Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-593/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı cavabdeh Ləğvetmə prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” sığorta şirkətinin Ləğvetmə Komissiyasına qarşı iddiaçı ilə ləğvetmə prosesində olan “xxxx” Sığorta Şirkəti arasında imzalanmış YBFQ2017-00530 saylı, xx xxxxxx 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq xx.xx.2017 tarixdə baş vermiş sığorta hadisəsinə görə cavabdeh tərəfindən ödənilməli olan tərəflər arasında razılaşdırılmış 2970 Avro məbləğində şərtsiz azadolmanın çıxılaraq, 42002 manat 10 qəpik məbləğində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğinin və məhkəmədə çəkiləcək hüquqi xidmət xərclərinin ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə ləğvetmə prosesində olan “xxxx” Sığorta Şirkəti arasında imzalanmış YBFQ2017-00530 saylı, xx xxxxxx 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq xx.xx.2017 tarixdə baş vermiş sığorta hadisəsinə görə cavabdeh tərəfindən ödənilməli olan tərəflər arasında razılaşdırılmış 2970 Avro məbləğində şərtsiz azadolmanın çıxılaraq, 42002 manat 10 qəpik məbləğində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğinin və məhkəmədə çəkiləcək hüquqi xidmət xərclərinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2-ci bəndinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx” Sığorta Şirkəti müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, tələbin irəli sürüldüyü sığorta şirkəti müflis elan edildiyinə və ona qarşı tələb yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülməli olduğuna görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən kreditorlar borcluya öz tələblərini bu qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ləğvetmə prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” sığorta şirkətinin Ləğvetmə Komissiyasına qarşı iddiaçı ilə ləğvetmə prosesində olan “xxxx” Sığorta Şirkəti arasında imzalanmış YBFQ2017-00530 saylı, xx xxxxxx 2017-ci il tarixli Yük Sığortası müqaviləsinə uyğun olaraq xx.xx.2017 tarixdə baş vermiş sığorta hadisəsinə görə cavabdeh tərəfindən ödənilməli olan tərəflər arasında razılaşdırılmış 2970 Avro məbləğində şərtsiz azadolmanın çıxılaraq, 42002 manat 10 qəpik məbləğində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğinin və məhkəmədə çəkiləcək hüquqi xidmət xərclərinin ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-593/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-593/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver