Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6034/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış əsas borca görə 4520,10 manat; dəbbə puluna görə 4633,10 manat, ödənilmiş dövlət rüsumuna görə 111,53 manat olmaqla, cəmi 9264,74 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən yaranmış əsas borca görə 4520,10 manat; dəbbə puluna görə 4633,10 manat; ödənilmiş dövlət rüsumuna görə 111,53 manat, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 320 manat olmaqla, cəmi 9584,74 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 24 noyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki:
1. Mübahisənin qısa təsviri İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsinə (bundan sonra – “BKM”) iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış E/618 nömrəli xx.xx.2024-cü il tarixli “Təchizat” müqaviləsindən irəli gələn öhdəliklərə görə 4520,10 (dörd min beş yüz iyirmi manat on qəpik) manat əsas borc, dəbbə puluna görə 4633,10 (dörd min altı yüz otuz üç manat on qəpik) manat, hüquq yardımın göstərilməsi məqsədilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 111,53 (bir yüz on bir manat əlli üç qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Barışığın şərtləri 2.1. İddiaçı bu sazişin 1-ci bəndində qeyd edilən BKM-in icraatında olan e-2-2(113)- 6034/2025 nömrəli iş üzrə iddiasından imtina edir. Cavabdeh 4520,10 (dörd min beş yüz iyirmi manat on qəpik) manat əsas borc, hüquq yardımın göstərilinəsi məqsədilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 111,53 (bir yüz on bir manat əlli üç qəpik) manat dövlət rüsumunun, 4951,63 (dörd min doqquz yüz əlli bir manat altmış üç qəpik) manat məbləğində vəsaiti iş üzrə barışıq sazişinin təsdiqlənməsi barədə qərardad cavabdehin elektron kabinetinə yükləndiyi gündən etibarən 3 (üç) iş günü ərzində İddiaçıya ödəyir. 2.2. Cavabdeh bu sazişin 2.1-ci bəndində qeyd edilmiş öhdəliyi vaxtında icra etmədiyi halda bu sazişin 1-ci bəndində göstərilən tələbinə əlavə olaraq dəbbə pulunu ödəyəcəkdir.
3. Yekun müddəalar 3.1. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və cavabdehin öz öhdəliyini yerinə yetirənədək qüvvədə qalacaqdır. 3.2. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu saziş Azərbaycan dilində, hər bir tərəf üçün bir nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Mübahisənin qısa təsviri İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsinə (bundan sonra – “BKM”) iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış E/618 nömrəli xx.xx.2024-cü il tarixli “Təchizat” müqaviləsindən irəli gələn öhdəliklərə görə 4520,10 (dörd min beş yüz iyirmi manat on qəpik) manat əsas borc, dəbbə puluna görə 4633,10 (dörd min altı yüz otuz üç manat on qəpik) manat, hüquq yardımın göstərilməsi məqsədilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 111,53 (bir yüz on bir manat əlli üç qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Barışığın şərtləri 2.1. İddiaçı bu sazişin 1-ci bəndində qeyd edilən BKM-in icraatında olan e-2-2(113)- 6034/2025 nömrəli iş üzrə iddiasından imtina edir. Cavabdeh 4520,10 (dörd min beş yüz iyirmi manat on qəpik) manat əsas borc, hüquq yardımın göstərilinəsi məqsədilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və 111,53 (bir yüz on bir manat əlli üç qəpik) manat dövlət rüsumunun, 4951,63 (dörd min doqquz yüz əlli bir manat altmış üç qəpik) manat məbləğində vəsaiti iş üzrə barışıq sazişinin təsdiqlənməsi barədə qərardad cavabdehin elektron kabinetinə yükləndiyi gündən etibarən 3 (üç) iş günü ərzində İddiaçıya ödəyir. 2.2. Cavabdeh bu sazişin 2.1-ci bəndində qeyd edilmiş öhdəliyi vaxtında icra etmədiyi halda bu sazişin 1-ci bəndində göstərilən tələbinə əlavə olaraq dəbbə pulunu ödəyəcəkdir.
3. Yekun müddəalar 3.1. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və cavabdehin öz öhdəliyini yerinə yetirənədək qüvvədə qalacaqdır. 3.2. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu saziş Azərbaycan dilində, hər bir tərəf üçün bir nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova