Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-593/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.05.2018-ci il tarixli 648-L/18 nömrəli müqavilə üzrə 1316 manat gecikdirilmiş borcu ve muvafiq olaraq 523,12 cərimə borcu olmaqla, cəmi 1839,12 manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, cəmi 2289,12 manat pulun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.05.2018-ci il tarixli 648-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 21.04.2022-ci il tarixə müqavilə üzrə 1316 manat gecikdirilmiş borc və hesablanmış 523,12 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi X2 tələbi müdafiə edərək izahatında iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 21.05.18-ci il tarixli müqaviləyə əsasən lizinq obyekti olan 2008-ci ildə xaricdə istehsal edilmiş ot presləyənin qurğu yoxlanılmadan ona təhvil verilmiş, bunun müqabilində isə tərəfindən lizinq verənə 1450 manat məbləğində ilkin ödəniş edilmişdir. Lakin istifadəsi vaxtı ot presləyənin qurğunun nasaz vəziyyətdə olduğu müəyyən edilmiş, onun təmiri üçün müəyyən xərc çəkilsə də, yerli istehsal olmayan lizinq obyekti işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Həmin qurğunun qeri qaytarılması məqsədi ilə 02.06.2018-ci il tarixdə və ondan sonra digər vaxtlarda lizinq verənə müraciət edilməsinə baxmayaraq, yalnız 08.10.2018-ci il tarixdə ot presləyənin qurğunun geri qaytarılması mümkün olmuşdur. Odur ki, məhkəmədən qeyd olunanları, nasaz lizinq obyektindən ümumiyyətlə istifadə edə bilmədiyindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış 21.05.2018-ci il tarixli, 648-L/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 14500 manat olan kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən bu müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə lizinq alana verilməsini təmin edir. 02.06.2018-ci il tarixli Cavabdeh "xxxx" ASC-yə yazdığı ərizədən görünür ki, Cavabdeh ot presləyənin nasaz vəziyyətdə olduğundan geri qaytarmaq istədiyini, texnikanın təhvil alındığı 22.05.2018-ci il tarixdən texnikaya əlavə xərclər çəkdiyini, ancaq texnikanın yenə də nasaz vəziyyətdə olduğunu və göstərilən səbəblərdən texnikanın geri qaytarılmasını xahiş etmişdir. 08 oktyabr 2018-ci il tarixli lizinq obyekti olan texnikanın geri qaytarılması və saxlanca təhvil verilməsi zamanı texniki vəziyyəti haqqında 20 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin 2743/ü nömrəli 22 may 2018-ci il tarixli əmri ilə Cavabdeh adına verilmiş 1 ədəd ot presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikası "xxxx" ASC-yə qaytarılmış və qeyd kimi bildirilmişdir ki, traktor olmadığı üçün isə texnikanın işləyib-işləməməsini müəyyən etmək mümkün olmamışdır. 21.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.05.2018-ci il tarixli, 648-L/18 nömrəli lizinq müqaviləsi ilə bağlı 1450 manat məbləğində ilkin ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında bağlanmış 21.05.18-ci il tarixli lizinq müqaviləsinə əsasən lizinq verən tərəfindən 2008-ci ildə xaricdə istehsal edilmiş ot presləyənin qurğu Cavabdeh təhvil verilmiş, sonuncu isə bunun müqabilində 1450 manat məbləğində ilkin ödəniş etmişdir. Lakin ot presləyənin qurğu təyinatı üzrə istifadə edilən vaxtı, onun nasaz vəziyyətdə olduğu müəyyən edilmiş, buna baxmayaraq Cavabdeh tərəfindən qurğunun təmiri üçün müəyyən xərclər çəkilsə də, yerli istehsal olmayan lizinq obyektini işlək vəziyyətinə gətirmək mümkün olmadığına görə, sonuncunun qurğunun qaytarılması ilə bağlı ilk dəfə müqavilənin imzalandığı 21.05.18-ci il tarixdən 12 gün sonra, yəni 02.06.2018-ci il tarixdə və sonra digər vaxtlarda müraciətlərinə baxmayaraq, yalnız 08.10.2018-ci il tarixdə ot presləyənin qurğu geri qaytarılmışdır. Məhkəmə hesab edir ki 10 il əvvəl xaricdə istehsal edilmiş ot presləyənin qurğu təhvil verilərkən nasaz vəziyyətdə olmuşdur, belə ki, iddiaçı qurğunun saz vəziyyətdə olması ilə bağlı sübut təqdim etməmiş, həmçinin lizinq alan ilk dəfə, istifadə edən vaxtdan 12 gün sonra, qurğunun nasaz olması ilə bağlı lizinq verənə müraciət etmiş, bununla yanaşı 08 oktyabr 2018-ci il tarixdə (aktda olan qeydə əsasən) lizinq obyektini geri alan lizinq verən də, qurğunun işlək vəziyyətdə olduğunu hətta yoxlaya bilməmişdir. Göründüyü kimi Cavabdeh 2008-ci ildə xaricdə istehsal edilmiş nasaz olan ot presləyənin qurğu lizinqə verilmiş, sonuncu bunun müqabilində hətta 1450 manat məbləğində ilkin ödəniş etsə də, lizinq obyektini istifadə edə bilməmiş, iddiaçı isə 21.05.18-ci il tarixdən 08.10.2018-ci il tarixədək dövr üçün lizinq ödənişləri tələb etmişdir. Odur ki, məhkəmə qeyd olunanları, həmçinin Cavabdeh tərəfindən 1450 manat məbləğində ilkin ödənişin etdiyini və 08.10.2018-ci il tarixədək nasaz olan ot presləyənin qurğunun təyinatı üzrə istifadə edə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı 21.05.2018-ci il tarixli 648-L/18 nömrəli müqavilə üzrə 1316 manat gecikdirilmiş borcu ve muvafiq olaraq 523,12 cərimə borcu olmaqla, cəmi 1839,12 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, cəmi 2289,12 manat məbləğində pulun tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-593/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-593/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver