə əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün ümumlikdə aylıq 2107 AZN kirayə haqqı ödəyir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, kirayə haqqı 1 təqvim ayı üçün əvvəlcədən müvafiq 1 aylıq müddətinin başlanması tarixindən etibarən müfaviq hesabfakturanın qəbul edilməsindən sonra 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 2-ci əlavəsindən görünür ki, bütün müddət üçün icarəçi icarə verənə hər ay üçün əlavə dəyər vergisi istisna olmaqla 83 AZN məbləğində xidmət, o cümlədən bu əlavədə göstərilmiş başqa haqqları, habelə sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf öz imza və möhürü ilə təsdiq etmişlər. -7070/007PVR saylı xx xxxxxx 2019-ci il tarixli kirayə müqaviləsindən görünür ki, (kirayəyə verən) İddiaçı2 MMC Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Füzulu və S.Vurğun küçələrinin kəsişməsində yerləşən X3 adlanan binanın 10-cu mərtəbəsində yerləşən tam sahəsi 67 mx xxxx 1002-saylı mənzili (kirayəçiyə) Cavabdeh MMC-yə kirayəyə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən kirayə verən əmlakı kirayəçiyə xx xxxxxx 2020-ci il tarixdən kirayəyə verir müqavilənin şərtlərinə uyğun olaraq uzadılmadıqda və ya ona xitam verilmədikdə xx xxxxxx 2020-ci il tarixdə saat 23:59-da başa çatır. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən kirayəçi kirayə verənə əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün ümumlikdə aylıq 846 AZN kirayə haqqı ödəyir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, kirayə haqqı 1 təqvim ayı üçün əvvəlcədən müvafiq 1 aylıq müddətinin başlanması tarixindən etibarən müfaviq hesab-fakturanın qəbul edilməsindən sonra 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 2-ci əlavəsindən görünür ki, bütün müddət üçün icarəçi icarə verənə hər ay üçün əlavə dəyər vergisi istisna olmaqla 33 AZN məbləğində xidmət, o cümlədən bu əlavədə göstərilmiş başqa haqqları, habelə sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf öz imza və möhürü ilə təsdiq etmişlər. -7070/008PVR saylı xx xxxxxx 2019-ci il tarixli kirayə müqaviləsindən görünür ki, (kirayəyə verən) İddiaçı2 MMC Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Füzulu və S.Vurğun küçələrinin kəsişməsində yerləşən X3 adlanan binanın 10-cu mərtəbəsində yerləşən tam sahəsi 108 mx xxxx 1003-saylı mənzili (kirayəçiyə) Cavabdeh MMC-yə kirayəyə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən kirayə verən əmlakı kirayəçiyə xx xxxxxx 2020-ci il tarixdən kirayəyə verir müqavilənin şərtlərinə uyğun olaraq uzadılmadıqda və ya ona xitam verilmədikdə xx xxxxxx 2020-ci il tarixdə saat 23:59-da başa çatır. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən kirayəçi kirayə verənə əlavə dəyər vergisi istisna olmaqla, hər təqvim ayı üçün ümumlikdə aylıq 1373 AZN kirayə haqqı ödəyir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, kirayə haqqı 1 təqvim ayı üçün əvvəlcədən müvafiq 1 aylıq müddətinin başlanması tarixindən etibarən müfaviq hesabfakturanın qəbul edilməsindən sonra 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 2-ci əlavəsindən görünür ki, bütün müddət üçün icarəçi icarə verənə hər ay üçün əlavə dəyər vergisi istisna olmaqla 54 AZN məbləğində xidmət, o cümlədən bu əlavədə göstərilmiş başqa haqqları, habelə sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf öz imza və möhürü ilə təsdiq etmişlər. -20011060 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən, Cavabdeh MMC-nin yanvar ayı üçün kommunal xidmətlər üzrə- 33,77 AZN, 20011061 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 53,24 AZN, 20011062 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 104,62 AZN, 20011063 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 47,63 AZN, 20011064 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 59,30 AZN, 20020832 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən fevral ayı üçün xidmət haqqları üzrə- 2.581,20 AZN, 20020833 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20020834 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20020835 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 2.584,20 AZN, 20020835 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.037,22 AZN, 20020836 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20021245 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən fevral ayı üçün kommunal xidmətlər üzrə-54,03 AZN, 20021249 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 27,53 AZN, 20021250 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 59,12 AZN, 20021251 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 34,11 AZN, 20021251 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 44,13 AZN, 20030791 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən mart ayı üçün xidmət haqqları üzrə-2.584,20 AZN, 20030792 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20030793 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 2.584,20 AZN, 20030794 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.037,22 AZN, 20030795 saylı xx.xx.2020ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20031093 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən mart ayı üçün kommunal xidmətlər üzrə- 76,53 AZN, 20031094 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 44,01 AZN, 20031095 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 45,41 AZN, 20031096 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 16,15 AZN, 20031097 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 25,55 AZN, 20040010 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən xidmət haqqları üzrə- 2.584,20 AZN, 20040011 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 2.584,20 AZN, 20040012 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20040013 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.037,22 AZN, 20040014 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20041178 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən aprel ayı üçün kommunal xidmətlər üzrə- 7,30 AZN, 20041179 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 72,79 AZN, 20041180 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 54,83 AZN, 20041182 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 4,70 AZN, 20050015 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən may ayı üçün xidmət haqqları üzrə- 2.584,20 AZN, 20050016 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 2.584,20 AZN, 20050017 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20050018 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.037,22 AZN, 20050019 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 1.683,86 AZN, 20051086 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən may ayı üçün kommunal xidmət haqqları üzrə- 3,96 AZN, 20051089 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 76,12 AZN, 20051091 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 21,15 AZN, 20051093 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 13,81 AZN, 20051095 saylı xx.xx.2020-ci il tarixli faktura arayışına əsasən 12,64 AZN məbləğində borc yaranmışdır. -JAN001 nömrəli xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək göstərilmiş xidmətlər üzrə ümumilikdə 39.307,02 AZN məbləğində borc yaranmışdır. -JAN001 nömrəli xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək göstərilmiş xidmətlər üzrə ümumilikdə 50.034,53 AZN məbləğində borc yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı2 MMC 5467 saylı, xx.xx.2020-ci il tarixli məktubla pretenziya qaydasında Cavabdeh MMC-yə müraciət edərək, yaranmış 50.034,53 AZN məbləğində borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386-cı maddəsinə müvafiq olaraq, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında yazılı formada kirayə müqavilələri bağlanmış, müqaviləyə əsasən, iddiaçı, üzərinə düşən öhdəliyi icra edərək, mülkiyyətində olan sahəni cavabdehə kirayəyə versə də, cavabdeh (kirayəçi) kirayə haqqını ödəməmiş və bununla da müqavilə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Məhkəmə işin sadalanan xüsusatlarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli, 7070/004PVR, 7070/005PVR, 7070/006PVR, 7070/007PVR və 7070/008 saylı müqavilələr üzrə yaranmış 50,034 manat 53 qəpik (əlli min otuz dörd manat əlli üç qəpik) AZN Cavabdeh MMC-dən tutularaq İddiaçı2 MMC-nin bank hesabına birdəfəlik ödənilməlidir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzdən görünür ki, İddiaçı2 MMC tərəfindən tərcümə xidmətlərinə görə 70 AZN məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu və tərcümə xidmətlərinə görə ödənilmiş 70 AZN məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx xxxxxx 2019-cu il tarixli, 7070/004PVR, 7070/005PVR, 7070/006PVR, 7070/007PVR və 7070/008 saylı müqavilələr üzrə yaranmış 50,034 manat 53 qəpik (əlli min otuz dörd) manat (əlli üç) qəpik , ödənilmiş 30 manat dövlət rüsumu və tərcümə xidmətlərinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 MMC-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.“ Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar