Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-594/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1137,60 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 1167,60 manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 190023 №-li alqı-satqı мüqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC ona məxsus geniş çeşiddə qənnadı və başqa qida məhsullarını vergi qaimə-faktura əsasında satır, alıcı isə həmin malları alır. Müqaviləyə əsasən satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasitəsilə alıcıya çatdırsa da alıcıcavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı MMC xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək vergi hesab- fakturasına əsasən Cavabdeh ümumilikdə 2715,11 manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir, həmin məbləğdən Cavabdeh ümumilikdə 1577,51 manat məbləği İddiaçı MMC-yə göndərmişdir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı MMC-yə 1137,60 manat borcu qalmışdır. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh İddiaçı MMC-nin hesabına ödəniş etməmişdir. xx xxxxxx 2019-cu il tarixli 190023 №-li аlqı-satqı müqaviləsinin 4.1-ci və 4.2ci bəndlərinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslimi aktı imzlandıqdan sonra 15 gün ərzində ödənilməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli 190023 nömrəli malların alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC ona məxsus geniş çeşiddə qənnadı və başqa qida məhsullarını vergi qaimə-faktura əsasında alıcı Cavabdeh satır. Həmin müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslimi aktı imzlandıqdan sonra 15 gün ərzində ödənilməsi qeyd edilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən verilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumi qiyməti 2715,11 manat (ƏDV daxil) məbləğində olan müxtəlif adda malları alıcı Cavabdeh satmışdır. Malların təhvil-qəbul aktlarından görünür ki, Cavabdeh müxtəlif adda malları İddiaçı MMC-dən qəbul etmişdir. xx.xx.2020-ci il tarixli, 2 nömrəli İddiaçı MMC tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-dən e-qaimə fakturalarla 2715,11 manat məbləğində mal götürüb, həmin məbləğdən 1577,51 manat ödəyib, yerdə qalan ödənilməyən məbləğ 1137,60 manat təşkil edir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 1137,60 manat borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567 və 598-ci maddələri). Göründüyü kimi İddiaçı MMC və Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, yəni iddiaçı tərəfindən məhsul cavabdehə təhvil verilmiş, daha sonra elektron qaimələr tərtib edilmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə 1137,60 manat məbləğində borc ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 1137,60 manat məbləğində borcun tələb etməsi barədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1137,60 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1137,60 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-594/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-594/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver