Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-593/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 17605,60 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 2000 manatın, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 300 manatın, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 19935,60 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 17605,60 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 2000 manatın, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 300 manatın, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 19935,60 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyəəsasən, cavabdehəməxsusavtonəqliyyat vasitələrinə iddiaçı tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 4.1-cimaddəsinəəsasən, cavabdeh ödənişləri iddiaçının təqdimetdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesabfaktura təqdim edildikdən 5 iş günündən gec olmayaraq aparmalıdır. Cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə göstərilmiş xidmətlərin dəyəri, ümumilikdə 17605,60 manat olmaqla ödənilməmiş, nəticədə iddiaçıya 17605,60 manat borcu yaranmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2019-cu il tarixdə məktubla cavabdehə xəbərdarlıq ünvanlanmışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçünməhkəməyəmüraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Cavabdehdən 17 605,60 manat borcdan əlavə, həmin borcun yarandığı tarixdən, yəni xx.xx.2017-ci il tarixdən indiyədək ödənilmədiyini nəzərə alaraq, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 2000 manat pul məbləği, eləcə də xx.xx.2013-cü il tarixli 28/C saylı müqavilənin 5.4-cü bəndini rəhbər tutaraq hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 300 manat məbləğində vəsait iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh xx xxx 2013-cü il tarixdə Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair 28/C nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyəəsasən iddiaçı öz üzərinə, sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, cavabdeh isə görülmüş işi qəbul edir, bu müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Belə ki, xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus 2011-ci il buraxılışlı “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin sürət qutusu və mühərrikində yaranmış problemlə əlaqədar cavabdehə müraciət etmişdir. Sürət qutusu və mühərrik təmir edildikdən sonra xx.xx.2018-ci il tarixdə cavabdeh “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilini qəbul etmiş, lakin nəqliyyat vasitəsini qəbul etdikdən sonra cavabdehə məlum olmuşdur ki, sürət qutusunda olan problemlər aradan qalxmamışdır. Bu səbəbdən də iddiaçı elektron qaimə və təhvil-təslim aktını imzalamamışdır. Sürət qutusunda olan problemin aradan qalxmadığını iddiaçıya bildirdikdə isə onlar iddiaçıya avtomobili bir neçə dəfə idarə etdikdən sonra bu problemin düzələcəyini demişlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 2.1.5-ci maddəsinə əsasən İcraçı təmir həyata keçirildikdən sonra avtonəqliyyatı “Sifarişçi”yə tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənləşdirilmiş müddətdə verməyi öhdəsinə götürür. Lakin bir müddət keçməsinə baxmayaraq avtomobildəki problem aradan qalxmamış və bu səbəbdən də cavabdeh yenidən iddiaçıya müraciət etmiş və avtomobildəki problemin aradan qaldırılmasını tələb etmişdir. İddiaçının işçiləri cavabdehə bildirmişlər ki, onlara yaranmış 16 439,76 manat məbləğində borcu ödədikdən sonra bu problemi aradan qaldıra bilərlər. Cavabdeh isə onların təqdim etdiyi qaimə və təmir kartında xidmət haqqı, ehtiyyat hissələrinin və materialların qiymətləri həddindən artıq şişirdildiyi üçün həmin borcu ödəməkdən imtina etmiş və bir müddət keçməsinə baxmayaraq avtomobildəki problem aradan qalxmadığından cavabdeh avtomobilin yenidən təmiri üçün xx.xx.2019-cu il tarixdə “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyətinə müraciət etmişdir. “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyətindən cavabdehə bildirmişlər ki, problem avtomobilin sürət qutusundadır və sürət qutusunda heç bir təmir işi aparılmamışdır. “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş təmir kartından da görünür ki, avtomobilin sürət qutusunun və digər ehtiyyat hissələrininin təmirinə cəmi 5333,60 manat məbləğ xərc çəkilmişdir. Sürət qutusunun təmir edilməsi ilə əlaqədar xidmət haqqı cəmi 400 manat, o cümlədən sürət qutusunun çıxarılıb qoyulması - 250 manat və sürət qutusunun sökülməsi və 3-cü ötürməsinin sinxironizasiyası - 150 manat və işlədilmiş ehtiyyat hissələri və materiallara çəkilmiş xərclər cəmi 3140 manat təşkil edir. Bütün xidmətlərə və avadanlıqlara görə 18% ƏDV hesablandığı nəzərə alınsa, ümumilikdə sürət qutusuna görə “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 4177,20 manat məbləğ hesablanmışdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli təmir kartından da görünür ki, sürət qutusunun təmir edilməsi ilə əlaqədar xidmət haqqı cəmi 640 manat, xx.xx.2018-ci il tarixli elektron qaimədən isə aydın olur ki, işlədilmiş ehtiyyat hissələri və materiallara çəkilmiş xərclər cəmi 7979,60 manatdır. Bütün xidmətlərə və avadanlıqlara görə 18% ƏDV hesablandığı nəzərə alınsa, ümumilikdə sürət qutusuna görə iddiaçı tərəfindən 9415,928 manat məbləğ hesablanmışdır. Bu qiymətlərdən cavabdehə aydın olmuşdur ki, iddiaçı tərəfindən cavabdehdən nəqliyyat vasitəsinin təmiri üçün həm xidmət haqqı,həm də avtomobilin ehtiyyat hissələri və materiallarına görə tələb olunan məbləğ şişirdilmişdir. Bundan başqa iddiaçı tərəfindən nəinki sürət qutusuna görə hesablanan məbləğ, həmçinin avtomobilin mühərrikinə və digər ehtiyyat hissələrinə görə hesablanan məbləğ həqiqəti əks etdirmir. İddiaçı xx.xx.2018-ci il tarixli təmir kartında reallığa uyğun olmayan qiymətlər əks etdirməklə 16439,76 manat yekun məbləğ hesablamışdır və iddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli təmir kartında ehtiyac olmasa belə avtomobilin amortizasiya müddəti bitməyən bəzi ehtiyat hissələrinin və materiallarının dəyişdirildiyi göstərilmiş və əsassız olaraq buna görə xidmət haqqı və ehtiyat hissələrinin və materialların haqqı tələb edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək cavabdeh tərəfindən ödənilməmiş 17605,60 manat borcun ödənilməsini tələb etmişdir. Lakin cavabdeh avtomobilin sürət qutusunu yenidən təmir etdirdiyindən ümumi məbləğdən sürət qutusuna görə hesablanmış məbləğin və həm xidmət haqqı, həm də avtomobilin ehtiyyat hissələri və materiallarına görə tələb olunan şişirdilmiş məbləğin çıxılmasını tələb etmişdir. Bütün halların doğruluğunu müəyyən etmək üçün xx xxxx 2020ci il tarixdə X6 cavabdehə məxsus olan “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin təmir işlərinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün müraciət etmişdir. Bu zaman cavabdeh X6 iddiaçı və “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş təmir kartlarında göstərilən yalnız xidmətlərin və ehtiyat hissələrinin adı, seriya nömrəsi, miqdarı barədə siyahını təqdim etmiş və onlar orta bazar qiymətinə əsasən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin təmir işlərinə çəkilmiş xərcləri hesablamışlar. ƏEM/M 47-162/20 nömrəli xx xxxx 2020-ci il tarixli Hesabatdan görünür ki, mütəxəssis qarşısında təqdim edilmiş siyahıya əsasən iddiaçı tərəfindən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin mühərrik və sürət qutusuna ayrı-ayrılıqda qeyd edilməklə çəkilən xərclər xidmət haqqı və ehtiyat hissələri daxil olmaqla xx.xx.2018-ci il tarixinə nə qədər təşkil etməsi, təqdim edilmiş siyahıya əsasən “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin sürət qutusuna çəkilən xərclər xidmət haqqı və ehtiyat hissələri daxil olmaqla xx.xx.2019- cu il tarixinə nə qədər təşkil etməsi, təqdim edilmiş siyahıya əsasən iddiaçı tərəfindən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin mühərrik və sürət qutusuna çəkilmiş xərclər hesablandıqdan və “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən eyni markalı avtomobilin sürət qutusuna çəkilən xərclər çıxıldıqdan sonra yaranmış fərq nə qədər təşkil edir və sifarişçi tərəfindən qeyd edilən avtonəqliyyat vasitəsinin təmirinə nə qədər vəsait tələb olunması barədə suallar qoyulmuşdur. Birinci sual üzrə müəyyən edilmişdir ki, təqdim edilmiş siyahıya əsasən iddiaçı tərəfindən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin mühərrik və sürət qutusuna ayrı-ayrılıqda qeyd edilməklə çəkilən xərclər xidmət haqqı və ehtiyat hissələri daxil olmaqla xx.xx.2018-ci il tarixinə (ƏDV daxil): 5885,8 (mühərrikə çəkilən xərclər) + 5767,8 (sürət qutusuna çəkilən xərclər) = 11653,7 manat təşkil edir. İkinci sual üzrə müəyyən edilmişdir ki, təqdim edilmiş siyahıya əsasən “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin sürət qutusuna çəkilən xərclər xidmət haqqı və ehtiyat hissələri daxil olmaqla xx.xx.2019-cu il tarixinə (ƏDV daxil) 4205,5 manat təşkil edir. Üçüncü sual üzrə müəyyən edilmişdir ki, təqdim edilmiş siyahıya əsasən iddiaçı tərəfindən “Volkswagen Amarok” minik markalı **-PJ-*** qeydiyyat nişanlı avtomobilin mühərrik və sürət qutusuna çəkilmiş xərclər hesablandıqdan və “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən eyni markalı avtomobilin sürət qutusuna çəkilən xərclər çıxıldıqdan sonra yaranmış fərq (ƏDV daxil) 11653,7 manat - 4205,5 manat = 7448,2 manat təşkil edir və sifarişçi tərəfindən iddiaçıya qeyd edilən avtonəqliyyat vasitəsinin təmirinə görə ödəniləcək məbləğ 7448,2 manat təşkil edir. Bundan başqa xx.xx.2018-ci il tarixli təmir kartında iddiaçı cavabdehin 16439,76 AZN borcunun olduğunu bildirsə də, iddia ərizəsində 17605, 60 manat ödənilməmiş borcun qaldığını bildirmişdir. Şirkət bu əlavə borc məbləğinin necə yaranması barədə heç bir qeyd verməmişdir. Həmçinin bu şirkət müqavilənin müddəalarına zidd olaraq cərimə (300 AZN) və faiz məbləğin(2000 AZN) tutulmasını tələb etmişdir. Lakin tərəflər arasında bağlanmış xx xxx 2013-cü il tarixli 28/C saylı müqavilənin 2.1.5-ci maddəsinə əsasən icraçı sifarişçiyə avtonəqliyyatı texniki saz vəziyyətdə verməyi öhdəsinə götürür. Deməli yalnız texniki saz vəziyyətdə təhvil verilmiş avtonəqliyyat vasitəsinə görə sifarişçinin məsuliyyəti yarana bilər. Həmçinin həmin müqavilənin 5.2-ci bəndinə əsasən avtonəqliyyatı nasaz vəziyyətdə verməyə, yaxud nasazlığı tam aradan qaldırmamağa görə “İcraçı” sifarişin məbləğinin 0.5 %-i həcmində cərimə ödəyir. Deməli cavabdehin iddiaçıdan bu məbləği tələb etmək haqqı vardır. İddiaçı tərəfindən tələb edilən borc əsassız və qanunsuzdur. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, Cavabdehndə sürücü kordinator vəzifəsində işləyir. Avtomobil nasaz idi, sürücü ilə birlikdə iddiaçının servis mərkəzinə getmişdir. Bir müddət keçdikdən sonra iddiaçının əməkdaşları bildirmişlər ki, avtomobil düzəlmişdir. Yenidən ora getmişlər, lakin avtomobil eyni vəziyyətdə olmuş, düzəlməmişdir. Həmin vaxt onlara bildirmişlər ki, 1-2 gün sürün düzələcək. 2-3 gündən sonra avtomobilin nasazlığı qaldığı üçün yenidən iddiaçının servis mərkəzinə getmişlər. Onlara avtomobilin qalacağını demişlər. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, Cavabdehndə sürücü vəzifəsində işləyir. Avtomobili təmirə iddiaçının servis mərkəzinə aparmışdır. Bir müddət sonra əlaqə saxladılar ki, avtomobil hazırdır. Avtomobil tam təmir olunmamışdır. Yenidən avtomobili təmir edə bilməmişlər. Avtomobilin surət qutusuna toxunmamışdılar. Avtomobili başqa yerə aparmışlar, orada təmir etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 28/C saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair Müqavilədən görünür ki, iddiaçı sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, cavabdeh isə görülmüş işi qəbul etməyi və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2017-ci il tarixli 2645 saylı təmir kartından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş şlanqın dəyişdirilməsi işinin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri 336,30 manat təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli 0312 saylı təmir kartından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş mühərrik yağının, hava, salon və yanacaq filtrlərinin dəyişdirilməsi işlərinin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri 351,64 manat təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli 0352 saylı təmir kartından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş mühərrik yağının və lampanın dəyişdirilməsi işlərinin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri 169,92 manat təşkil etmişdir. xx xxxxx 2018-ci il tarixli 0775 saylı təmir kartından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş mühərrik yağının, hava, salon və yanacaq filtrlərinin dəyişdirilməsi işlərinin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri 307,98 manat təşkil etmişdir. xx xxxx 2018-ci il tarixli 1390 saylı təmir kartından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş mühərrik yağının dəyişdirilməsi, blokun təmiri, mühərrikin sökülüb-yığılması, surət qutusunun təmiri, frionun çəkilib vurulması və rezistorun dəyişdirilməsi işlərinin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri 16439,76 manat təşkil etmişdir. xx xxxxxx 2017-ci il tarixli 1963 saylı, xx xxxxxx 2018-ci il tarixli 0238 saylı, xx xxxxxx 2018-ci il tarixli 0278 saylı, xx xxxxx 2018-ci il tarixli 0630 saylı və xx xxxx 2018-ci il tarixli 1110 saylı hesablardan görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş işlərin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri müvafiq olaraq 336,30 manat, 351,64 manat, 169,92 manat, 307,98 manat, 16439,76 manat təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli HR seriyalı 110154 saylı, xx xxxxxx 2018-ci il tarixli HR seriyalı 757378 saylı, xx xxxx 2018-ci il tarixli HR seriyalı 830941 saylı, xx xxx 2018-ci il tarixli HS seriyalı 684161 saylı və xx xxxx 2018-ci il tarixli HT seriyalı 834975 saylı elektron vergi hesab-fakturalarından görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq 336,30 manat, 351,64 manat, 169,92 manat, 307,98 manat, 16439,76 manat təşkil etmişdir. 00337 saylı və 00336 saylı təmir kartlarının surətlərindən görünür ki, “Azertexservis” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş işlərin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri müvafiq olaraq 5333,60 manat və 40,12 manat təşkil etmişdir. “X9” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2020-ci il tarixli ƏEM/M47-162/20 saylı mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirinə görə ödəniləcək məbləğ (ehtiyat hissələri və görülən işlər daxil) 7448,2 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2013-cü il tarixli 28/C saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, cavabdeh isə görülmüş işi qəbul etməyi və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görülmüş işlərin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri müvafiq olaraq 336,30 manat, 351,64 manat, 169,92 manat, 307,98 manat, 16439,76 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehə məxsus avtonəqliyyat vasitəsinə xidmət etmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxx 2013-cü il tarixli 28/C saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair Müqaviləyə əsasən iddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixli 2645 saylı, xx xxxxxx 2018-ci il tarixli 0312 saylı, xx xxxxxx 2018-ci il tarixli 0352 saylı və xx xxxxx 2018-ci il tarixli 0775 saylı təmir kartlarına əsasən görülmüş işlərin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri ümumilikdə 1165,84 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli 1390 saylı təmir kartında göstərilmiş işlərin və istifadə olunmuş ehtiyat hissələri və materialların dəyəri ilə bağlı qeyd edir ki, məhkəmə tədqiqatı zamanı, iş materialları və şahidlərin ifadələri ilə müəyyən olunur ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitəsinin surət qutusunun təmirindən sonra cavabdehə məxsus avtonəqliyyat vasitəsinin surət qutusunda nasazlıq aradan qalxmamış, cavabdeh avtonəqliyyat vasitəsinin yenidən təmiri üçün xx.xx.2019-cu il tarixdə “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyətinə müraciət etmiş və avtonəqliyyat vasitəsinin surət qutusu “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təmir edilmişdir. Nəticədə cavabdeh tərəfindən avtonəqliyyat vasitəsinin sürət qutusunun və digər ehtiyyat hissələrininin təmirinə görə “AZƏRTEXSERVİS” məhdud məsuliyyətli cəmiyyətinə 5333,60 manat ödənilmişdir. “X9” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2020-ci il tarixli ƏEM/M47-162/20 saylı mütəxəssis rəyi ilə cavabdeh tərəfindən xx xxxx 2018-ci il tarixli 1390 saylı təmir kartı üzrə **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirinə görə iddiaçıya ödəniləcək məbləğ (ehtiyat hissələri və görülən işlər daxil) 7448,2 manat müəyyən edilmişdir ki, buna görə də məhkəmə hesab edir ki, 7448,2 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.4cü bəndinə əsasən cavabdeh iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, 300 manat məbləğində cərimə tələb olunan borc məbləğinə tənasüb olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 8614,04 manat borc məbləği, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ 2000 manat, cərimə 300 manat, cəmi 10914,04 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (10914,04 manat) iddia tələbinin (19905,60 manat) 54,82 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16,44 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13,56 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 8614,04 manat borc məbləği, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ 2000 manat, cərimə 300 manat, cəmi 10914,04 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 16,44 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 13,56 manat məbləği İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-593/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-593/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver