Məhkəmə qərarları › İş №e-2-2(113)-5928/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5928/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5928/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı ASCnin cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Cavabdeh3 adına qeydə alınmış 0,0262 faiz nisbətində olan 99 səhmə dair alqısatqı müqaviləsinin, Cavabdeh2 adına qeydə alınmış 0,0011 faiz nisbətində olan 4 ədəd səhmə dair alqı satqı müqaviləsinin, Cavabdeh1 adına qeydə alınmış 0,0003 faiz nisbətində olan 1 ədəd səhmə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 1500 manat xərcin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatında başqa iş mövcuddur (İş № 2-2(113)-5148/2025). Buna baxmayaraq, xx.xx.2025-ci il tarixdə iddiaçı hazırki iş üzrə eyni cavabdehlərə qarşı, eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmişdir (İş № 2-2(113)- 5928/2025). Azərbaycan Respublikası MPM-in: 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar