Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5890/2022 19.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 8921,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 8,47 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1949-cu il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 7,34 manat məbləğində (o cümlədən, faizlər üzrə 7,34 manat), "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 8,47 manat, dövlət büdcəsinə 8913,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 5291,49 manat, faizlər üzrə 3622,25 manat) olmaqla, ümumilikdə 8929,55 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********455700 nömrəli, xx.xx.2022-ci il tarixli **********828900 nömrəli, xx.xx.2022-ci il tarixli **********387500 nömrəli, xx.xx.2022-ci il tarixli **********942300 nömrəli, xx.xx.2022-ci il tarixli **********335900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, K.Rəhimov küçəsi, ev 30, mənzil 104 ünvanında yaşayır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında borc məbləğini tam şəkildə ödədiklərini, vergi borclarının olmadığını bildirərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin (VÖEN: **********) sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu 0 manat məbləğində təşkil edir. "xxxx" MMC-nin (VÖEN: **********) sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu 609,42 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0 manat məbləğində təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********455700 nömrəli, xx.xx.2022-ci il tarixli **********828900 nömrəli, xx.xx.2022-ci il tarixli **********387500 nömrəli, xx.xx.2022-ci il tarixli **********942300 nömrəli, xx.xx.2022-ci il tarixli **********335900 nömrəli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən DVX- Milli Gəlirlər Departamentinin hesabına 8 manat məbləğində, "xxxx" MMC tərəfindən DVX- Milli Gəlirlər Departamentinin hesabına 8915 manat və DVX- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına 9 manat məbləğində pul vəsaiti ödənilmişdir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2022-ci il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan hazırki borcu 0.00 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2022-ci il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan hazırki borcu 3.43 manat təşkil edir. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbəri (qanuni təmsilçisi) Maraqlı şəxsdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 7,34 manat məbləğində, "xxxx" MMCnin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 8,47 manat, dövlət büdcəsinə 8913,74 manat məbləğində olmaqla, ümumilikdə 8929,55 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə 7,34 manat məbləğində borcunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə xx.xx.2022ci il tarixinə İcbari Tibbi Sığorta Fonduna 8,47 manat, dövlət büdcəsinə 8913,74 manat məbləğində borcunu ödəməklə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə müraciət etdikdən sonra dövlət büdcəsinə və İcbari Tibbi Sığorta haqları üzrə öhdəliklərini icra etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixinə və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna borcu olmadığından həmin şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Həmçinin məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin qətnamənin qəbul edildiyi tarixə 3,43 manat məbləğində borcu qalmışdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin qətnamənin qəbul edildiyi tarixə dövlət büdcəsinə borcu cəmi 3,43 manat məbləğində olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı halda həmin hüquqi şəxsin dövlət büdcəsi üzrə borcunun ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən, qanuni, tədbir olsa da, qanuni məqsədə mütənasiblik prinsipinin tələblərinə cavab vermir. Həmçinin məhkəmə qətnamənin qəbul edildiyi tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3,43 manat məbləğində borcunun olması ilə bağlı qeyd edir ki, vergi orqanı ərizəsində vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixə olan vergi və icbari tibbi sığorta haqları üzrə öhdəliklərinin yerinə yetirilmədiyini qeyd etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də sözügedən öhdəliklərini xx.xx.2022-ci il tarixdə icra etmiş və belə olan halda vergi orqanının hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsində qeyd etdiyi məhdudlaşdırmaya əsas olan hallar aradan qalxmışdır. Belə olan halda isə həmin tarixdən sonrakı dövr üçün yaranan vergi öhdəliyi (3,43 manat məbləğində) hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hazırkı ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5890/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5890/2022
19.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver