Məhkəmə qərarları › İş №e-2-2(113)-5889/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5889/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5889/2025 31.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən ƏDV məbləği daxil olmaqla, cəmi 38 430,69 manat borcun və 206 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş barışıq sazişi təqdim etmişdir. Eyni tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdime dərək tərəflər arasında razılıq əldə edilərək barışıq sazişi bağlandığını bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Hər iki tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, barışıq sazişinin əslini və onun təsdiq edilməsini xahiş etdiklərinə dair məhkəməyə yazılı ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2025-ci il tarixdə hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həlli barədə barışıq sazişi bağladıqlarından, bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etməklə, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxılması zərurəti aradan qalxmışdır. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Preambula: Nəzərə alaraq ki: İddiaçı "xxxx" MMC ilə (vöen **********), Cavabdeh QSC (vöen **********) arasında bəzi maliyyə və s. işlərlə bağlı uyğunzuluqların yaranması səbəbindən "xxxx" MMC , xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə ("Məhkəmə") müraciət etmişdir. Tərəflər arasında olan mühasibat uçotu məlumatlarına əsasən CavabdehQSC -nin "xxxx" MMC - nə olan borcu müqavilə əsasında aldığı mallar üzrə 38 430,69 manat əsas borc məbləği və 206 manat ödənilmiş dövlət rüsumu ilə birlikdə 38 636,69 manat təşkil edir. a) Məhkəmə iddia ərizəsini icraatına almış və e-2-2(113)-5889/2025 saylı mülki iş üzrə məhkəmə icraatı başlamışdır. b)Cavabdeh 38 430,69 manat əsas borc məbləği və 206 manat Bakı Kommersiya Məhkəməsinə ödənilən dövlət rüsumu da daxil olmaqla ümumilikdə 38 636,69 manat borcu olduğunu etiraf edərək, həmin məbləği 2025-ci ilin noyabr ayında 5 000 (beş min) manat, dekabr ayında 5 000 (beş min) manat, 2026-cı ilin yanvar ayında 5 000 (beş min) manat və fevral ayında 5 000 (beş min) manat, 2026-cı ilin mart ayında 5 000 (beş min) manat, 2026-cı ilin aprel ayında 5 000 (beş min) və 2026-cı ilin may ayında 8 636,69 (səkkiz min altı yüz otuz altı manat altmı doqquz qəpik) manat olmaqla hər ayın 10-nadək ödəməyi öhdəsinə götürərək mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş və təklif qəbul edilmişdir. Tərəflər qeyd olunan şərtlə Sazişin bağlamasına razılıq vermişdir

1. Sazişin predmeti: 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. Şirkətlər qarşılıqlı olaraq yekun maliyyə məlumatları ilə bağlı uyğunsuzluğu məhkəmədən kənar müzakirə edərək, qarşılıqlı öhdəliklərinə aydınlıq gətirmişdir. Tərəflər xx.xx.2025-ci il tarixindən etibarən "xxxx" MMC ilə (vöen **********), Cavabdeh QSC əməkdaşlığı nəzərə alaraq, bu barışıq sazişini təsdiqləyirlər. 1.1.2. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi ilə) xitam verilməsinə etiraz etməyəcək; 1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 10 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə həmin günə olan qalıq məbləğinin cavabdeh “Siti Keyterinq’’QSC-dən məcburi qaydada tutularaq, iddiaçı "xxxx" MMCyə ödənilməsi üçün məhkəmə tərəfindən verilən icra vərəqəsi əsasında icraya yönəldiləcək.

2. Sazişin hüquqi qüvvəsi: Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir.

3. Xərclər: Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.

4. Tətbiq edilən hüquq və mübahisələrin həlli: Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir. İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar