Məhkəmə qərarları › İş №e-2-2(113)-589/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-589/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-589/2022 14.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.11.2015-ci il tarixli 150-LD/15 nömrəli müqavilə üzrə 894.66 manat (səkkiz yüz doxsan dörd manat 66 qəpik) gecikdirilmiş borc, 1,019.95 manat (bir min on doqquz manat 95 qəpik) hesablanmış cərimə, 12.04.2016-cı il tarixli 105-LD/16 nömrəli müqavilə üzrə 1,851.56 manat (bir min səkkiz yüz əlli bir manat 56 qəpik) gecikdirilmiş borc, 1,939.25 manat (bir min doqquz yüz otuz doqquz manat 25 qəpik) hesablanmış cərimə və 28.02.2018-ci il tarixli 87-LD/18 nömrəli müqavilə üzrə 14,292.00 manat (on dörd min iki yüz doxsan ikimanat 00 qəpik) gecikdirilmiş borc, 7,807.09 manat (yeddimin səkkiz yüz yeddimanat 09 qəpik)cərimə olmaqla,cəmi 27.804,51 (iyirmi yeddi min səkkiz yüz dörd manat, 51 qəpik) manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 (yüz) manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 (üç yüzəlli) manat olmaqla, ümumilikdə cəmi 28.254,51 (iyirmi səkkiz min iki yüz əlli dörd manat, 51 qəpik) manat pul vəsaitinin Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmış 25.11.2015-ci il tarixli 150-LD/15 nömrəli, 12.04.2016-cı il tarixli 105-LD/16 nömrəli və 28.02.2018-ci il tarixli 87-LD/18 nömrəli damazlıq heyvanların lizinqə verilməsi barədə müqavilələrə (bundan sonra – Müqavilələr) əsasən borclu (lizinq alan) güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 27.08.2021-ci il tarixə 25.11.2015-ci il tarixli 150-LD/15 nömrəli müqavilə üzrə 894.66 manat (səkkiz yüz doxsan dörd manat 66 qəpik) gecikdirilmiş borc, 1,019.95 manat (bir min on doqquz manat 95 qəpik) hesablanmış cərimə, 12.04.2016-cı il tarixli 105-LD/16 nömrəli müqavilə üzrə 1,851.56 manat (bir min səkkiz yüz əlli bir manat 56 qəpik) gecikdirilmiş borc, 1,939.25 manat (bir min doqquz yüz otuz doqquz manat 25 qəpik) hesablanmış cərimə və 28.02.2018-ci il tarixli 87-LD/18 nömrəlimüqavilə üzrə 14,292.00 manat (on dörd min iki yüz doxsan ikimanat 00 qəpik) gecikdirilmiş borc, 7,807.09 manat (yeddi min səkkiz yüz yeddi manat 09 qəpik) hesablanmış cərimə olmaqla cəmi 17,038.22 manat gecikdirilmiş borcu və 10,766.29 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, 25.11.2015-ci il tarixli "150-LD/15" nömrəli, 12.04.2016-ci il tarixli "105-LD/16" nömrəli və 28.02.2018-ci il tarixli "87-LD/18" nömrəli lizinq müqavilələri üzrə müvafiq olaraq hesablanmış 1,019.95 (bir min on doqquz manat 95 qəpik) manat, 1,939.25 (bir min doqquz yüz otuz doqquz manat 25 qəpik) manat və 7,807.09 (yeddi min səkkiz yüz yeddi manat 09 qəpik) manat cərimə olmaqla cəmi 10,766.29 (on min yeddi yüz altımış altı manat 29 qəpik) cərimə borcu, habela mediasiya prosesi ila bağlı cavabdehin əvəzinə ödənilmiş 100 (yüz) manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 11.216,29 (on bir min iki yüz on altı manat 29 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh əsas məbləği tam ödədiyini bildirərək cərimənin tutulmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “lizinqverən” "xxxx" ASC, “lizinq alan” Cavabdeh oğlu olmaqla imzalanmış "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinqə verilməsi lizinqə verilməsi barədə 25.11.2015-ci il tarixli 150-LD/15 nömrəli, 12.04.2016-cı il tarixli 105-LD/16 nömrəli, 28.02.2018-ci il tarixli 87-LD/18 nömrəli müqavilələrə əsasən lizinq verən aşağıda göstərilən və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. 4.1-ci bəndə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun bank hesabına 350 manat köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında lizinq müqaviləsi imzalanmış və müqavilə üzrə lizinq predmeti olan kənd təsərrüfatı texnikası təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Cavabdeh tərəfindən əsas borc gecikmə ilə ödənildiyindən iddiaçı cərimə məbləğinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, 25.11.2015-ci il tarixli 150-LD/15 nömrəli müqavilə üzrə 180 manat, 12.04.2016-cı il tarixli 105-LD/16 nömrəli müqavilə üzrə 194 manat, 28.02.2018-ci il tarixli 87-LD/18 nömrəli müqavilə üzrə 720 manat ümumilikdə 1094 manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 350 manat ödəniş hissəsində qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə iş materilları ilə öz təsdiqini tapdığından təmin edilməlidir. İddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 25.11.2015-ci il tarixli 150-LD/15 nömrəli müqavilə üzrə 180 (bir yüz səksən manat) manat, 12.04.2016-cı il tarixli 105-LD/16 nömrəli müqavilə üzrə 194 manat (bir yüz doxsan dörd), 28.02.2018-ci il tarixli 87-LD/18 nömrəli müqavilə üzrə 720 (yeddi yüz iyirmi manat) manat ümumilikdə 1094 (bir min doxsan dörd manat) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli manat) manat, 100 (bir yüz manat) manat mediasiya xərci tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar