Məhkəmə qərarları › İş №e-2-2(113)-5878/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5878/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5878/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, vəkil xərci, dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.700,06 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 143,50 manat pulun və hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 525 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh MMC) arasında bağlanmış 29 iyul 2024-cü il tarixli ECO-9 saylı alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə 23.747,55 (iyirmi üç min yeddi yüz qırx yeddi manat 55 qəpik) manat məbləğində və 15 avqust 2024-cü il tarixində isə 5 752,51 (beş min yeddi yüz əlli iki manat 51 qəpik) dəyərində müqavilə üzrə mal Cavabdeh MMC-nə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən qismən ödənişlər həyata keçirilmiş və bu günə ödənilməmiş 17.700,06 (on yeddi min yeddi yüz manat 06 qəpik) manat borc qalmışdır. Qeyd olunan satınalma müqaviləsinin tələbləri Cavabdeh MMC tərəfindən pozulmuş, tərəfimizdən borcun ödənilməsi ilə bağlı edilmiş müraciət və pretenziyalar cavabsız qalmış, təhvil verilmiş malların dəyəri tam ödənilməmiş və bununla da öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflər arasında bağlanmış 29 iyul 2024-cü il tarixli ECO-9 saylı alqı-satqı müqaviləsinin 2.2-cü bəndinə görə ödənişlər satıcının təqdim edəcəyi ödəniş sənədlərinə əsasən həmin sənədlər təqdim edildiyi gündən 7 (yeddi) iş günü ərzində köçürmə şəkilində aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, hazırda Cavabdeh MMC-nin əlavə dəyər vergisi də daxil olmaqla ümumilikdə 17.700,06 (on yeddi min yeddi yüz manat 06 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh MMC-nin bu qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli ECO-9 saylı Müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərtilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra mal adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mallarıqəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqaviləyə Spesifikasiyalarda xüsusi şərtlərdə nəzərdə tutula bilər.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan malı verir.

11. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtından əvvəl icrasına yol verilir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcıya faktiki təhvil verilən malın (taxta və sair müxtəlif tikinti materialları) həcmi üçün Təhvil-təslim aktı tərtib edilir.Yalnız təhvil təslim aktına əsasən Alıcıya təhvil verilən malın faktiki həcminə görəAlıcı Satıcıya haqq ödəyir.Alıcı təhvil təslim aktı ilə Satıcıdan malın sifarişə əsasən keyfiyyəti və ya kəmiyyəti aşağı olduqda, mallara görə Satıcının ödəniş tələb etmək hüququ yoxdur.Ödəniş edilməsi üçün Satıcı Alıcıya təhvil-təslim aktı, hesab fakturaları təhvil verir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər satıcının təqdim edəcəyi ödəniş sənədlərinə əsasən həmin sənədlər təqdim edildiyi gündən 7 (yeddi) iş günü ərzində nəğd və ya köçürmə şəkildə aparılır.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən malın keyfiyyəti Azərbaycan Respublikasının müvafiq normaları ilə müəyyənləşdirilən standartlara cavab verməlidir.

15. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı Alıcının sifariş etdiyi malın növü və keyfiyyətindən az keyfiyyətli və ya keyfiyyətsiz mala və həmin maldan istifadə edilməsi nəticəsində Alıcıya və 3-cii şəxslərə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıyır və bu barədə Alıcıya heç bir tələb irəli sürə bilməz.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən malın təhvil verilməsi anı Satıcı və Alıcıarasıııda təhvil təslim aktı tərtib edilir və bu aktın tərtib edilməsi ilə Alıcı malı təhvil almış hesab edilir.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malı Satıcıdan təhvil alır və daşınma haqqını Alıcı öz öhdəsinə götürür.

18. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcının nümayəndələri mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər.

19. Müqavilənin 4.4-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını və ya təhvil-təslimi təsdiq edən qaiməni (qaimələri) imzalayırlar.

20. Müqavilənin 4.5-ci bəndinə əsasən mal Alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ Alıcıya keçir.

21. Müqavilənin 4.6-cı bəndinə əsasən alıcı keyfiyyətsiz və ya kəmiyyətcə çatışmayan malı qəbul etməkdən imtina edə bilər və ya malı qəbul edib çatışmayan hissəyə görə ödənişi Alıcıya ödəniləcək məbləğdən çıxa bilər.

22. Müqavilənin 5.1-ci bəndinə əsasən satıcının hüquqları:

23. Müqavilənin 5.1.1-ci bəndinə əsasən alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək;

24. Müqavilənin 5.1.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda, müqavilənin icrasından birtərəfli imtina etmək;

25. Müqavilənin 5.1.3-cü bəndinə əsasən alıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək.

26. Müqavilənin 5.1.4-cü bəndinə əsasən alıcı bu müqavilənin şərtlərinə uyğun malın dəyərini ödəmədikdə və ya ödəməni gecikdirdiyində yaranan borclar ödənənə qədər Satıcı sonrakı sifarişlərin icrasını dayandıra bilər.

27. Müqavilənin 5.2-ci bəndinə əsasən satıcının vəzifələri:

28. Müqavilənin 5.2.1-ci bəndinə əsasən malı bu müqavilənin şərtlərinə uyğun Alıcıya təhvil vermək;

29. Müqavilənin 5.2.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmişöhdəlikləri icra etmək;

30. Müqavilənin 5.2.3-cü bəndinə əsasən alıcının tələbi ilə keyfiyyətsiz malın keyfiyyətlisi ilə əvəz edilməsi üçün bütün xərcləri öz hesabına ödəmək.

31. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcının hüquqları:

32. Müqavilənin 5.3.1-ci bəndinə əsasən satıcıdan malın bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək;

33. Müqavilənin 5.3.2-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, malın təhvil verilməsini gecikdirdikdə Satıcıya bu müqavilə ilə müəyyən edilmiş cərimələri tətbiq etmək;

34. Müqavilənin 5.3.3-cü bəndinə əsasən keyfiyyətsiz malın dərhal keyfiyyətlisi ilə əvəz edilməsini tələb etmək.Bu halda Satıcı qeyd-şərtsiz olaraq Alıcının göstərdiyi qaydada, yerdə və vaxtda malı dəyişdirir.

35. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcının vazifələri:

36. Müqavilənin 5.4.1-ci bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;

37. Müqavilənin 5.4.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək.

38. Müqavilənin 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

39. Müqavilənin 6.2-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malı Alıcıya vermədikdə Alıcı satıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin 0.5% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Dəbbə pulu bu müqavilənin qiymətinin 10%-dən çox ola bilməz.

40. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 8 №-li Qiymət Razılaşdırılması protokoluna əsasən 1 ədədi 10 manat olmaqla 547 ədəd taxta, 1 m3 335,003 manat olmaqla 43.746 m3 taxtanın, xx.xx.2024-cü il tarixli 9 №-li X1 əsasən 1 m3 214,004 manat olmaqla, 22.78 m3 taxtanın qiyməti tərəflər aarasında razılaşdırılmışdır.

41. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən 23747,55 manat məbləğində mallar, xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən 5752,51 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

42. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********92 saylı 23747,55 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********32 saylı 5752,51 manat məbləğində e-qaimələr göndərilmişdir.

43. Hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına təyinatı MT**********92 saylı e-qaimə göstərilməklə 10000 manat məbləğində ödəniş edilmişdir.

44. xx.xx.2024-cü il tarxili ƏDV Sub-Uçot Hesabından çıxarışa əsasən xx.xx.2024cü il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin sub-uçot hesabına 1800 manat məbləğində ödəniş edilmişdir.

45. Maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə müqavilə üzrə ödənilməyən borcu 17.700,06 manat müəyyən edilmişdir.

46. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

49. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

50. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

51. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

52. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

53. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

54. Göründüyü kimi tərəflər arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli ECO-9 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərtilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mallarıqəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ödənilməmiş 17700,06 manat borcu qalmışdır.

55. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimə, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 17700,06 manat məbləğinə dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

56. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 17700,06 manat borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 17700,06 manat tutularaq iddiaçıya ödənilməlidir.

57. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 143,50 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 525 manat ödənilmişdir.

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 143,50 manat dövlət rüsumunun və 525 manat vəkil xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 17.700,06 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 525 manat və dövət rüsumunun əvəzi olaraq 143,50 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar