Məhkəmə qərarları › İş №e-2-2(113)-5925/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5925/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5925/2024 02.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər X6 və X3 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizing predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və X6 arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Bakı-020 nömrəli üçtərəfli Sazişə əsasən 6,359.56 ( altı min üç yüz əlli doqquz manat, 56 qəpik) AZN gecikdirilmiş əsas borcun və 83.6 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X6 və X2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdeh X4 istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd kombayn TC 4.90-nın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın əsası olan müqavilə üzrə bu günədək olan qrafik ürə öhdəliklər icra edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər X5 və X3 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi və lizing predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 83,60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar