Məhkəmə qərarları › İş №e-2-2(113)-6030/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6030/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6030/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi Vəkil1 iştirakı ilə, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 6623,37 (altı min altı yüz iyirmi üç manat otuz yeddi qəpik) manat, borc məbləğinin gecikdirilməsinə görə 393 (üç yüz doxsan üç) manat, ödənilmiş dövlət rüsumu 95 (doxsan beş) manat və hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 7617,37 (yeddi min altı yüz on yeddi manat otuz yeddi qəpik) manat pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx"MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23022023 saylı satınalma müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh MMC-yə Müqavilənin Əlavəsi hesab edilən qiymət razılaşdırılması protokolunda razılaşdırılmış malları sifariş edir, satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq alıcıya xx.xx.2023-cü il tarixli EBDA 852992 nömrəli elektron qaimə üzrə 893,20 manat, xx.xx.2023-cü il tarixli, EBDB 998145 nömrəli elektron qaimə üzrə 1762,50 manat, xx.xx.2023-cü il tarixli, EBDİ 653434 nömrəli elektron qaimə üzrə 1238,40 manat, xx.xx.2023-cü il tarixli, EBDİ 657364 nömrəli elektron qaimə üzrə 977,70 manat, xx.xx.2023-cü il tarixli EBDİ 650535 nömrəli elektron qaimə üzrə 1484,20 manat, xx.xx.2023-cü il tarixli, EBDP 021572 nömrəli elektron qaimə üzrə 1105,75 manat dəyərində müxtəlif növ mal satılmışdır. Ümumilikdə 7461,75 manat dəyində mal satılmışdır. Lakin alıcı müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və sözügedən elektron qaimə üzrə aldığı məhsulların dəyərinin az bir miqdarını, yəni 838,38 manat ödəmiş, yerdə qalan 6623,37 manatını ödəməmişdir. Sadalanan elektron qaimə əsasında satılan mallardan hazırda cavabdehin iddiaçıya ödənilməmiş 6623,37 manat borcu yaranmışdır. Bu borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yaradılmış elektron kabinetə (e-texas.gov.azsaytı- AVİS) yazılı xəbərdarlıq, o cümlədən e-məhkəmə sistemi ilə göndərilmiş pretenziya nəticəsiz qalmışdır. Buna görə də Cavabdeh MMC barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ləği avans olaraq əvvəlcədən və ya Satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar Alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. Buna görə 2023-cü ilin müvafiq ayları üzrə, yəni mart ayında 2655 manat (1762+893), (2655x5%)/12=11x16 (gecikdirilmiş ay)=177 manat, iyun ayı üzrə 2861 manat (1484+1238+977-838), (2861x5%)/12=11.9x14 (gecikdirilmiş ay) =166 manat və sentyabr ayı üzrə 1105 manat (1105x5%)/12=4.6x11 (gecikdirilmiş ay)=50 manat olmaqla cəmi 393 manat təşkil edir. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq Vəkil1 ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 500 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. İddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 500 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, malların təhvil verilməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyi üçün iddia təmin edilə bilməz. Hansı həcmdə mallar verilibsə, cavabdeh tərəfindən ödənişlər olunub, cavabdehin iddiaçıya borcu yoxdur. İddianın rədd edilməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23022023 saylı satınalma müqaviləsinə əsasən:

7. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşırma protokollarında razılaşdırılmış malları sifariş edir. Satıcı isə həmin malları təqdim edir.

8. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür.

9. Müqavilənin 2.3-cü bəndinə əsasən qanunverilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği onun ayrılmaz tərkib hissəsi sayılan və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş protokol əsasında müəyyən edilir.

10. 16.10.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Legion Hospitality MMC tərəfindən "xxxx" MMC-yə EBDİ657364 saylı e-qaimə üzrə 838,38 manat məbləğində ödəniş həyata keçirilmişdir.

11. Müqaviləyə uyğun olaraq alıcıya xx.xx.2023-cü il tarixli EBDA 852992 nömrəli elektron qaimə üzrə 893,20 manat, xx.xx.2023-cü il tarixli, EBDB 998145 nömrəli elektron qaimə üzrə 1762,50 manat, xx.xx.2023-cü il tarixli, EBDİ 653434 nömrəli elektron qaimə üzrə 1238,40 manat, xx.xx.2023-cü il tarixli, EBDİ 657364 nömrəli elektron qaimə üzrə 977,70 manat, xx.xx.2023-cü il tarixli EBDİ 650535 nömrəli elektron qaimə üzrə 1484,20 manat, xx.xx.2023-cü il tarixli, EBDP 021572 nömrəli elektron qaimə üzrə 1105,75 manat dəyərində müxtəlif növ (ümumilikdə 7461,75 manat dəyərində) mal satılmışdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

18. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

19. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

20. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

21. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

22. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23022023 saylı satınalma müqaviləsinin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşırma protokollarında razılaşdırılmış malları sifariş edir. Satıcı isə həmin malları təqdim edir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır. Cavabdehin nümayndəsinin – tərəflər arasında malların təhvil-təsliminə dair aktların mövcüd olmaması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallardan müəyyən edildi ki, tərəflər arasında yaranmış işğuzar münasibətə əsasən iddiaçı malları e-qaimələr əsasında cavabdehə vermiş, cavabdeh isə məhz e-qaiməyə istinad edərək ödənişlərini etmişdir. Cavabdeh tərəf öz etiraz argumentini təsdiq edən üçün heç bir sübutu (dəyərini ödədiyi mallara dair təhvil-təslim aktının mövcüdluğunu və iddiaçı tərəfindən təhvil-təslim aktı olmadan cavabdehə göndərilmiş eqaimələrin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması təsdiq edən sənədlər) məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, cavabdehin etirazı tamamilə əsasız hesab edilməlidir.

26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və ödəniş qəbzi ilə təsdiq olunduğu üçün 6623,37 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 6623,37 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

28. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 393 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

29. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

30. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

31. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin müxtəlif aylarında, e-qaimələr göndərilmiş və həmin qaimələr üzrə bugünə kimi ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 393 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 95 manat dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.

34. Azərbaycan Respublikası MPM-in:

35. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

37. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 95 manat məbləğində pul vəsaiti və 500 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 6623,37 manat borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 393 manat faiz məbləği, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 95 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar