Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-59/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, dəymiş ziyan, subyektiv hüquq) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı2 iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdehlə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli 00011 saylı nömrəli müqaviləyə əsasən ona dəymiş maddi ziyana görə 2745 manat maddi zərərin, 2058,75 manat əldən çıxmış faydanın, ümumilikdə 4803,75 manat pul vəsaitinin və ödənilmiş 10 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ki İddiaçı2 və “X9” ASC arasında xx.xx.2009-cu il tarixli 00011 saylı nömrəli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumisahəsi 75.00 kv. metr olan qeyriyaşayış sahəsi alqı-satqı yolu ilə verilmişdir. Belə ki, həmin xx.xx.2016-cı il tarixli 10775 nömrəli maliyyə arayışına əsasən, xx.xx.2009-cu il tarixli 00011 saylı müqavilə üzrə “X9” ASC-yə heç bir borc yoxdur. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxışda sözügüdən müqaviləyə görə 75.00 kv. metr olan qeyriyaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, faktiki olaraq 63.9 kv. metr qeyri-yaşayış sahəsi verilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci ildə ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sözügedən əmlakın qiymətləndirilməsi üçün müraciət olunmuşdur. Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna Milli və X1 tələblərinə uyğun olaraq aparılmış xx.xx.2016-cı il tarixində qiymətləndirmə nəticələrinə görə ünvan 1 ünvanında yerləşən 63.9kv. metr qeyriyaşayış sahəsinin bazar dəyəri 130 000 manat təşkil edir. Bununla əlaqədar olaraq iddiaçıya 4995 manat dəyərində maddi ziyan dəymişdir. Lakin cavabdeh “X9” ASCtərəfindən iddiaçıya dəymiş 4995 manat maddi ziyan ödənilməmiş və ya qeyri yaşayış sahəsinin müqaviləyə uyğun olaraq 11.1 kv. metr artırılmamışdır. Bununla bağlı cavabdeh Akkord Sənaye Tikinti X4 Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixində xx.xx.2009-cu il tarixli 00011 saylı müqaviləyə əsasən prentenziya göndərilmişdir. Pretenziyada İddiaçı2 dəymiş 4995 manat maddi ziyanın ödənilməmiş və ya qeyri-yaşayış sahəsinin müqaviləyə uyğun olaraq 11.1 kv. metr artırılması xahiş edilmişdir. Xahiş 10 gün ərzində təmin edilmədiyi təqdirdə tərəfimizdən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixində elektron kargüzarlıq vasitəsilə (göndərmə bildirişi qoşma olaraq təqdim edilmişdir) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bu barədə iddiaçı tərəfindən mediasiya arayışı alınmışdır. Mediasiya prosesində qarşı tərəfin nümayəndəsi iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 68,9 kv.m olduğu aydın olmuşdur. Buna baxmayaraq faktiki olaraq iddiaçıya Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxırışla sözügedən müqaviləyə görə 75.00 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, faktiki olaraq 63,9 kv.m qeyri- yaşayış sahəsi verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin hər kvadrat metri 450 manat olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən yaşayış sahəsinin ümumi sahəsi 68,9 kvadrat metrdir. Bu səbəbdən xx.xx.2009-cu il tarixli 00011 nömrəli müqavilədə göstəriləndən 6,1 kv.m az sahənin verilməsi ilə iddiaçıya 2745 (6,1x450) manat ziyan dəymişdir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il qərarına əsasən Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şərh edilənlərə əsasən iddiaçı 2009-2024cü illər üzrə 2745 manat məbləğində pul vəsaitinin hər il üzrə 5 faizi hesablanmaqla, ümumillikdə 75 faiz olmaqla 2058,75 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirləri (əldən çıxmış fayda) cavabdehdən tələb etməyə haqlıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 2.1, 21.2, 442, 567, 568, 577, 578, 595, 646, 648, 770-1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə qəbul edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən xx.xx.2009-cu il tarixli, 00011 saylı alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında ümumi sahəsi 75 kv.m. olan qeyri yaşayış sahəsi almışdır. Qeyri yaşayış sahəsi iddiaçıya təhvil verilmiş, ötən bu müddət ərzində iddiaçının qeyri yaşayış sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Qeyri yaşayış sahəsinin alınmasından 14 ildən artıq müddət keçmiş, uzun müddətdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Ərizənin əsası kimi Azərbaycan Respublikası Mülki məcəlləsinin (bundan sonra “MM” adlanacaq) 373.1, 372.2, 373.1, 375.2, 377.1, 773, 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinad edilmişdir. İddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin tikdiyi binaların layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, Layihədə qeyd olunan mənzil və qeyri yaşayış sahələri də o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq müəyyən edilmişdir. Bina layıhəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh də ona məxsus binalardakı mənzil və qeyri yaşayış sahələrini satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. İddiaçıya satılmış qeyri yaşayış sahəsinin ölçüsünü də alqı-satqı müqaviləsində layihədə qeyd olunan ölçüyə uyğun olaraq 75.00 kv.m. göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hamıya məlumdur ki, mənzillərin sahələrinin ölçülməsi müxtəlif dövrlərdə fəqli olmuşdur. Hazırda isə mənzil və qeyri yaşayış sahələri Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Bu səbəbdən də sahələrin ölçüləri dövlət reyestrindən müqavilələrdə göstərilən çıxarışlardakı ölçülərlə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehlə iddiaçı da öz aralarında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlamışlar. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə müraciət edərərk, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 00011 nömrəli, xx.xx.2009-cu il tarixli qeyri-yaşayış alqı-satqı müqaviləsindən görünür ki, satıcı “X9” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində, Xətai rayonu ərazisində 2942-Q saylı məhəllədə N.Tusi küçəsi inşa etdirdiyi __ saylı binanın, 4 blok, 3-4 sütunlar arası ümumi sahəsi 75 kv.metr olan qeyri-yaşayış sahəsini alıcı X3, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyri-yaşayış sahəsinin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı satdığı qeyri-yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya verməyi, alıcı isə müəyyən olunmuş müddətdə qeyri-yaşayış sahəsini qəbul edib qeyri-yaşayış sahəsini razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəli« ödəniş şəkilində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hazırki alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsini qiyməti tərəflərin razılığı ilə hər kvadrat metri 360 manat olmaqla cəmi 27000 manat məbləğində müəyyən olunur və alıcı qeyri-yaşayışın qiymətini iyirmi yeddi min manat 00 qəpik nağd ödəməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə və öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.90 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı2 mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli, 10775 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, bina 1, blok 4, 3-4 sütunlararası, ümumi sahəsi 75.00 m2 olan qeyri-yaşayış sahəsi üçün bağalnmış 00011 saylı, xx.xx.2009-cu il tarixli müqaviləyə dair İddiaçı2 heç bir borcu yoxdur. xx.xx.2016-cı il tarixli, KP/AK/77-14-03 nömrəli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, bina 1, blok 4, 3-4 sütunlararası, ümumi sahəsi 75.00 m2 olan qeyri-yaşayış sahəsi Əlizadə Ramin tərəfindən etibarnaməyə əsasən Əliyev İntiqama təhvil verilmişdir. Akt təhvil-təslim üzrə tərəflərdən başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən də imza ilə təsdiq edilmişdir. Müqavilə predmetinin ümumi sahəsinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 10/4397 saylı ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 68,9 kv.metr təşkil etdiyi müəyyən edimişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsi imzalanmışdır. Hazırda İddiaçı2 2745 manat maddi zərərin, 2058,75 manat əldən çıxmış faydanın onun xeyrinə tutumasını tələb edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz edərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bununla bağlı olaraq da iddia tələbinin rədd edilməli olduğunu qeyd edir, habelə qeyriyaşayış sahəsinin ölçülərinin hesablanma qaydalarının dəyişməsi səbəbilə qeyri-yaşayış sahəsinin ölçülərinin fərqli olmasına istinad edir. Məhkəmə, cavabdeh "xxxx" ASC tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hesab edir ki, ərizəyə münasibət bildirilməsi zəruridir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqedən də aydın olur ki, iddia müddətinin tətbiq edilib-edilməməsindən əvvəl iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyul 2015-ci il tarixli, S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin mövcudluğu iş materialları ilə təsdiq edilmir. Belə ki, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən X2. Mübahisəli qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 məxsus olmas barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, sözügedən çıxarışa əsasən mübahisə predmeti olan əmlakın hazırda iddiaçının mülkiyyətində olduğu müəyyən edilsə belə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi müqavilə üzrə tərəf olmamış, həmin əmlakın hansı formada onun mülkiyyətinə verilməsi ilə bağlı müqavilə təqdim edilməmiş, xx.xx.2009-cu il tarixli müqavilə X6 ilə cavabdeh arasında bağlanmışdır. Bundan başqa iddiaçı iddia tələbində cavabdehin hüquqa zidd hərəkətlərindən əmələ gələn öhdəliklərinin icra edilməsini tələb etsə belə, məhkəmə hesab edir ki, öhdəliklərin əmələ gəlməsinin əsasını xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi təşkil etdiyindən, müqavilənin şərtlərinin pozulması səbəbilə dəymiş zərərin tələb edilməsi hüququ X5 məxsusdur. Həmçinin iddia tələbinin əsası kimi istinad edilən Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il qərarında qeyd edilmişdir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki iddia tələbi üzrə isə iddiaçının cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində ona vurduğu zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmadığından yuxarıda göstərilən hallar səbəbilə subyektiv hüququn pozulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, işin dəlilləri, məhkəmə tərəfindən müəyyən edilmiş hallar, habelə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-59/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-59/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver