Məhkəmə qərarları › İş №e-2-2(113)-5858/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5858/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5858/2025 29.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "X1 Sanayi Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "X1 Sanayi Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1 Sanayi Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialından ümumi borc 350 AZN (üç yüz əlli), ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, faiz borcu 43 (qırx üç) manat olmaqla, ümumilikdə, 423 (dörd yüziyirmi üç) AZN tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "X1 Sanayi Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra Cavabdeh) ilə İddiaçı MMC (bundan sonra İddiaçı) arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh üçün müxtəlif növ qida məhsullarını tədarük etməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini vaxtında icra etmiş,cavabdeh isə ödənişlərin bir hissəsinietmiş, bir hissəsi üzrə isə ödənişlərietməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il 66 №-lialqı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən, Alıcı hesab-fakturanıaldığı gündən 30 gün içərisində aldığı mal və ya xidmətin dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin bir qismi yerinə yetirilməmiş, 350 AZN (üç yüz əlli) borc məbləği yaranmışdır. Aşağıdakı cədvəldə təqdim olunan və ödənilməyən elektron qaimələr qeyd edilmişdir: Cədvəldən göründüyü kimi xx.xx.2022-ci il tarixlie-qaimə üzrə təqdim olunan malların bir hissəsi ödənilmiş, 350 manatlıq hissə isə ödənilməmişdir. Daha sonra xx.xx.2023-cü il üzrə yenidəın mallar təqdim olunmuş və o da ödənilmişdir. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsimiqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qeyd edilən bəndə əsasən 2 il yarım müddətdir borcun ödənilmədiyini nəzərə alaraq, borc məbləğinin üzərinə 12,5% həcmində faiz borcu olaraq 43 manat tələb edirik. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bunlara əsasən, qeyd olunmalıdır ki, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və müqavilə şərtlərinə əməl etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər.

4. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ilə cavabdeh arasında imzalanmış 66 nömrəli xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsinə əsasən:

7. 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya göstərilən malları satır, “Alıcı" isə həmin Malları qəbul edib və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.

8. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə alınacaq malların dəyəri müqavilənin ayrılmaz hissəsi olan “Əlavə” ilə müəyyən olunur.

9. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə təqdim olunmuş qaiməyə əsasən bütün ödənişlər bank köçürməsi yolu ilə həyata keçirilərək qaimə tədim edildiyi gündən 30 (otuz) gün ərzində tam və ya 2 (iki) dəfəyə ödənilməlidir.

10. 3.1-ci bəndinə əsasən “Satıcı”malın keyfıyətinin keyfiyyət sertifikatına uyğun olmasını təmin edir.

11. 3.2-ci bəndinə əsasən alıcı müqavilə şərtlərinə uyğun olaraq və təhvil-təslim aktı əsasında qəbul etdiyi malın ödənişini 30 gün ərzində ta və ya 2 (iki) dəfəyə həyata keçirir.

12. 3.3-cü bəndinə əsasən alıcı və satıcı öz hüquqi ün vanlarını,bank və digər rekvezitlərini dəyişdikdə bu barədə digər tərəfi xəbərdar etməlidir.

13. 3.4-cü bəndinə əsasən satıcı layihədə tələb olunan sayda, keyfiyyətdə və hesabfakturada göstərilən qiymət alıcını aidiyyatı malı ilə təmin etməlidir.

14. 3.5-ci bəndinə əsasən satıcı mah qüsursuz şəkildə Alıcıya təhvil verməyi öhdəsinə götürür.

15. 4.1-ci bəndinə əsasən tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər.

16. 4.2-ci bəndinə əsasən tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.

17. 4.3-cü bəndinə əsasən müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada tənzimlənir.

18. 01.10.2022-ci il tarixli təhvil-təslim sənədinə əsasən alınan malın cəmi qiyməti 601,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim sənədinə əsasən 194,40 manat məbləğində malların təhvil verilməsi müəyyən edilmişdir.

19. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2022-ci il tarixli EBCG383728 saylı 601,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCN 490680 saylı 194,40 manat məbləğində e-qaimələr göndərilmişdir.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

28. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

31. Göründüyü kimi tərəflər arasında bağlanmış 66 nömrəli xx.xx.2022-ci il tarixli Alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya göstərilən malları satır, “Alıcı" isə həmin Malları qəbul edib və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 350 manat ödənilməmiş borcu qalmışdır.

32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr, təhvil sənədləri ilə təsdiq olunduğu üçün 350 manat borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.

33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 43 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış məhsullara görə göndərilmiş e-qaimələr üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 43 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 43 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "X1 Sanayi Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialından 350 manat borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 43 manat faiz borcu olmaqla cəmi 393 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar