Məhkəmə qərarları › İş №e-2-2(113)-5863/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5863/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5863/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5836,81 (beş min səkkiz yüz otuz altı manat səksən bir qəpik) manat borc və ödənilmiş 78,40 (yetmiş səkkiz manat qırx qəpik) manat dövlət rüsumunun cavavdehdən alınıb "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 105 saylı alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən "xxxx" Şirkəti tərəfindən 15 iyul 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək müxtəlif tarixli və nömrəli e-qaimələr vasitəsi ilə (xx.xx.2022-ci il tarixli EBCA seriyalı 116921 nömrəli eqaimə ilə 250,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 206072 nömrəli e-qaimə ilə 194,74 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 318952 nömrəli e-qaimə ilə 156,56 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 457487 nömrəli e-qaimə ilə 231,51 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 563448 nömrəli e-qaimə ilə 114,66 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 654649 nömrəli e-qaimə ilə 39,53 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 655178 nömrəli e-qaimə ilə 283,25 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 026391 nömrəli e-qaimə ilə 447,81 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 026394 nömrəli e-qaimə ilə 53,67 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 255628 nömrəli e-qaimə ilə 182,86 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 405749 nömrəli e-qaimə ilə 243,19 manat məbləğində, xx.xx.2022ci il tarixli EBCB seriyalı 435334 nömrəli e-qaimə ilə 192,84 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 672739 nömrəli e-qaimə ilə 188,09 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 830677 nömrəli e-qaimə ilə 106,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 928446 nömrəli e-qaimə ilə 85,88 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 979251 nömrəlie-qaimə ilə 748,13 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 166457 nömrəlie-qaimə ilə 107,53 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı251606 nömrəli e-qaimə ilə 227,99 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 343405 nömrəli e-qaimə ilə 239,66 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 466580 nömrəli e-qaimə ilə 110,68 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 633305 nömrəli e-qaimə ilə 97,26 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 733225 nömrəli e-qaimə ilə 142,87 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 838461 nömrəli eqaimə ilə 92,73 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 015856 nömrəli eqaimə ilə 201,87 manat məbləğində, xx.xx.2022-ci tarixli EBCD seriyalı 106383 nömrəli eqaimə ilə 194,44 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 263076 nömrəli e-qaimə ilə 77,52 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 468025 nömrəli e-qaimə ilə 36,48 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 562182 nömrəli e-qaimə ilə 64,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 682419 nömrəli e-qaimə ilə 56,25 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 989241 nömrəli e-qaimə ilə 66,12 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE seriyalı 143427 nömrəli e-qaimə ilə 101,09 manat məbləğində,xx.xx.2022-ci il tarixli EBCE serilaylı 467785 nömrəli e-qaimə ilə 38 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE seriyalı 473246 nömrəli eqaimə ilə 114,76 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 136574 nömrəli e-qaimə ilə 121,61 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 678787 nömrəli e-qaimə ilə 114,61 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 094029 nömrəli e-qaimə ilə 110,82 manat məbləğində) cəmi 5836,81 (beş min səkkiz yüz otuz altı manat səksən bir qəpik) manat məbləğində müxtəlif növ dondurma məhsulları Cavabdeh satılmış, lakin indiyə kimi Cavabdeh tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 5836,81 (beş min səkkiz yüz otuzaltımanat səksən bir qəpik) manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Beləliklə, "xxxx" Şirkəti ilə Cavabdeh arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh "xxxx" Şirkətinə cəmi 5836,81 (beş min səkkiz yüz otuz altı manat səksən bir qəpik) manat borcu yaranmışdır. "xxxx" Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh şirkətə borclu olduğu 5836,81 (beş min səkkiz yüz otuzaltımanat səksən bir qəpik) manat məbləğində pulun ödənilməsi ilə bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi üçün ona borcun 10 gün müddətində "xxxx" Şirkətinə ödənilməsinin təmin edilməsi məqsədi ilə məktub göndərilmiş, lakin Cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir real hərəkət etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" Şirkəti ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 105 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqavilədə göstərilən malı satmağı, alıcı isə onun müqabilində göstərilən malı almağı öz öhdəsinə götürür. Həmin müqaviləni 2-ci maddəsinə əsasən satılan malların qiyməti topdansatış qiyməti əsasında razılaşdırılır və həmin qiyməti satıcı tərəfindən alıcıya mal təhvil verilərkən tərtib edilmiş qaimə-fakturada göstərilir. Satıcının satdığı mallara görə təqdim etdiyi qaimə fakturanın dəyərinin 3% məbləğində endirim, müvafiq qaimənin ümumi dəyərindən azaldılacaqdır. Həmin müqavilənin 3-cü maddəsinə əsasən mövcud müqavilə üzrə ödəniş mal satılandan 15 gün sonra alıcının hesablaşma hesabından vəsaiti satıcının hesablaşma hesabına köçürmək yolu ilə həyata keçirilir. - İddiaçı tərəfindən cavabdehə 2022-ci il ərzində göndərilmiş, iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdən görünür ki, həmin qaimələr üzrə ümumi məbləğ 5836,81 manat təşkil edir. - "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan məlum olur ki, Cavabdeh 2021-ci və 2022-ci illər ərzində oan satılmış dondurma məhsullarına görə bugünədək ödənilməmiş cəmi 5836,81 manat borcu qalmaqdadır. - "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli Akta 28 dekabr 2023-cü il tarixli Əlavə rəydən məlum olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 5836,81 manat borc qalığı qalmışdır. - "xxxx" Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 169 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Şirkəti ilə Cavabdeh arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 5836,81 manat (beş min səkkiz yüz otuz altı manat səksən bir qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,4 manat (yetmiş səkkiz manat qırx qəpik) olmaqla, cəmi 5915,21 manat (beş min doqquz yüz on beş manat iyirmi bir qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5836,81 manat (beş min səkkiz yüz otuz altı manat səksən bir qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,4 manat (yetmiş səkkiz manat qırx qəpik) olmaqla, cəmi 5915,21 manat (beş min doqquz yüz on beş manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar