Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-589/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında artıq hesablanmış 100.000m3 qaz sərfi, yəni 20.000 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olur. ünvan 1 ünvanında yerləşən çörək sexində çörək bişirmə fəaliyyəti ilə məşğul olur. 2019cu ilin noyabr ayında Cavabdeh nümayəndələri müəssisəyə baxış keçirmişlər. Ona bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Baxış keçirən nümayəndələr baxış aktı tərtib edərək iddiaçıya imza etdirmişlər. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən ona bildirilmişdir ki, müəssisədə quraşdırılmış öz hesabına aldığı və mülkiyyətində olan G-25 markalı qaz sayğacına müdaxilə edilmişdir. Bununla bağlı həmin günü tərtib olunan akt cərimə aktı imiş ki, nümayəndəni aldadıb imza etdirmişlər. Sonradan aktı ona təqdim etdikdə bilmişdir ki, bu akt ******* nömrəli qazdan istifadə qaydaların pozulması haqqında aktdır. Sonradan iddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. Ona təqdim edilmiş akta əsasən 90 günlük müddət üçün 100000 m qaz sərfı, yəni 20000 manat (0,2 manat hesabatla) cərimə hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, 90 günlük hesabatla razı deyil və Cavabdeh tərəfındən artıq hesabat aparılmış və iddiaçıdan qanunsuz pul tələb edilir. Bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasınm 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Onu da bir daha nəzərə çatdırır ki, cavabdehin tərtib etdiyi akt həqiqətə uyğun deyil. Belə ki, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməmişdir. Hətta sayğac yoxlamaya gedərkən onun iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə məhkəmə araşdırması başa çatanadək iddianın təmini tədbiri kimi Bakı şəhəri, Xətai rayonu, Boru keçidi, ev 5 ünvanında yerləşən çörək sexinə qaz təchizatının verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Boru keçidi, ev 5 ünvanında yerləşən çörək sexinə qaz təchizatının dayandırılması Cavabdehnə qadağan edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək iddiaçı tərəfindən verilmiş ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)589/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus müəssisədən təbii qazdan istifadəyə görə yaranmış 36.319,40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 1881-10-16 nömrəli saylı müqavilə əsasında İddiaçı məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə cavabdehin 36319,40 manat məbləğində borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPMnin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 1881-10-16 saylı qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmçinin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus çörək sexinin qaz təchizatının mübahisələndirdiyi 20.000 manat borcdan əlavə yaranmış 16.319 manat hissəyə görə dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə rədd edilmişdir. Bundan sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə vermiş və hər ay ona artıq qaz sərfiyyatının yazıldığını, ona məxsus qaz sexinin zəif işlədiyi aylarda da ona yüksək məbləğdə hesab-faktura təqdim edildiyini, həmin miqdarda qazdan istifadə etmədiyini, 20.000 manat məbləğində cərimədən əlavə olaraq ona 19.528,20 manat məbləğində borcun hesablandığını əsas göstərərək Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 20.000 manat məbləğində pulun silinməsini və artıq hesablanmış 19.528,20 manat məbləğində qaz sərfiyyatının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə ünvanlayaraq yekun məhkəmə aktı çıxana qədər ona məxsus Bakı şəhəri, Xətai rayonu, Boru keçidi, ev 5 ünvanında yerləşən çörək sexinə (abonent kodu:**********00001) qazın verilməsinin dayandırılmasına yönələn bütün hərəkətlərin cavabdehə qadağan edilməsi və dayandırılmış qazın istifadəyə verilməsi üçün yaradılmış bütün maneələrin Cavabdeh tərəfindən aradan qaldırılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə rədd edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) ilə sənaye qaz qurğusu istifadəçisi (ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1881-10-16 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə 1 ədəd PQ-4, 1ədəd su qızdırıcı qazan,1 ədəd çörək bişirmə soba quraşdırılması nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən İddiaçına məxsus qeyri-yaşayış sahəsində baxış zamanı sayğacın impuls ötürücülünün yanında mexaniki hissənin qapağının yanı tərəfdən iynə vasitəsi ilə deşərək mexaniki hissəsi dayandırılması, qeyd olunan səbəbdən sayğac keçən qazın sərfinin qeyd edilməməsi, impuls ötürücüsünə vurulan plombun (03006821) qırıq olması müəyyən edilmiş, itirilmiş qazın hesablanması tələb edilmişdir. Qeyd edilən akta əsasən, Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Elmir Bayramov, Orxan Cabbarlı və Elmar Məmmədov tərəflərindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 25 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, buxar qazanının maksimal saatlıq qaz sərfi 41.7 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 85359 m3 qazın dəyərində olması müəyyən edilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli, SS 29/1600-00146 saylı aktdan görünür ki, İddiaçı məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış G25 markalı 75083022 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2019cu il tarixində xətdən çıxarılmış, xx.xx.2019-cu il tarixində Metrologiya Departamentinin sayğaclarının müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxların zədələnməsi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus çörək sexində 2019-cu ilin dekabr ayı üçün 85359 m3 qaz sərfiyyatına görə 17.071,80 manat məbləğində borc hesablanmışdır. 2020-ci ilin avqust ayına abonentin borcu 41.723 manat təşkil edir. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 830 saylı pretenziya məktubu ilə müəyyən edilir ki, İddiaçı qazdan istifadəyə görə borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Xətai rayonu, Boru keçidi, ev 5 ünvanında yerləşən İddiaçı məxsus çörək sexində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın impuls ötürücüsünün yanında mexaniki hissənin qapağının yan tərəfdən iynə vasitəsi ilə deşilərək mexaniki hissəsinin dayandırılması, qeyd olunan səbəbdən sayğac keçən qazın sərfinin qeyd edilməməsi, impuls ötürücüsünə vurulan plombun (03006821) qırıq olması aşkar edilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya 85359 m3 qaz sərfiyyatına görə 17.071,80 manat məbləğində borc hesablanmışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli “Qazın alqı-satqısı barədə” müqavilədən də görünür ki, həmin müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsini daşıması nəzərdə tutulmamışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə İddiaçı məsuliyyət daşıması nə tərəflər arasında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlandığı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.20-cu bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarından isə görünür ki, ilkin iddia üzrə Cavabdeh İB xx.xx.2019-cu il tarixli ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti ilkin iddia üzrə iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının ilkin iddia üzrə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışları zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işdə sayğacın yararlı vəziyyətdə saxlanmasına görə ilkin iddia üzrə İddiaçı məsuliyyət daşıması müqavilədə nəzərdə tutulmadığından, eyni zamanda məhkəmə araşdırması zamanı sayğacın yararsız vəziyyətə düşməsinin və bununla əlaqədar istifadə edilmiş qazın həcminin düzgün qeydə alınmamasının ilkin iddia üzrə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmadığından sayğacın yararsız olduğu müddət üçün yaranmış zərərə görə məsuliyyət ilkin iddia üzrə iddiaçının üzərinə qoyula bilməz. Buna görə də Cavabdeh İB tərəfindən dəymiş zərərin əvəzi olaraq ilkin iddia üzrə İddiaçı hesablanmış 17.071,80 manat məbləğində manat borc silinməlidir. İddiaçı iddiasının qalan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı həmin hissədə iddiasını ona mübahisəli akta əsasən hesablanmış borcdan başqa əsassız olaraq borc məbləğlərinin hesablanması ilə əsaslandırsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarında olan abonent saldosundan da görünür ki, mübahisəli akta əsasən hesablanmış 17.071,80 manat məbləğində manat borc istisna olmaqla İddiaçı Cavabdeh İB tərəfindən digər borc məbləğləri qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı “Azərqaz” İB-nin qarşılıqlı iddiasına münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" İB tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixdə qazın alqısatqısı barədə müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri tam icra edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qazla təmin etsə də, qarşılıqlı iddia üzrə cavabdeh aldığı qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə qarşılıqlı iddia üzrə iddiaçıya borcu yaranmışdır. Hazırda “Cavabdeh" İB qarşılıqlı iddia qaldıraraq İddiaçı qazdan istifadəyə görə yaranmış 36.319,40 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim edilmiş sonuncu abonent saldosuna əsasən 2020-ci ilin avqust ayına İddiaçı “Azərqaz” İB-yə borcunun 41.723 manat təşkil etdiyini, eyni zamanda ilkin iddianın qismən təmin edilərək həmin borcun 17.071,8 manat hissəsinin silindiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin qarşılıqlı iddiası qismən təmin edilməli, qazdan istifadəyə görə İddiaçı tutulmalı olan pul vəsaiti 24651,2 manat (41723-17.071,8) məbləğində müəyyən edilməlidir. Qalan hissədə qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat pul ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Eləcə də qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akta əsasən hesablanmış 17.071,8 manat (on yeddi min yetmiş bir manat səksən qəpik) məbləğində borc silinsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 15 (on beş) manat hissəsi isə ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı 24.651,2 manat (iyirmi dörd min altı yüz əlli bir manat iyirmi qəpik) məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** nömrəli bank hesabına ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-589/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-589/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver