Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-591/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Cavabdeh Elmi” İstehsalat Birliyinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Cavabdeh Elmi” İstehsalat Birliyinə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-591/2020 saylı qərardadına əsasən “Cavabdeh Elmi” İstehsalat Birliyinin “xxxxxxxxxx” ASC Nərimanov filialı, Kod: 505442, H/h: AZ88RBTA********************, M/h:AZ61NABZ********************, SWİFT: RBTAAZ22 nömrəli bank hesabının üzərinə 348224,17 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh Elmi” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir Cavabdeh Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Cavabdeh Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011ci il tarixli, 3 №-li qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cavabdeh Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Cavabdeh Elmi” İstehsalat Birliyinə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi geri qaytarılaraq baxılmamış saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-591/2020 saylı qərardadına əsasən “Cavabdeh Elmi” İstehsalat Birliyinin “xxxxxxxxxx” ASC Nərimanov filialı, Kod: 505442, H/h: AZ88RBTA********************, M/h:AZ61NABZ********************, SWİFT: RBTAAZ22 nömrəli bank hesabının üzərinə 348224,17 manat həcmində qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-591/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-591/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver