Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-596/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-nin qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, pul tələbi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə 7938 manat məbləğində pulun tutulması 100 manat ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli Alqı-satqımüqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqaviləyə əsasən “Satıcı” alıcıya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyyat hissələrini satır, Alıcı isə həmin malları qəbuledir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Elektron qaimələrdən də görünür ki, "xxxx" MMC-yə ƏDV-də daxil olmaqla, 14393 manat dəyərində mal satılmışdır. Belə ki, malların dəyəri 12198,03 manat, ƏDV dəyəri isə 2195,55 manatdır. "xxxx" MMC indiyə kimi 6455 manat məbləğində ödəniş etmişdir. Hal hazırda isə 7398 manat borcu yaranmışdır. İddiaçı tərəfdən göndərilə qaimələr və qaimələrə əsasən məbləğlər cədvəldə qeyd edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 404.2, 425, 442, 443, 448, 567, 569.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 98 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcıya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyat hissələrini satır, Alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri təhvil veriləcək qaimələrin məbləği əsasında tənzimlənir. Ödəniş Alıcı tərəfindən köçürmə və nağd formasında həyata keçiriləcəkdir. 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədədir. EBCM seriyalı, 788577 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2023,95 manat, EBCB seriyalı, 291806 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2050,02 manat, EBBN seriyalı, 680513 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 974,93 manat, EBCK seriyalı, 662263 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1173,99 manat, EBCD seriyalı, 259595 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 355 manat, EBCG seriyalı, 547822 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2619,89 manat, EBBS seriyalı, 224119 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 459,99 manat, EBBZ seriyalı, 477306 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 467,97 manat, EBCO seriyalı, 133364 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 94,99 manat, EBBL seriyalı, 862729 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 249,99 manat, EBBO seriyalı, 596940 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 281,99 manat, EBBY seriyalı, 801668 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 467,97 manat, EBCİ seriyalı, 579139 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 646,94 manat, EBBV seriyalı, 853794 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 541,96 manat, EBBV seriyalı, 853794 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 541,96 manat, EBBX seriyalı, 720039 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1361 manat, EBBQ seriyalı, 601199 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 220 manat, EBDP seriyalı, 773226 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 223 manat, EBBS seriyalı, 224119 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 459,99 manat, EBDC seriyalı, 867080 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 180 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələrlə) öz təsdiqini tapmış, cavabdeh iddiaya etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 7938 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 7938 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 7938 (yeddi min doqquz yüz otuz səkkiz) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-596/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-596/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver