Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-601/2021 28.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 72689,11 manat məbləğində borcun və 7268,90 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 79958,01 manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra Satıcı) ilə Cavabdeh (bundan sonra Alıcı) arasında 23.04.2019-cü il tarixində XG– 0596 saylı qara metal qırıntısının alqı – satqısı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış XG-0596 saylı müqavilənin predmetini “Satıcı” tərəfindən istismar zamanı sıradan çıxmış və yararsız hala düşmüş, balansdan silinmiş gəmilərin qara metal qırıntısını “Alıcı” ya vermək, “Alıcı” isə xüsusi texnika və avadanlıq cəlb etməklə doğrama işləri apararaq malı öz nəqliyyat vasitəsilə daşımağı və malı qəbul edib əvəzində onun müqavilə ilə müəyyən olunmuş qiymətini “Satıcı” ya ödəmək təşkil edir. Cəmiyyət tərəfindən XG–0596 saylı müqavilənin şərtlərinə tam əməl olunmasına baxmayaraq, Cavabdeh “Satıcı”ya 72689,11 manat məbləğində borcu yaranmışdır. Tərəfimizdən borcun ödənilməsinin təmini ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, 21.07.2020–ci il tarixdə rəsmi qaydada pretenziya verilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktor) X7 iddianı qəbul etməyərək məhkəməyə Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışını təqdim edərək izahatında Cavabdeh MMCnin təsisçisi olduğunu, 12.09.2018-ci il tarixdən isə Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyini və təxminən 6 aydan sonra, yəni 23.04.2019-cu il tarixdə müvafiq səlahiyyəti olmayan əvvəlki direktor olmuş Rabil Şahmarov tərəfindən imzalanan XG-0596 nömrəli alqı-satqı müqaviləsindən xəbəri olmadığını bildirərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı QSC ilə Cavabdeh MMC arasında 23.04.2019-cu il tarixli XG-0596 nömrəli müqavilədən görünür ki, satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında qara-metal qırıntılarının alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. Həmin müqavilə alıcı tərəfindən direktor kimi göstərilən Rabil Şahmarov tərəfindən imzalanmaqla Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. EAAW seriyalı 218364 nömrəli 24.06.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-ya ƏDV daxil 18229,17 manat məbləğində qara metal qırıntısı satılmışdır. EAAX seriyalı 025455 nömrəli 11.07.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-ya ƏDV daxil 40343,50 manat məbləğində qara metal qırıntısı satılmışdır. EAAY seriyalı 307714 nömrəli 08.08.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-ya ƏDV daxil 36733,80 manat məbləğində qara metal qırıntısı satılmışdır. EAAZ seriyalı 694666 nömrəli 11.09.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-ya ƏDV daxil 3182,63 manat məbləğində qara metal qırıntısı satılmışdır. Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 12.09.2018-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh MMC-nin həmin tarixdən qanuni təmsilçisi (direktoru) X3r, əvvəlki qanuni təmsilçisi (direktoru) X5r. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış iddiaçı üzərinə düşmüş öhdəliklərini yerinə yetirsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirməyərək 72689,11 manat məbləğində yaranmış borcu ödəməmişdir. Cavabdeh MMC-nin təsisçisi və 12.09.2018-ci il tarixdən isə qanuni təmsilçisi (direktor) olan X7 izahatında 23.04.2019-cu il tarixdə müvafiq səlahiyyəti olmayan əvvəlki direktor olmuş Rabil Şahmarov tərəfindən imzalanan XG-0596 nömrəli alqı-satqı müqaviləsindən xəbəri olmadığını bildirsə də, məhkəmə sözügedən müqaviləni mötəbər sübut kimi qəbul edir. Belə ki, X7 direktor X4 vəzifədən azad olunduğunu bildirsə də, sonuncuya bu haqda lazımi qaydada və vaxtında məlumatın verilməsi ilə bağlı V.Əsgərova heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisəli müqavilə məhz Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş, X7 isə həmin möhürün itməsi barədə müvafiq orqanlara müraciət etməmiş, eyni zamanda cəmiyyətinin möhürünün qeyri-qanuni əsaslarla R.Şahmarovda olması ilə bağlı sübut təqdim etməmişdir. Həmçinin İddiaçı QSC 2019-cu ilin iyun-sentyabr aylarında Cavabdeh MMCnin elektron kabinetinə 4 ədəd elektron qaimə yerləşdirsə də, X7 Cavabdeh MMC-nin direktoru kimi buna heç bir etiraz bildirməmişdir. Bu isə o deməkdir ki, 23.04.2019-cu il tarixli XG-0596 nömrəli müqaviləni X8 imzalasa da, X2 həmin müqavilədən xəbəri var idi. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı QSC-nin əsas borc tələbi ilə bağlı iddiası əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 7268,90 manat məbləğində dəbbə pulunun tutulması hissəsində tələb təmin edilə bilməz belə ki, 23.04.2019-cu il tarixli müqavilədə dəbbə pulun tutulması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 90,94%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 90,94%-i, yəni 27,28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən (VÖEN: **********) 72689,11 manat məbləğində borc və 27,28 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 72716,39 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 72689,11 manat məbləğində borc və 27,28 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 72716,39 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-601/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-601/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver