Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-590/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 mart 2018-ci il tarixli “107- LD/18” nömrəli müqavilə üzrə 661 manat qalıq əsas borc, 931,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1592,17 manat, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqavilə üzrə 106,63 manat qalıq əsas borc, 169,44 manat cərimə borcu olmaqla, ümumilikdə 276,07 manat və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilə üzrə 887 manat qalıq əsas borc, 1210,18 manat cərimə borcu olmaqla, ümumilikdə 2097,18 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2018-ci il tarixli “107-LD/18”, 23 may 2017-ci il tarixli “148-LD/17” və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) cins damazlıq heyvanları ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 05 mart 2018-ci il tarixli “107-LD/18” nömrəli müqavilə üzrə 661 manat qalıq əsas borc, 931,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1592,17 manat, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqavilə üzrə 106,63 manat qalıq əsas borc, 169,44 manat cərimə borcu olmaqla,ümumilikdə 276,07 manat və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilə üzrə 887 manat qalıq əsas borc, 1210,18 manat cərimə borcu olmaqla, ümumilikdə 2 097,18 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 465.2, 748-1.12.4-cü maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1 və 1.5-ci bəndlərinə istinad edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 107-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 1 baş, 50% güzəştdən sonra qiyməti 2906 manat olan (ilkin ödəniş məbləği 1453 manat olmaqla) Simmental cinsli malın və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 1453 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1453 manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 107-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Simmental cinsi, birka nömrəsi AT711795629 olan malların qiyməti 50% güzəştdən sonra cəmi 2906 manat məbləğində, ilkin ödəniş məbləği cəmi 1453 manat məbləğində müəyyən edilmişdir. 107-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 107-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 661 manat gecikdirilmiş borcu, 931,17 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2017-ci il tarixli 2260/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 148-LD/17 saylı xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əsasən Simmental cinsi damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 148-LD/17 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən lizinq verən 1 baş, 50% güzəştdən sonra qiyməti 4800 manat olan (ilkin ödəniş məbləği 1300 manat olmaqla) Simmental cinsi malın və açıqlaması Spesifikasiyada (Əlavə № 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç)ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 1300 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1223,63 manat məbləği isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 355-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 1 baş, 50% güzəştdən sonra qiyməti 2440 manat olan (ilkin ödəniş məbləği 1220 manat olmaqla) Simmental cinsi malın və açıqlaması Spesifikasiyada (Əlavə X» 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç)ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 1220 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1220 manat məbləği isə ödəniş qrafikinə (Əlavə X® 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir 355-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Simmental cinsi, birka nömrələri AT539610838 olan malın qiyməti 50% güzəştdən sonra cəmi 2440 manat məbləğində, ilkin ödəniş məbləği cəmi 1220 manat məbləğində müəyyən edilmişdir. 355-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 355-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 887 manat gecikdirilmiş borcu, 2097,18 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2018-ci il tarixli 5383/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 355-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən Simmental cinsi damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinq alana təhvili barədə xx.xx.2018ci il tarixli aktdan məlum olur ki, AT ********* cinsi, doğulduğu il: xx.xx.2016-cı il, mayalanma tarixi xx.xx.2017-ci il, sağlam vəziyyətdə olan damazlıq heyvanlar Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən X1 göndərilmiş 05 sentyabr 2024-cü il pretenziya məktubunda, 05 mart 2018-ci il tarixli "107-LD/18" nömrəli, 23 may 2017-ci il tarixli "148-LD/17" nömrəli və 01 noyabr 2018-ci il tarixli "355-LD/18" nömrəli müqavilələr üzrə gecikdirilmiş borc və hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialardaalınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında 05 mart 2018-ci il tarixli “107-LD/18” nömrəli, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilələri imzalanmış və həmin müqavilə üzrə borcluya (lizinq alan) cins damazlıq heyvanları lizinqə verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya 05 mart 2018-ci il tarixli “107- LD/18” nömrəli müqavilə üzrə 661 manat, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqavilə üzrə 106,63 manat və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilə üzrə 887 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilələr ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 05 mart 2018-ci il tarixli “107-LD/18” nömrəli müqavilə üzrə 661 manat, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqavilə üzrə 106,63 manat və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilə üzrə 887 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Buna görə də iddia həmin hissədə tam təmin edilməlidir. Eyni zamanda iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış müqavilələrin 4.2-ci bəndinə və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 05 mart 2018-ci il tarixli “107-LD/18” nömrəli müqavilə üzrə 931,17 manat, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqavilə üzrə 169,44 manat və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilə üzrə 1210,18 manat məbləğində cərimələr tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə, tərəflər arasında cərimələr barədə razılaşmalar olduğunu nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 05 mart 2018-ci il tarixli “107-LD/18” nömrəli müqaviləyə əsasən 30 manat, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqaviləyə əsasən 5 manat və 01 noyabr 2018ci il tarixli “355-LD/18” nömrəli müqaviləyə əsasən 40 manat müəyyən olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni tələb edilən cəmi məbləğin 11403,60 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 59,65 manatın 37,30 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05 mart 2018-ci il tarixli “107-LD/18” nömrəli müqavilə üzrə 661 manat əsas, 30 manat cərimə, 23 may 2017-ci il tarixli “148-LD/17” nömrəli müqavilə üzrə 106,63 manat əsas, 169,44 manat cərimə və 01 noyabr 2018-ci il tarixli “355-LD/18” nömrəli müqavilə üzrə 887 manat əsas, 1210,18 manat cərimə olmaqla, ümumilikdə 1729 (min yeddi yüz iyirmi doqquz) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 37 (otuz yeddi) manat 30 (otuz) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-590/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-590/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver