Məhkəmə qərarları › İş №e-2-2(113)-588/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-588/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-588/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı “Aztexnika LTD” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “Bakı 1 nömrəli Yol İstismarı” məhdud məsuliyyətli cəmiyyətinə qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən təhvil verilmiş mallara görə 453.254,86 ABŞ dolları borc, gecikdirilmiş ödənişin ümumi dəyərinin 10% həcmində, yəni 45.325,48 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 498.580,34 ABŞ dolları məbləğində vəsaitin (ödəniş gününün məzənəsinə uyqun olaraq Azərbaycan manatı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqısatqımüqaviləsinə əsasən təhvil verilmiş mallara görə 453.254,86 ABŞ dolları borc, gecikdirilmiş ödənişin ümumi dəyərinin 10% həcmində, yəni 45.325,48 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 498.580,34 ABŞ dolları məbləğində vəsaitin (ödəniş gününün məzənəsinə uyqun olaraq Azərbaycan manatı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtinası qanuna zidd deyildir, hər-hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Aztexnika LTD” məhdud məsuliyyətli cəmiyyətinin iddiadan imtinası qəbul olunsun. İddiaçı “Aztexnika LTD” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “Bakı 1 nömrəli Yol İstismarı” məhdud məsuliyyətli cəmiyyətinə qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən təhvil verilmiş mallara görə 453.254,86 ABŞ dolları borc, gecikdirilmiş ödənişin ümumi dəyərinin 10% həcmində, yəni 45.325,48 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 498.580,34 ABŞ dolları məbləğində vəsaitin (ödəniş gününün məzənəsinə uyqun olaraq Azərbaycan manatı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar