Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5927/2024 04.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Kağız və X3” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı “Azərbaycan Kağız və X3” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı “Azərbaycan Kağız və X3” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 978,91 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1008,91 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı“Azərbaycan Kağız və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki iddiaçı "xxxx" MMC (Şirkət) ilə Cavabdeh (Müştəri)arasında xx.xx.2024 – cü il tarixli, 661 saylı Alqı-Satqı müqaviləsiimzalanmışdır. Həmin müqavilənin 1 – ci maddəsinə görə “Şirkət” müxtəlif növ mal və məhsulları (Bundan sonra “Məhsul” adlandırılacaq) “Müştəri”yəsatmaqla onun mülkiyyətinə verməyi , “Müştəri” isə həmin “Məhsul”ları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və özadından həmin “Məhsul”ları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Buna uyğun olaraq, Cəmiyyətimiz tərəfindəncavabdeh şəxsə təmizlik məhsulları (salfet, qabyuyan və s.) təhvil verilməsinə baxmayaraq, cavabdeh məhsulların dəyərini bugünə qədər ödəməmişdir. Belə ki, xx.xx.2024 – cü il tarixli, 669481 nömrəli, EBDX seriyalı elektronqaimə ilə cavabdehin iddaçıya 280.06 manat,xx.xx.2024 – cü il tarixli, 446870 nömrəli, EBDY seriyalı elektron qaiməilə 113.64 manat, xx.xx.2024 – cü il tarixli, 023717 nömrəli, EBDZ seriyalı elektron qaimə ilə 408.96 manat və xx.xx.2024 – cü il tarixli, 296621 nömrəli, EBDZ seriyalı elektron qaimə ilə isə 176.25 manat borcu, ümumilikdə 978, 91 manat məbləğində borcu yaranmışdır. 3. Cavabdehə onlayn kargüzarlıq vasitəsilə ilə xx.xx.2024 – cü il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 15 (on beş) gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçıməhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. “Azərbaycan Kağız və X3” MMC (“şirkət”) ilə Cavabdeh (“müştəri”) arasında xx.xx.2024-cü il tarixli HP-661 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən bu müqaviləyə görə “şirkət" müxtəlif növ mal və məhsulları “müştəri"yə satmaqla onun mülkiyyətinə verməyi, “müştəri" isə həmin “məhsul"ları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “şirkət "ə ödəməyi və öz adından həmin “məhsul'ları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür.. - 1.2-ci bəndinə əsasən alıcı malları təhvil almağı və müqavilənin 3-cü maddəsinə uyğun olaraq malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən satılmış məhsulun dəyəri “müştəri” tərəfindən “şirkət”-in hesablaşma hesabına ödənilir. ödənilmiş pul vəsaitinin "şirkətan hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. satılmış məhsulun dəyəri “şirkət’ə vaxtında ödənilmədikdə, “müştəri”nin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.. - 3.2-ci bəndinə əsasən “müştəri” bu müqaviləyə əsasən faktura üzrə qəbul etdiyi məhsulları nisyə satış qaydasına uyğun olaraq borclanma limitini keçməmək şərti ilə aldıqda borcun-kreditin başlama müddətini nəzərə alaraq, “şirkət” tərəfindən müəyyən edilmiş borcun-kreditin son ödəmə müddətini ötməməklə alınmış Məhsulun dəyərinin “ŞİRKƏT’ə ödənilməsini təmin etməlidir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında imzalanmış 31 mart 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki,həmin tarixə müştərinin şirkətə 978,93 manat borcu var.Akt hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
10. 22 fevral 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki,iddiaçı tərəfindən cavabdehə 176,26 manat məbləğində müxtəlifadlı mallar verilmişdir.
11. 16 fevral 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki,iddiaçı tərəfindən cavabdehə 408,96 manat məbləğində müxtəlifadlı mallar verilmişdir.
12. 08 fevral 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki,iddiaçı tərəfindən cavabdehə 113,65 manat məbləğində müxtəlifadlı mallar verilmişdir.
13. 26 yanvar 2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki,iddiaçı tərəfindən cavabdehə 280,06 manat məbləğində müxtəlifadlı mallar verilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə EBDX 669491 nömrəli xx.xx.2024-cü il tarixli 280,06 manat,EBDY 446870 nömrəli xx.xx.2024-cü il tarixli 113,64 manat,EBDZ 023717 nömrəli xx.xx.2024-cü il tarixli 408,96 manat,EBDZ 296621 nömrəli xx.xx.2024-cü il tarixli 176,25 manat məbləğində elektron qaimələr göndərilmişdir.
V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
17.Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. 18.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 978,91 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarıma əlavə ediliş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, elektron qaimələr və üzləşmə aktı ilə təsdiq edilir. 19.Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 978,91 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 978,91 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 978,91 manat borc tutularaq iddiaçıya ödənilməlidir. 20.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 21.Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 22.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 978,91 (doqquz yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat və iddiçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azərbaycan Kağız və X3” MMC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova